Media
Sosial şəbəkə istifadəçilərinə müraciət
Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib. Müraciətdə deyilir ki, son günlər nazirliyin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən şəxslərin sayı artıb. Nazirlik bildirir ki, belə profillərin yarad...
“Kirpi”, “Mozalan”, yoxsa “Kobramedia”?
Hikmət Nazim Mətbuat Şurası İdarə Heyətinin noyabrın 1-də keçirilən iclasında Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına yeniliklər edilməsi qərara alınıb. Həmçinin quruma yeni üzvlər qəbul edilib. Mətbuat Şurasına üzv qəbul ediləndən sonra “Feysbuk” sosial şəbəkəsində ciddi tənqidlərə t...
Ukrayna: teleradiolar üçün dil kvotasının yeni mərhələsi başladı
Noyabrın 8-i Ukraynada teleradiolar üçün dil kvotasının yeni mərhələsi başlayıb. Novator.az-ın məlumatına görə, bu gündən televiziyalar proqramlarının ən azı 60 faizini, radiolar ən azı 35 faizini Ukrayna dilində yaymalıdır. Dil kvotası qanunu 2017-ci il oktyabrın 13-də qüvvəyə minib. Qanun ümummill...
Mediamızı idarə edən gözəgörünməzlərin adları
Emin Hüseynzadə “Azərbaycan mediası niyə bu gündədir” sualının cavabını onun pərdə arxasında qalanlarında axtarıb tapmaq olar. Onlar görünməzlərdir. Kim və niyə olduğu haqda ətraflı yazmışam. İllərlə hamı hirslənir. “TV-lərdəki bu səviyyəsiz verilişlər hardan çıxdı?”, “Müğənnilərdən bütün mövzularda...
Dövlət dilinin tətbiqi: nəzarətçi qurum yaradılır
Prezident İlham Əliyev Azərbaycan dilinin qorunması və dövlət dilindən istifadənin təkmilləşdirilməsi tədbirlərinə fərman verib. Noyabrın 1-də imzalanan sənəddə qeyd olunur ki, Azərbaycan dilinin imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları geniş yayılıb: “Televiziya və radio kanall...
İnternet: Ermənistan azad, Azərbaycan qismən azad…
Mərkəzi qərargahı ABŞ-da yerləşən “Freedom House” beynəlxalq insan hüquqları təşkilatı 100 ballıq cədvəllə internet azadlığı reytinqini (0 bal: ən azad, 100 bal: ən qeyri-azad) açıqlayıb. Novator.az-ın məlumatına görə, Azərbaycan 60 balla internetin qismən azad olduğu ölkələr siyahısındadır. Qismən ...
Jurnalist baş prokurora və daxili işlər nazirinə müraciət edib
“Kanal 13” internet televiziyasının əməkdaşı İsmayıl İslamoğlu daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova müraciət edib. Azadliq.org-un məlumatına görə, İsmayıl İslamoğlu müraciətində bildirib ki, tanımadığı şəxslər onu oğurlayıb, ardınca 3 gün müddətində mənəvi və fiziki işgən...
“Düz bazar”, yoxsa bazar?
Hikmət Nazim Yatsam yuxuma da girməzdi ki, bir gün Rövşanə Ağasəfqızının verilişi haqqında yazacam. Əslində, televizora baxan adam da deyiləm. “Feysbuk” dostlarımdan biri status yazmışdı ki, efirdə ədəbiyyat söhbəti gedir. Maraqlı gəldi. Həm də mövzu bu yaxınlarda trendə çevrilən “Hər yer ədəbiyyat”...
Baş redaktor həbs edilib
Realliq.info saytının baş redaktoru İkram Rəhimov tutulub. Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsi oktyabrın 27-də məlumat yayıb. Məlumatda deyilir: “Azərbaycan Respublikasının vətəndaşı Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə Realliq.info və ...
“Tvitter”dən istifadəçi gileyi
“Tvitter” şirkəti 2018-ci ilin üçüncü rübünün hesabatını yayıb. Novator.az-ın məlumatına görə, hesabatda eyni adlı sosial şəbəkənin istifadəçi sayında azalma qeydə alındığı vurğulanır. Üçüncü rübün nəticələrinə əsasən, “Tvitter”in gəlir və mənfəətində artım qeydə alınsa da, sosial şəbəkənin populyar...
Necə bloklamalı?
Xalid Ağalıyev media hüquqçusu 2007-ci il iyulun 16-sı Avropa Məhkəməsinin ifadə azadlığı ilə bağlı təcrübəsinin Azərbaycanda tətbiqi baxımından tarixi gün idi. Yasamal Rayon Məhkəməsinin hakimi həmin tarixdə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin həbsinin tələb olunduğu şikayəti rədd etd...
Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?
Hikmət Nazim Jurnalist etikasını qanunlar tənzimləyə bilməz. Bu barədə uzun-uzadı müzakirələr aparılıb, aparılır, aparılacaq… “Media etikası” kitabında da “Jurnalist etikasını qanunlar tənzimləyə bilərmi” sualına eyni cavab verilir: “Təbii ki, yox. Təsəvvür edin, dərzinin hansı parçadan, nə bi...
Ərdoğan qəsd planının detallarını açıqladı
Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan oktyabrın 23-də hakim Ədalət və İnkişaf Partiyasının parlament qrupunun toplantısında jurnalist Camal Qaşıqçının qətlindən danışıb. Camal Qaşıqçı oktyabrın 2-si vətəndaşı olduğu Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda öldürülüb. Novator.az-ın məl...
Rusiyada jurnalistə inanırlarmı?
Rusiyanın “Mediastandart” fondu və “Sirkon” tədqiqat qrupu əhalinin jurnalistlərə münasibətini araşdırıb. Novator.az-ın məlumatına görə, tədqiqat bu yay 1604 respondent arasında keçirilmiş sorğunun nəticələrinə əsaslanır. Sorğuya qatılan respondentlərin 65%-i jurnalist peşəsinin hörmətə layiq olduğu...
Jurnalist də Tanrı kimi…
Hikmət Nazim Şəhərlərarası avtobus marşrutları üzrə sərnişindaşımanın yeni tarifləri açıqlanmışdı. “BBC Azərbaycan”da belə bir xəbər oxudum: “Şəhərlərarası avtobuslara nə qədər ödəyəcəksiniz?” Dedim mənim axtardığım xəbərçilik budur. İndiyə qədər oxuduğumuz, öyrəndiyimiz kimi – tərəfsiz və qərəzsiz....
Tarix üçün… Tarix haqqında
Şakir Yaqubov Novator.az-da “SSRİ-yə qarşı çıxmış deputatlar” yazısını oxuyanda düz 6 (ALTI) il əvvəl Mediaforum.az-da yayımladığım və daha sonra 2014-cü ildə “Azərnəşr”də buraxılmış “Yaddaşımın küncündən…” kitabıma daxil edilmiş yazımı xatırladım. Başa düşdüm ki, o vaxt həmin yazını çox adam ...
Telekommunikasiya şəbəkələrinə qadağa siyahısı dəyişdi
Fövqəladə hallarda, fövqəladə və ya hərbi vəziyyət şəraitində zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququ olan və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilən səlahiyyətli dövlət h...
Jurnalisti öldürən tutulub
Bolqarıstanın hüquq mühafizə orqanları TVN televiziyasının inzibati direktoru və aparıcısı Viktoriya Marinovanın qətli ilə bağlı yeni məlumat yayıb. 1988-ci il təvəllüdlü jurnalistin meyiti oktyabrın 7-si Ruse şəhərində tapılıb. Jurnalistin başına zərbə vurulduğu, zorlandığı, sonra boğulduğu bildiri...
Jurnalistə hücum: demokratiyaya, vətəndaşa, dövlətə vurulan zərbə
Seymur Kazımov 2017-ci ildə Tbilisidə beynəlxalq media təşkilatlarından birinin təşkil etdiyi konfransda iştirak edirdim. Konfrans media və biznes əlaqələrinin qurulması, inkişaf etdirilməsi məsələlərinə həsr olunmuşdu. Burada uğurlu hesab olunan media menecerləri öz təcrübələrini, uğura aparan idey...
Aqil Mahmudov həbs olunub
Hefteaz.info saytının baş redaktoru Aqil Mahmudov həbs olunub. Hüquq müdafiəçisi Oqtay Gülalıyevin “Amerikanın səsi”nə bidirdiyinə görə, Aqil Mahmudov İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib. Göyçay Rayon Məhkəməsi ona 20 sutka inzibati həbs cəzası kəsib....