Hüquq
Məhkəmələrə nümayəndə kimi çıxmaq yasaqlanır
Milli Məclisin 31 oktyabr iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual Məcəlləyə və İnzibati Prosessual Məcəlləyə dəyişiklik edilib. Yenilik məhkəmə çəkişmələrində nümayəndəlik institutunun məhdudlaşmasını nəzərdə tutur. Qanun qüvvəyə mindikdən sonra birinci instansi...
Yoxlamaları dayandıran qanunun müddəti uzadıldı
Milli Məclisin 31 oktyabr iclasında sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması barədə qanuna dəyişiklik edilib. Qanun 2015-ci il oktyabrın 20-də qəbul olunub, sahibkarlıq sahəsində yoxlamalar həmin il noyabrın 1-dən 2 il müddətinə dayandırılıb. Yenilik yoxlamaların dayandırılmasını 2...
Meriya və Müsavat: etiraza etirazlar
Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında piket keçirmək istəyinə mənfi cavab verilib. Müsavat piketi noyabrın 3-nə təyin edib. Bununla bağlı partiya oktyabrın 26-da Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət edib. Meriyanın cavab məktubunda deyilir ki, Bakı Şəhər İcra ...
İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin hesabatı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi bu il 58 nəfər insan alveri qurbanına, 23 nəfər potensial insan alveri qurbanına müxtəlif növ yardımlar göstərib. Hesabata görə, 16 nəfər şəxsin münasib iş yeri ilə təmin ...
Akif Çovdarova və daha 3 nəfərə hökm oxundu
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş Akif Çovdarovun, həmin baş idarənin 1-ci idarəsinin rəisi işləmiş Səlim Məmmədovun, 2-ci idarənin rəisi olmuş Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin rəis müavini vəzi...
Medianın yaratdığı “qəhrəman” və “düşmən” obrazlarının cəmiyyətə təsiri
Seymur KAZIMOV Sovet dövründə məşhur “Staxanov hərəkatı” vardı. Staxanov cəmi bir növbəlik iş rejimində, 5 saat 45 dəqiqədə 102 ton kömür çıxarırdı. Bu, gündəlik normadan 14,5 dəfə artıq idi. Onun şərəfinə SSRİ-nin iki şəhərinə adı verilmiş, bəzi şəhərlərdə adı küçələrə qoyulmuşdu. Staxanov adına 26...
Su ehtiyatlarının mühafizəsi: yeni statistika
2017-ci ilin yanvar-sentyabr aylarında su ehtiyatlarının mühafizəsi üzrə hüquqi və fiziki şəxslər barəsində 195 akt və 55 protokol tərtib olunub. Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 114 müddətli göstəriş verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühi...
Milli Şura mitinq keçirdi və aksiyaları müvəqqəti dayandırdı
Oktyabrın 28-də Demokratik Qüvvələrin Milli Şurası paytaxtda mitinq keçirib. Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (“İnşaatçılar” metro stansiyasının yanı) olub. Aksiya 2 saat (saat 15-dən 17-dək) çəkib. Aksiyada korrupsiy...
Mitinqdə terror planı: DTX video-audio materiallar yayıb
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda Milli Şuranın mitinqində və paytaxtdakı bir sıra obyektlərdə terror törədilməsi cəhdi ilə bağlı aparılan cinayət işinin istintaq sirri ilə məhdudlaşmayan hissəsindən video-audio materialları ictimaiyyətə təqdim edib. Xatırladaq ki, oktyabrın 25-də DTX Milli...
Fikrət Hüseynli azadlığa buraxıldı
Ukrayna paytaxtı Kiyevdə tutulan azərbaycanlı jurnalist Fikrət Hüseynli azadlığa buraxılıb. Novator.az bildirir ki, oktyabrın 27-də keçirilən məhkəmə iclasında Fikrət Hüseynlinin Azərbaycana ekstradisiya olunmasına dair vəsatət rədd olunub. Hollandiyada yaşayan Fikrət Hüseynli oktyabrın 14-də Kiyevi...
REAL qurultayı təxirə salıb
Respublikaçı Alternativ Partiyasının (qısa adı: REAL Partiya) təşəbbüs qrupu oktyabrın 29-na təyin etdiyi təsis qurultayını təxirə salıb. Xəbəri “Report” yayıb. Təşəbbüs qrupunun üzvləri oktyabrın 27-də keçirdikləri mətbuat konfransında deyiblər ki, qurultayın təxirə salınmasına səbəb tədbirə yer ay...
İllər, boşanmalar
Novator.az müstəqillik illərində Azərbaycanda boşanma sayının necə dəyişməsinə nəzər salıb. Azərbaycanın dövlət müstəqilliyi 1991-ci ildə bərpa olunub: avqustun 30-da parlament dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə, oktyabrın 18-də dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul edib, ...
Əli Kərimli DTX-nin məlumatına münasibət bildirdi
Demokratik Qüvvələrin Milli Şurasının liderlərindən olan AXCP sədri Əli Kərimli Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) oktyabrın 25-də keçirdiyi əməliyyatla bağlı yaydığı məlumata münasibət bildirib. Oktyabrın 25-də DTX Milli Şuranın bu həftəyə nəzərdə tutduğu mitinqdə terror aktı törətmək istəyən 3...
REAL-a yer ayrılmadı
Respublikaçı Alternativ (REAL) Hərəkatının partiyaya çevrilmək üçün oktyabrın 29-na təyin etdiyi təsis qurultayına yer ayrılmayıb. REAL qurultay üçün ya “Təbriz” və “Bakı” kinoteatrlarından birinin, ya da Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına mədəniyyət sarayının ayrılmasını istəyirdi...
Əfqan Muxtarlının layiq görüldüyü mükafat xanımına təqdim olunub
Azərbaycanda həbsdə olan jurnalist Əfqan Muxtarlının layiq görüldüyü mükafat (“Pavel Şeremet jurnalist mükafatı – 2017”) onun həyat yoldaşı Leyla Mustafayevaya təqdim olunub. Contact.az xəbər verir ki, təqdimat mərasimi Estoniyanın paytaxtı Tallində, Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramı ilə...
Saxarov mükafatı müxaliflərə qismət oldu
Avropa Parlamenti oktyabrın 26-sı Strasburqda keçirilən plenar iclasında 2017-ci ilin Andrey Saxarov adına “Azad düşüncə mükafatı” ilə bağlı qərar qəbul edib. Mükafatın bir qrup venesuelalı müxalifə verilməsi rəsmiləşib. Novator.az bildirir ki, Venesuela parlamentinin bir qrup deputatları və bir neç...
Mitinqdə terror törətmək istəyənlərin evinə baxış keçirilib
Milli Şuranın bu həftəyə nəzərdə tutduğu mitinqdə terror aktı törətmək istəyən, lakin oktyabrın 25-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində zərərziləşdirlən şəxslərin mənzilinə baxış keçirilib. Mənzil Abşeron rayonunun Xırdalan şəhərində yerləşir. DTX silahlı şəxslər...
Tikintidə 12 monitorinqin nəticələri
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tikinti şirkətlərində səyyar monitorinqləri davam etdirir. Mərkəz bu il aprelin 28-də prezident fərmanı ilə yaradılıb. Oktyabrın 26-da yayılan rəsmi məlumata görə, indiyə qədər Əmək Münasib...
Üzündə göz izi var…
Hörmətli Azər bəy! Təzəcə pərvazlanan saytınıza hörmətimi bildirərək sizə bir yazı təqdim eləmək barədə düşünəndə sovet illərinin 1 nömrəli qəzeti “Kommunist”də dərc olunmuş yazım ağlıma gəldi. Onun örnək olası bir cəhəti var: o dövr üçün bu mövzu partiya (elə qeyri-partiya) mətbuatında əsla işlənmə...
Həbsdə olan jurnalistin şikayəti var
Vəkil Elçin Sadıqov həbsdə olan jurnalist Araz Quliyevin şikayətini Baş Prokurorluğa çatdırıb. Araz Quliyev Xeber44.com saytının baş redaktoru olub. O, 2012-ci il sentyabrın 9-dan həbsdədir. Lənkəran Ağır Cinayətlər Məhkəməsi Araz Quliyevi qanunsuz silah saxlama, hakimiyyət nümayəndəsinə müqavimət, ...