• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Bizim üçün əsas məsələ mandat deyil”

  • 12 Dekabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

Müsavat Məclisinin üzvü, partiyanın sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Ednews.net saytına müsahibə verib. O, 2020-ci il fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkisindən danışaraq qeyd edib ki, Müsavat Partiyası seçki institutunu xilas etmək, yaşatmaq istəyir: “Məhz buna görə seçkidə iştirak əzmindəyik. Bizim üçün əsas məsələ mandat deyil, xalqın seçdiyi insanların millət vəkili olaraq ölkəmizə, insanlarımıza xidmət etməsidir. Mən Müsavatın namizədlərini tanıyıram və normal seçkidə onların əksəriyyətinin qalib gələ biləcəyinə inanıram. Lakin siyasi sistemin mahiyyətinə bələd olduğumuz üçün deyə bilərəm ki, qalib gəlmiş müsavatçılardan neçəsinin qələbəsinin tanınması hakimiyyətin intellektindən asılıdır”.

İsa Qəmbər əlavə edib ki, Müsavat Partiyasının rəhbərliyi bütün gerçək müxalifət qurumlarına birgə hərəkət təklifi verib: “Bu təklifi əksər qüvvələr qəbul etsə də, tam birlik alınmadı. Hər bir qüvvənin və fərdin müstəqil qərar hüququna hörmətlə yanaşmalıyıq”.

1957-ci ildə doğulan İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindəndir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə Milli Məclisin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.

1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı postunu tutub.

Növbəti parlament seçkisi 2020-ci il noyabrın 1-də keçirilməli idi. Noyabrın 28-də prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası Milli Məclisin buraxılması və növbədənkənar seçki təşəbbüsü qaldırıb. Dekabrın 5-də İlham Əliyev Milli Məclisi buraxıb və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin edib.

Müsavat Partiyası Məclisinin 7 dekabr iclasında 9 fevral seçkisində iştirak qərarı verilib.

Aparıcı müxalifət partiyalarından AXCP seçkini boykot edir.

Reportyorlar (52)

  • 12 Dekabr 2019
  • comments

Bahalaşma: rəsmi göstəricilər açıqlanıb

  • 12 Dekabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetTribuna

Putinin “onlayn yürüşləri”nə qarşı cəbhə açmaq gərəkdir

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Kelloq Rusiyanı nədə ittiham edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Ukraynanı qoruyan zirehli kombinezon – “The Telegraph”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

“Tramp bunu bacaracaq” – “Fox News”

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetTribuna

Putinin “onlayn yürüşləri”nə qarşı cəbhə açmaq gərəkdir

Son materiallar

comments
Dünyanın səsiManşetTribuna

Putinin “onlayn yürüşləri”nə qarşı cəbhə açmaq gərəkdir

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Kelloq Rusiyanı nədə ittiham edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Ukraynanı qoruyan zirehli kombinezon – “The Telegraph”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda