Hüquq
“Sərhədsiz reportyorlar”dan da Fikrət çağırışı gəldi
Mərkəzi qərargahı Parisdə olan “Sərhədsiz reportyorlar” beynəlxalq media təşkilatı Ukrayna rəsmilərini azərbaycanlı jurnalist Fikrət Hüseynlini azadlığa buraxmağa səsləyib. Novator.az xatırladır ki, Hollandiyada yaşayan Fikrət Hüseynli oktyabrın 14-də Kiyevin Borispol hava limanında tutulub. O, Ukra...
Əmək Müfəttişliyi Xidməti 95 min manata yaxın vəsait ödətdirib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin 9 ayında 94563 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənməsini təmin edib. Rəsmi hesabata görə, həmin vəsaitin 93,3 faizi əmək haqları, 4,2 faizi sosial müavinət və kompensas...
Şahbaz Quliyevin vəziyyəti barədə yeni məlumat
Oktyabrın 18-də Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası açıqlama yayıb. Açıqlamada deyilir: “Aidiyyəti beynəlxalq təşkilatlardan verilmiş məlumata əsasən, 2014-cü ilin iyul ayında Ermənistan silahlı birləşmələrinin işğal olunmuş Kəlbəcər rayonunda girov götür...
Narkotiklərlə mübarizə: 9 ayın rəqəmləri
Hüquq mühafizə orqanları bu ilin doqquz ayında narkotiklərlə mübarizə sahəsində 2373 fakt aşkar edib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, onlardan 678-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, ps...
Jirinovski yeni il tətilinin ləğvini təklif edir
Rusiya Dövlət Dumasının sədr müavini, müxalif Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski uzun yeni il tətilinin əleyhinə çıxıb. Novator.az-ın məlumatına görə, Jirinovski əhaliyə yeni il tətili əvəzinə 15 gün əlavə məzuniyyət verməyi təklif edib. Dumanın sədr müavini təklifini əhalinin ...
“Freedom House” Fikrət Hüseynlini azadlığa buraxmağa çağırır
Mərkəzi qərargahı ABŞ-da olan “Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatı azərbaycanlı jurnalist Fikrət Hüseynlini dərhal azadlığa buraxmağa çağırıb. Azadliq.info-nun məlumatına görə, təşkilatın 17 oktyabr bəyanatında deyilir: “Ukrayna hökuməti Fikrət Hüseynlini dərhal azad etməli və ona qarş...
Vətəndaş müraciətləri haqqında hesabat
Vergilər Nazirliyi vətəndaş müraciətləri haqqında hesabat yayıb. Novator.az-a verilən rəsmi məlumata görə, 2017-ci ilin 9 ayı ərzində vergi orqanlarına 74609 müraciət daxil olub (onların 93,2%-i ərizə, 7,3%-i şikayət, 0,2%-i təklifdir). Müraciətlərin 38,7%-i müxtəlif arayışların alınması, 31,6%-i ka...
Fikrət Hüseynli barəsində həbs qətimkan tədbiri seçildi
Oktyabrın 17-də Ukrayna paytaxtı Kiyevin Borispol Rayon Məhkəməsində azərbaycanlı jurnalist Fikrət Hüseynlinin məhkəməsi olub. Hollandiyada yaşayan Fikrət Hüseynli oktyabrın 14-də Kiyevin Borispol hava limanında tutulub. O, Ukraynaya bundan bir neçə gün qabaq gəlibmiş. Fikrət Hüseynlini Kiyevdən Alm...
9 ayda 1 milyon 243 min 346 əcnəbi gəlib
Dövlət Miqrasiya Xidməti bu ilin 9 ayının yekunlarını açıqlayıb. Rəsmi məlumata görə, yanvar-sentyabr aylarında 1 milyon 243 min 346 nəfər əcnəbinin ölkə ərazisinə girişi, 1 milyon 241 min 5 nəfər əcnəbinin ölkədən çıxışı qeydə alınıb. 9 ay ərzində ölkədə 633 min 827 əcnəbi və vətəndaşlığı olmayan ş...
Qanunsuz ova qarşı reydlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz ova qarşı reydlərin hesabatını verib. Rəsmi məlumata görə, 2017-ci ilin 9 ayında keçirilən reydlərdə qanunsuz ovla məşğul olan 110 vətəndaş saxlanıb, onlardan 90 ov tüfəngi, 396 patron, 22 ədəd quş, 10 baş heyvan götürülüb. Qanun pozucularından 98-nə 9...
Korrupsiyadan yazan jurnalist öldürüldü
Maltada jurnalist Dafne Karuana Qalisiya öldürülüb. Oktyabrın 16-sı axşam onun avtomobili partladılıb. Avtomobilə bomba yerləşdirilibmiş. Novator.az bildirir ki, Dafne Karuana Qalisiya ölkənin baş naziri Cozef Muskatı Panamada ofşor şirkət əldə etməkdə, Azərbaycan hakimiyyətindən pul almaqda günahla...
Kataloniya lideri ultimatuma cavab verdi
Oktyabrın 16-da İspaniyanın Kataloniya vilayətinin başçısı Karles Puçdemont ölkə rəhbərliyinin ultimatumuna cavab verib. Novator.az-ın məlumatına görə, Karles Puçdemont İspaniya rəsmilərini dialoqa çağıran təklifini təkrarlayaraq deyib: “Dialoq təklifimiz səmimidir. Yaxın iki ayda bir nömrəli vəzifə...
Hakimlərə cəzalar
Məhkəmə-Hüquq Şurası birinci instansiya məhkəmələrinin səlahiyyət müddəti başa çatan 70-dək hakiminin fəaliyyətini müzakirə edib. Nöqsan və pozuntulara yol vermələri nəzərə alınaraq apellyasiya və birinci instansiya məhkəmələrinin ümumilikdə 20 hakiminin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlah...
Yeni təyinat alan hakimlərin və məhkəmə sədrlərinin siyahısı
Oktyabrın 14-də prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən bir sıra birinci instansiya məhkəmələrinə sədrlər təyin edilib. Dövlət başçısının digər sərəncamı ilə bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib, bəzi birinci instansiya məhkəmələri hakimlərinin isə vəzifələri ...
AŞPA bürosu İlqar Məmmədovla bağlı çağırış edib
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bürosu oktyabrın 13-də Avropa İnsan Hüquqları Məhkəməsini Azərbaycanın İlqar Məmmədovun işi üzrə bu məhkəmədə çıxarılmış qərarı yerinə yetirib-yetirmədiyi ilə bağlı mümkün qədər tez rəy verməyə çağırıb. Məlumatı “Amerikanın səsi” yayıb. Məlumata görə, b...
Hədələr və gerçəklər
Azərbaycanla Avropa Şurası arasında gərginlik son günlərin əsas mövzularından biridir. Sentyabrın 21-də Avropa Şurasının Nazirlər Komitəsi REAL Hərəkatının məhbus lideri İlqar Məmmədovun azadlığa buraxılmayacağı təqdirdə oktyabrın 27-dən sanksiyalar olacağının anonsunu verib. Oktyabrın 11-də isə Avr...
Əfqan Muxtarlı qaçmaq fikrində olmadığını desə də…
Jurnalist Əfqan Muxtarlı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti dekabrın 20-dək uzadılıb. Novator.az xəbər verir ki, qərar oktyabrın 13-də Nəsimi Rayon Məhkəməsində istintaq orqanının təqdimatı əsasında çıxarılıb. Jurnalistin vəkil Elçin Sadıqov bildirib ki, qərardan apellyasiya şikayət...
“Turan”ın iki iddiasından biri üzrə qərar verildi
Oktyabrın 13-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində “Turan” informasiya agentliyinin Vergilər Nazirliyinin Bakı Şəhər Lokal Gəlirlər Departamentinə qarşı iddiasına baxılıb. Lokal Gəlirlər Departamenti 2017-ci il avqustun 16-da “Turan”da 2010-2016-cı illər üçün vergi yoxlamasının aparılması b...
Avropa ilə üzülüşmək?
Avropa Şurasının Nazirlər Komitəsi sentyabrın 21-də REAL Hərəkatının məhbus lideri İlqar Məmmədovun işi üzrə qərar çıxarıb. Qərar Avropa İnsan Hüquqları Məhkəməsinin hökmünün icrasız qalması ilə bağlıdır. Katibliyə aralıq qətnamə layihəsi hazırlamaq tapşırılıb. Həmin qətnamədə Azərbaycana öhdəliyini...
Sərhəddə sentyabr pozuntuları
Dövlət Sərhəd Xidməti sentyabr ayının hesabatını yayıb. Rəsmi məlumatda bildirilir ki, ötən ay dövlət sərhədini pozan 53 nəfər (19 Azərbaycan vətəndaşı, 9 Özbəkistan, 2 Rusiya, 16 İran, 2 Tacikistan, 1 Əfqanıstan, 1 Cənubi Afrika, 1 Suriya, 1 Misir, 1 Konqo vətəndaşı) saxlanıb. Sərhəd rejim qaydalar...