• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mitinqdə terror planı: DTX video-audio materiallar yayıb

  • 28 Oktyabr 2017
  • Posted in ManşetVideoXəbər
73
SHARES
FacebookTwitterPinterest

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda Milli Şuranın mitinqində və paytaxtdakı bir sıra obyektlərdə terror törədilməsi cəhdi ilə bağlı aparılan cinayət işinin istintaq sirri ilə məhdudlaşmayan hissəsindən video-audio materialları ictimaiyyətə təqdim edib.

Xatırladaq ki, oktyabrın 25-də DTX Milli Şuranın oktyabrın 28-nə Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionuna (“İnşaatçılar” metro stansiyasının yanı) təyin etdiyi mitinqdə terror aktı törətmək istəyən 3 nəfər silahlı şəxsi zərərsizləşdirdiyini açıqlayıb.

DTX-nin 25 oktyabr açıqlamasında bəyan edilib ki, mitinqdə terror törətməyi planlaşdıran silahlı qrup Azərbaycandan kənarda fəaliyyət göstərən dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul etmiş şəxslərdən ibarət olub. Qrup Bakının Lökbatan qəsəbəsində Abdullah ləqəbli Azərbaycan vətəndaşı Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlunun yaşadığı evdə toplaşaraq onu “əmir” seçib. Həmin şəxslər ardıcıl terror aktları törətmək məqsədilə əldə etdikləri maddə və ləvazimatlarla kustar üsulla partlayıcı-yandırıcı predmetlər hazırlayıb, oktyabrın 22-də Lökbatan qəsəbəsi ərazisində sınaqdan keçiriblər. Eyni zamanda onlar ölkədə sabitliyi və təhlükəsizliyi pozmaq, ictimai-siyasi qarışıqlıq yaratmaq məqsədilə Milli Şuranın 28 oktyabr mitinqində terror aktı törətmək barədə razılığa gəliblər.

DTX bəyan edib ki, qrupun keçirdiyi görüş əməliyyat-texniki yolla ətraflı qeydə alınıb. Dini ekstremizm zəminində terror aktlarının planlaşdırıldığı barədə məlumat araşdırmalarla təsdiqləndiyi üçün təxirəsalınmaz tədbirlərin görülməsi zərurəti yaranıb. DTX terroru planlaşdıran şəxslərin saxlanması üçün oktyabrın 25-də Xırdalan şəhəri ərazisində əməliyyat keçirib. Əməliyyat zamanı cinayətkar dəstənin üzvləri – Azərbaycan vətəndaşları Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlu, Əbu-Yunis ləqəbli Məsimli Anar Mehman oğlu, Əbu-Vakkaz ləqəbli Hüseynli Cavid Hüseyn oğlu odlu silahlardan atəş açmaqla birgə silahlı müqavimət göstəriblər. DTX əməkdaşları cavab tədbiri olaraq xidməti silahdan istifadə etməklə qrupun hər üç üzvünü məhv ediblər.

Oktyabrın 26-da prokurorluq əməkdaşları DTX-nin əməliyyat keçirdiyi ünvanda zərərziləşdirlən şəxslərin mənzilinə baxıblar. Baxış zamanı mənzildən beş ədəd patronla birlikdə bir ədəd “Makarov” markalı tapança, iki ədəd partlayışa hazır vəziyyətdə olan əl qumbarası, yeddi ədəd hazır vəziyyətdə şüşə butulkalarda kustar üsulla hazırlanmış “Molotov kokteyli”, həmin partlayıcı-yandırıcı predmetlərin alışdırılması üçün nəzərdə tutulmuş xeyli sayda alışdırıcı, “Molotov kokteyli”nin hazırlanması üçün nəzərdə tutulmuş dörd ədəd alışdırıcı maye ilə dolu beş litrlik plastik qablar aşkar edilərək maddi sübut kimi götürülüb.

Oktyabrın 27-də DTX bir daha bəyan edib ki, Azərbaycanda terrora hazırlıq və cinayətkar birlikdə iştirak etmə faktları üzrə cinayət işinin istintaqı və bu cinayət işi üzrə intensiv antiterror tədbirləri davam etdirilir. Həmin gün DTX cinayət işinin istintaq sirri ilə məhdudlaşmayan hissəsindən video-audio materialları ictimaiyyətə təqdim etməklə yanaşı onu da bildirib ki, radikal-dini ekstremist cinayətkar birliyin üzvləri, Suriya, İraq dövlətlərinin ərazilərində dini ekstremizm zəminində təlim və döyüşlərdə iştirak etmiş Azərbaycan vətəndaşları Əliyev Həsrət Əlihüseyn oğlu, Nəsrullayev Emil Rövşən oğlu, Dadaşov Elşad Hüseynağa oğlu və Eynalov Zaur Talıb oğlu saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

Kataloniya müstəqil dövlət elan olundu

  • 27 Oktyabr 2017

Milli Şura mitinq keçirdi və aksiyaları müvəqqəti ...

  • 28 Oktyabr 2017

Son materiallar

comments
ManşetTribunaYazarlar

Qanundan… kənar

comments
Dünyanın səsiManşetTribunaYazarlar

“The Telegraph”: “Onlar ölməmiş öz yurdlarını görmək istəyirlər”

comments
ManşetŞərh

Aeroport yox, sürət qatarı

comments
ManşetŞərh

Əli Kərimli: “Hərbçilərə sahib çıxmaq xalqın vəzifəsidir”

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Qanundan… kənar

Son materiallar

comments
ManşetTribunaYazarlar

Qanundan… kənar

comments
Dünyanın səsiManşetTribunaYazarlar

“The Telegraph”: “Onlar ölməmiş öz yurdlarını görmək istəyirlər”

comments
ManşetŞərh

Aeroport yox, sürət qatarı

comments
ManşetŞərh

Əli Kərimli: “Hərbçilərə sahib çıxmaq xalqın vəzifəsidir”

comments
Xəbər

Paytaxtın əhalisi

comments
ManşetŞərh

Müddətli xidmət müddəti keçir

comments
ManşetXəbər

2881 şəhid, 28 itkin

comments
Dünyanın səsiManşetŞərhYazarlar

“İskəndər” Bakıya atılıb və göydə vurulub? – Britaniya saytı

comments
ManşetTribunaYazarlar

Ustadlıq missiyası

comments
Dünyanın səsiXəbər

Təqdimat yenə imzalanmadı, amma Qasparyan gedir

comments
ManşetTribunaYazarlar

Çingiz Hüseynov: “Qınamaq istəməzdim, amma susmaq da xəyanətdir”

comments
Xəbər

Elmar Hüseynovun qətlə yetirilməsinin 16 ili tamam olur

comments
ManşetXəbər

Paytaxtın işsizlik statistikası

comments
Dünyanın səsiManşetŞərh

Ermənistan 2018-ci ilə dönür?

comments
ManşetTribunaYazarlar

İşıq dirəyi (hekayə)

comments
Dünyanın səsiManşetŞərh

Paşinyan qələbəliyi nə deməkdir?

comments
Dünyanın səsiXəbər

Adam işsiz qaldıqca peyvəndə münasibəti dəyişir – Tədqiqat

comments
Xəbər

Valyuta ehtiyatı

comments
Xəbər

Azərbaycan nefti iki ayda nə qədər bahalaşıb?

comments
Dünyanın səsiManşetŞərh

Virusa yoluxub sağalanları maraqlandıran suallar – CNN

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda