Kralla görüş
- 10 Dekabr 2019
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Dekabrın 10-da Azərbaycana rəsmi səfərə gələn İordaniya kralı II Abdulla Bakıda qarşılanıb. Azərbaycanın dövlət və hökumət nümayəndələri krala, İordaniya nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.
Rəsmi qarşılanma mərasimindən sonra İlham Əliyev II Abdulla ilə təkbətək görüşüb.
Onlar işçi naharda da bir araya gəliblər.
Xəbəri AZƏRTAC yayıb.