Media
Ələsgər Məmmədli öhdəliyi
Aprelin 23-də Xətai Rayon Məhkəməsi Toplum.tv informasiya resursunun təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması barədə vəsatətə baxmalı idi. Vəsatət Ələsgər Məmmədlinin səhhətindəki problemlərə görə verilmişdi. “Turan” xəbər verir ki, istintaq orqanı Ələsgər Məmmədlinin müalicəsi ilə ...
Hökm dəyişmədi
Bakı Apellyasiya Məhkəməsi jurnalistlər Əvəz Zeynallı və Elnur Şükürovun şikayətlərini təmin etməyib: aprelin 23-də çıxarılan qərarla birinci instansiya məhkəməsinin hökmləri qüvvədə saxlanıb. Əvəz Zeynallı “Xural” internet televiziyasının, Elnur Şükürov “Səda” internet televiziyasının rəhbəridir. B...
“Media haqqında” qanun yenilənir
“Media haqqında” qanuna dəyişikliklər parlamentin 19 aprel iclasında son oxunuşdan keçib. Yenilik Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə çap mediası subyektinin təsisçisi olmaq hüququ verir. 2022-ci ildə qüvvəyə minən qanuna görə, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və siyahısın...
Tanış ittiham
Toplum.tv portalı ilə III Respublika Platformasının paytaxtdakı ofislərində və bir neçə şəxsin evində martın 6-da aparılmış axtarışların ilkin detalları məlum olub. “Turan” xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi hər iki quruma, eləcə də Toplum.tv ilə eyni ofisdə fəaliyyət göstərən Demokratik T...
Astarada Şakir Yaqubov guşəsi
Astaranın Kakalos kəndindəki Folklor evinə bağlı tarix-diyarşünaslıq muzeyində mərhum jurnalist, Əməkdar mədəniyyət işçisi Şakir Yaqubovun xatirə guşəsi yaradılıb. Bu, muzeyin yaradıcısı və könüllü baxıcısı Fərbiyə Şabanovanın təşəbbüsüdür. Şakir Yaqubov Kakalosa qonşu Bala Şahağac kəndində doğulub,...
Jurnalistlərə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistlər Əvəz Zeynallı və Elnur Şükürovun mühakimə prosesini başa çatdırıb. Fevralın 26-da çıxarılan hökmlə Əvəz Zeynallı 9 il, Elnur Şükürov 4 il azadlıqdan məhrumetmə cəzası alıb. Əvəz Zeynallı “Xural” internet televiziyasının, Elnur Şükürov “Səda” internet telev...
Vətənin qəzeti – “Vətən”
Bəkir Nərimanoğlu Sovet dövrünün sonlarına doğru Gəncədə Azərbaycan, rus və erməni dillərində qəzet çıxırdı. Rusdilli “Kirovabadski raboçi” (30 dekabr 1989-cu ildə Gəncənin adı özünə qaytarılandan sonra əvvəl “Vestnik Qyandji”, ardınca “Novosti Qyandji”) qəzeti Qarabağda erməni separatizmi ilə bağlı...
“Aynur” filmi
Aynur Mirhəsən 1976-cı il yanvarın 27-də doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Yeni Müsavat”, “Üç nöqtə”, “Həftə içi” qəzetlərinin reportyoru, Mediaforum.az saytının layihə rəhbəri, Ann.az saytının redaktoru olub. 2016-cı ildən Türkiyənin İstanbul şəhərində neyromar...
Yeni həbs, həmin ittiham
“Abzas Media” saytının əməkdaşı Elnarə Qasımova barəsində həbs qətimkan tədbiri seçilib. Qərarı yanvarın 15-də Xətai Rayon Məhkəməsi çıxarıb. Yanvarın 13-də tutulan jurnalistə qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsi ittihamı irəli sürülüb. Saytın direktoru Ülvi Həsənli və onun ...
Namizədlərin efir vaxtı
Fevralın 7-də keçiriləcək prezident seçkisində yarışan namizədlər İctimai Televiziya və Radioda ödənişsiz təşviqat aparacaq. Mərkəzi Seçki Komissiyası bildirir ki, bazar ertəsi, çərşənbə və cümə günləri saat 21-dən 22-dək televiziyada, çərşənbə axşamı, cümə axşamı və şənbə günləri saat 21-dən 22-dək...
Ödənişsiz efir: mümkün müddət
İctimai Televiziya və Radio Yayımları Şirkəti fevralın 7-də keçiriləcək prezident seçkisində namizədlərə təşviqat üçün ödənişsiz efir vaxtı ayırmağa məsuldur. Novator.az bildirir ki, Seçki Məcəlləsinə görə, pulsuz efir həftədə minimum 360 dəqiqə (180 dəqiqə İctimai Televiziyada, 180 dəqiqə İctimai R...
Vasif Quliyev – 70
Publisist, tərcüməçi, naşir Vasif Quliyevin 70 yaşı tamam olur. 1954-cü il yanvarın 17-də Şuşanın Malıbəyli kəndində doğulan Vasif Quliyev indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. İlk yazıları 1970-ci illərin ilk yarısında “Şuşa” qəzetində dərc olunan Vasif Quliyev sonral...
Həbs və ittiham
“Kanal 13” internet televiziyası ilə əməkdaşlıq edən jurnalist Şamo Eminova qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsi ittihamı irəli sürülüb. Xəbəri dekabrın 27-də “Turan” yayıb. Şamo Eminov dekabrın 22-də tutulub. “Kanal 13”ün direktoru Əziz Orucov noyabrın 27-dən həbsdədir. Ona...
Büdcədə medianın payı
Novator.az 2024-cü ilin dövlət büdcəsində medianın payına nəzər salıb. Televiziya, radio və nəşriyyat istiqaməti üzrə 67,6 milyon manat xərc nəzərdə tutulur. Vəsaitin 42,6 milyon manatı “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin, 21,6 milyon manatı İctimai Televiziya və...
Əziz Orucova yeni ittiham
“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucova əlavə ittiham irəli sürülüb: qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsi. Xəbəri dekabrın 19-da “Turan” yayıb. Noyabrın 27-də tutulan Əziz Orucova ilk ittiham mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzə...
Həbs dalğası
Dekabrın 13-də tutulan “Turan” informasiya agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalıya qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsi ittihamı irəli sürülüb. Hafiz Babalı “Abzas Media” internet nəşrinin əməkdaşı kimi də tanınır. Bu nəşrin direktoru Ülvi Həsənli və onu...
Daha bir jurnalist həbsə getdi
“Abzas Media” internet nəşrinin əməkdaşı Nərgiz Absalamova barəsində həbs qətimkan tədbiri seçilib. Qərarı dekabrın 1-də Xətai Rayon Məhkəməsi qəbul edib. Noyabrın 30-da tutulan jurnalist qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsində təqsirli bilinir. “Abzas Media”nın direktoru Ül...
Jurnalistlərin binası: mənzillər paylandı
Bakıda jurnalistlər üçün tikilmiş üçüncü binanın 250 mənzili şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xəbəri noyabrın 30-da yayıb. Paytaxtın Bibiheybət qəsəbəsində, Yeni Salyan yolunda jurnalistlərin yaşadığı iki...
Əziz Orucova ittiham
Noyabrın 27-də “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucov tutulub. “Turan”ın məlumatına görə, jurnalistə mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti aparma ittihamı irəli sürülüb. Əziz Orucovun Bakının 20-ci sahə ərazisində qanunsuz ev tikdiy...
Avtoritar idarəçilik çökür -“Vaşinqton Post”
“Vaşinqton Post” qəzetində “Çin modeli uğursuzluğa düçar olur. Dünya bunu nəzərə almalıdır” başlıqlı məqalə dərc olunub. Novator.az-ın məlumatına görə, məqalədə qeyd olunur ki, uzun illərdir, xüsusilə də Si Cinpin hakimiyyətə gələndən “Çin xalqının dirçəlişi” Pekinin başlıca şüarına çevrilib: “Bu şü...