Hüquq
“Turan”ın pulu borca gedəcək
Vergilər Nazirliyi oktyabrın 2-də “Turan” informasiya agentliyinin hesabları olan banklara hesaba girən pulun vergi borcunun ödənilməsi üçün müsadirəsinə göstəriş verib. Qərar agentlik oktyabrın 1-dən işini bərpa edəndən sonra banklara göndərilib. Novator.az bildirir ki, “Turan”a 36 min 547 manat ve...
Jurnalist 30 kilo arıqlayıb
Oktyabrın 4-də Nəsimi Rayon Məhkəməsi həbsdə olan jurnalist Əfqan Muxtarlının girov əvəzində ev dustaqlığına buraxılması barədə vəsatətə baxıb. Məhkəmədə çıxış edən Əfqan Muxtarlı səhhətindəki problemlərə görə ev dustaqlığına buraxılmasını istəyib. Ancaq hakim Şəlalə Həsənova vəsatəti rədd edib. “Az...
Kimya üzrə Nobel mükafatı verildi
2017-ci ilin kimya üzrə Nobel mükafatını isveçrəli Jak Debuş, amerikalı Yoahim Frank və Böyük Britaniya təmsilçisi Riçard Henderson alıb. Novator.az xəbər verir ki, qərarı oktyabrın 4-də İsveç Elmlər Akademiyası açıqlayıb. Alimlər Nobel mükafatına məhlulda molekulların müşahidəsini asanlaşdıran kəşf...
Terrorçuların 10 mindən çox saytı var
Beynəlxalq terror təşkilatlarının 10 mindən çox saytı var. Novator.az-ın məlumatına görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru, Milli Antiterror Komitəsinin sədri, ordu generalı Aleksandr Bortnikov oktyabrın 4-də açıqlayıb. O bildirib ki, terror təşkilatları həmin saytlardan ...
Ali Məhkəmə Əli İnsanovla bağlı proses təyin etdi
Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun kassasiya şikayətinə nə vaxt baxılacağı bilinib. Oktyabrın 4-də Ali Məhkəmədən Novator.az-a məlumat verilib ki, sabiq nazirin işinə noyabrın 14-ü saat 9:30-da baxılacaq. İş hakim Fərhad Kərimovun icraatındadır. Bu il aprelin 26-da Qaradağ Rayon Məhkəməs...
Ekoloji yoxlamalarda nələr üzə çıxıb?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti 16-30 sentyabr arası qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlayıb. Rəsmi hesabatda deyilir ki, atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf müh...
Navalnıya yeni cəza
Rusiya paytaxtı Moskvanın Simonov Rayon Məhkəməsi müxalif lider Aleksey Navalnıya 20 sutka inzibati həbs cəzası kəsib. Novator.az-ın məlumatına görə, Navalnı icazəsiz kütləvi aksiyaya çağırışda təqsirli bilinib. Qərar oktyabrın 2-də çıxarılıb. Tərəqqi Partiyasının sədri, Korrupsiya ilə Mübarizə Fond...
Saakaşvili siyasi sığınacaq istəyib
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynadan siyasi sığınacaq istəyib. Novator.az-ın məlumatına görə, bunu oktyabrın 3-də Saakaşvilinin vəkili Markiyan Qalabala açıqlayıb. Vəkil bildirib ki, Mixail Saakaşvili sığınacaq almaq üçün Ukraynanın Miqrasiya Xidmətinə ərizə ilə müraciət edib. M...
Yeni cəza nə cəzadır?
Milli Məclisə prezident İlham Əliyevin təqdimatı ilə göndərilən qanun layihəsi Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişikliyi nəzərdə tutur. Onlardan biri də məcəlləyə 52-1 maddəsinin (azadlığın məhdudlaşdırılması) əlavə olunmasıdır. APA bildirir ki, yeni cəza məhkumun yaşayış yeri üzrə nəzarət altında...
Fizika Nobeli də amerikalılara getdi
2017-ci ilin fizika üzrə Nobel mükafatını amerikalı tədqiqatçılar Kip Torn, Rayner Vayss və Barri Beriş alıb. Novator.az xəbər verir ki, qərarı oktyabrın 3-də İsveç Elmlər Akademiyasının Nobel komitəsi açıqlayıb. Alimlər Nobel mükafatına qravitasiya dalğalarını aşkarlayan observatoriya quruculuğuna ...
Kataloniyanın tarixi
İspaniyadan ayrılmaq üçün qanunsuz referendum keçirən Kataloniya Muxtar Vilayətində 7,52 milyon nəfərlik əhalinin yalnız 35%-i katalonlardır. Bu il oktyabrın 1-də keçirilən referendumda muxtar vilayəti müstəqil dövlət elan etmək niyyətinə münasibət öyrənilib. İlkin nəticələrə görə, 2,3 milyon nəfər ...
Mirqədirova bəraət verilmədi
Oktyabrın 3-də Ali Məhkəmə jurnalist Rauf Mirqədirov barəsindəki hökmdən verilən şikayət üzrə qərar çıxarıb. Vəkil Fuad Ağayev APA-ya deyib ki, şikayət təmin edilməyib. Şikayət ərizəsində jurnalistə bəraət verilməsi istəyi yer almışdı. Novator.az bildirir ki, 1961-ci il təvəllüdlü Rauf Mirqədirov uz...
Yunanıstan mediası yenə tətilə çıxdı
Oktyabrın 3-də Yunanıstan mediası həmkarlar təşkilatlarının qərarı ilə 24 saatlıq növbəti tətilə çıxıb. Novator.az-ın məlumatına görə, tətil əlavə sosial sığorta sisteminin saxlanması, KİV əməkdaşlarının əmək və sosial hüquqlarını qorumaq tələbi ilə keçirilir. Səhər saat 6-dan radio və televiziyada ...
İlqar Məmmədov iki vəkilindən imtina etdi
Oktyabrın 2-də vəkil Fuad Ağayev Bakıdakı 2 saylı Cəzaçəkmə Müəssisəsində REAL Hərəkatının lideri İlqar Məmmədovla görüşüb. “Turan”a açıqlamasında vəkil deyib ki, görüşdə müdafiə taktikası müzakirə olunub. Fuad Ağayevin sözlərinə görə, İlqar Məmmədov digər vəkilləri Cavad Cavadov və Şəhla Hümbətovan...
Fiziologiya və tibb: Nobel mükafatını amerikalılar aldı
2017-ci ilin fiziologiya və tibb üzrə Nobel mükafatına amerikalı professorlar Ceffri Holl, Maykl Rozbaş və Maykl Yanq layiq görülüblər. Novator.az xəbər verir ki, qərarı oktyabrın 2-də Stokholmdakı Kral Tibb İnstitutunun Nobel komitəsi açıqlayıb. Alimlər Nobel mükafatına orqanizmdə bioloji ritmləri ...
İlin ən populyar adları
2017-ci ilin 9 ayında Azərbaycanda doğulmuş qız uşaqlarına verilən ən populyar ad Zəhra olub. Novator.az bildirir ki, ilin əvvəlindən bəri 1904 qıza Zəhra adı qoyulub. Nuray (1536 uşaq) siyahıda ikinci, Zeynəb (1132) üçüncüdür. Ən populyar adlar sırasında bu qız adları da var: Məryəm – 1116 uşaq Ayl...
Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik edilir
Sentyabrın 29-u Milli Məclisin binasında Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi ictimai müzakirəyə çıxarılıb. Layihə prezidentin təklifidir. Müzakirədə çıxış edən Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Vüsal İsayev qeyd edib...
Qara siyahının 40 faizə qədəri həmsədr ölkələrin vətəndaşıdır
ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin 267 vətəndaşının adı Azərbaycan Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısına salınıb. Xarici İşlər Nazirliyi işğal altındakı ərazilərə qanunsuz səfər etmiş əcnəbilərin adlarını arzuolunmaz şəxslər siyahısına salır, onların Azərbaycana səfəri...
“Turan” agentliyi fəaliyyətini bərpa edir
Oktyabrın 1-dən “Turan” agentliyi fəaliyyətini əvvəlki miqyasda bərpa edir. Novator.az xəbər verir ki, bununla bağlı sentyabrın 29-da agentliyin kollektivi müraciət yayıb. Müraciətdə xatırladılır ki, agentlik sentyabrın 1-dən öz işini əhəmiyyətli dərəcədə dayandırmaq məcburiyyətində qalmışdı: “Bu, V...
Müxalifət liderinin işi məhkəməyə gedir
Polis sentyabrın 29-u Rusiya paytaxtı Moskvada tutulan müxalif lider Aleksey Navalnı barəsində inzibati protokol tərtib edib. Novator.az-ın məlumatına görə, protokol kütləvi aksiya təşkili qaydalarının pozulması ilə bağlıdır. Navalnını polis əməkdaşları bu gün səhər Moskvadakı evinin çıxışında tutub...