Hüquq
Vəkillər Kollegiyasının rəhbəri postdan getdi
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Azər Tağıyev vəzifədən azad olunub. Report.az bildirir ki, qərar sentyabrın 27-si Rəyasət Heyətinin iclasında Azər Tağıyevin müraciəti əsasında çıxarılıb. Müraciətində Azər Tağıyev səhhəti ilə bağlı sədrlikdən getmək istədiyini bildirib. Sədr səlahiyyə...
Jurnalist seçim qarşısında: vicdan, yoxsa pul?
Seymur KAZIMOV 1997-ci ildə kütləvi informasiya vasitələrinə təzyiqlərdən və mediaya inamın cəmiyyətdə azalmasından narahat olan bir qrup amerikalı jurnalist, naşir, media rəhbəri və akademik Qayğılı Jurnalistlər Komitəsini (Committe of Concerned Journalists) yaratdı. Komitə apardığı çoxsaylı araşdı...
Konqresmenlər azərbaycanlı rəsmilərə qarşı layihə irəli sürüblər
ABŞ konqresmenləri Kristofer Smit və Cim Makqovern Azərbaycanda insan hüquqlarına hörmət edilməsini və qanunun aliliyinin təşviqini nəzərdə tutan qətnamə layihəsi irəli sürüblər. “Turan”ın məlumatına görə, Nümayəndələr Palatasının beynəlxalq insan hüquqları panelinə sədrlik edən Smit deyib ki, Azərb...
Əziz Orucovun mühakiməsinin vaxtı bilindi
“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun işi üzrə məhkəmə araşdırması oktyabrın 10-da başlayacaq. Sentyabrın 27-si Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilmiş hazırlıq iclasında belə qərar verilib. Novator.az-ın məlumatına görə, hazırlıq iclasında vəkil Cavad Cavadov cinayət işin...
“Turan”ın iki iddiası birləşdirildi
Sentyabrın 27-si 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində “Turan” informasiya agentliyinin Vergilər Nazirliyinin Bakı Şəhər Lokal Gəlirlər Departamentinə qarşı iddiası üzrə hazırlıq iclası keçirilib. Agentlik Lokal Gəlirlər Departamentin 2014-2016-cı illər üzrə əlavə vergi sanksiyaları hesablamas...
Gürcüstan: konstitusiyanın dəyişməsinə bir imza qaldı
Gürcüstan parlamenti yeni konstitusiya layihəsi qəbul edib. Novator.az-ın məlumatına görə, sentyabrın 26-da son oxunuşdan keçən layihə imzalanmaq üçün prezidentə təqdim olunacaq. Layihə parlamentin və baş nazirin səlahiyyətlərinin artırılmasına, prezidentin səlahiyyətlərinin azalmasına hesablanıb. A...
Deputat hesab edir ki, Müsavatın təklifi adamları yora bilər
Milli Məclisin deputatı Zahid Oruc Müsavat Partiyasının seçki və təşviqat kampaniyalarının müddətlərini dəyişmək təklifinə münasibət bildirib. Bu günlərdə Müsavat Partiyası seçki islahatları ilə bağlı təkliflər layihəsi açıqlayıb. Təkliflərdən biri də seçki kampaniyasının müddətini 120 gün, təşviqat...
REAL Partiyanın nizamnaməsində nələr var?
Novator.az Respublikaçı Alternativ Partiyasının nizamnaməsinin layihəsinə nəzər salıb. Partiya Respublikaçı Alternativ (REAL) Hərəkatının bazasında yaradılır. Təsis qurultayı oktyabrın 29-na təyin olunub. 2008-ci ildən fəaliyyət göstərən REAL Hərəkatında partiya quruculuğu üzrə təşkilat komitəsi 201...
Jurnalist tətilinin tələbləri
Yunanıstanda bütün KİV sentyabrın 26-da həmkarlar qurumlarının qərarı ilə 24 saatlıq tətilə çıxıb. Novator.az-ın məlumatına görə, tətil əlavə sosial sığorta sisteminin saxlanması, KİV əməkdaşlarının əmək və sosial hüquqlarını qorumaq tələbi ilə keçirilir. Səhər saat 6-dan radio və televiziyada xəbər...
Baş redaktor karserə salınıb
Həbsdə olan Azel.tv saytının baş redaktoru Əfqan Sadıqov 14 günlüyə karserə salınıb. Novator.az-ın məlumatına görə, bunu onun vəkili Elçin Sadıqov sosial şəbəkədə yaydığı açıqlamasında bildirib. Vəkil iddia edir ki, Əfqan Sadıqov saxlandığı 17 saylı Cəzaçəkmə Müəssisəsində yazdığı və mediada dərc ol...
Əfqan 110 manat 95 qəpik ödəyəcək
Həbsdə olan jurnalist Əfqan Muxtarlı səyyar vergi yoxlamasından keçirilib. Novator.az bildirir ki, vəkil Elçin Sadıqov belə məlumat yayıb. Vəkilin sözlərinə görə, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşı sentyabrın 25-i Bakı İstintaq Təcridxanasında Ə...
Jurnalist həbsinin səbəbini necə izah edir?
Jurnalist Ziya Əsədli hesab edir ki, onun tutulmasının səbəbi “Azadlıq” qəzetinin bölgə müxbiri olması, bu il aprelin 5-də Biləsuvarda insanların etiraz aksiyası keçirərək yolu bağlamaları barədə hazırladığı repotajın Azadliq.info saytında yayılmasıdır. Novator.az-ın məlumatına görə, Ziya Əsədli bun...
Saytların bloklanma qərarından şikayətə baxılacaq
“Azadlıq” radiosunun Azadliq.org saytına, “Azadlıq” qəzetinin Azadliq.info saytına, “Turan TV”nin Azerbaycansaati.com saytına, “Meydan TV” internet televiziyasının Meydan.tv saytına girişə, eyni zamanda “Azərbaycan saatı” televiziya proqramının yayımına məhdudiyyət qərarından şikayətə baxılacaq. Səb...
Ömürlük məhbusların azadlığa çıxması: yeni təklif var
Ömürlük məhbusların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün yeni rəsmi təklif var. APA-nın məlumatına görə, parlamentə prezidentin təqdimatı ilə göndərilmiş layihədə Cinayət Məcəlləsinin 76-cı maddəsinə (Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə) 4-1 bəndi əlavə olunub. Həmin bə...
Rusiya: ən çox harada cinayət törədilir?
Rusiyada 2017-ci ilin ilk yarısında törədilmiş cinayətlərin statistikası açıqlanıb. Novator.az-ın məlumatına görə, Rusiya Baş Prokurorluğu sentyabrın 25-də bəyan edib ki, ən çox cinayət paytaxt Moskvada törədilib. Bu ilin yanvar-iyun aylarında paytaxtda 72 min cinayətin qeydə alındığı bildirilir. Qa...
Tramp ABŞ-ın qapılarını bir az da möhkəm bağladı
Prezident Donald Tramp daha üç ölkənin vətəndaşlarının ABŞ-a girişini yasaqlayıb. Novator.az-ın məlumatına görə, dövlət başçısının sentyabrın 24-də imzaladığı fərmanla Venesuela, Şimali Koreya və Çad vətəndaşları qara siyahıya əlavə olunub. Bu ölkələr üçün qadağalar oktyabrın 18-də qüvvəyə minir. Tr...
Keçmiş sovetlərdə indiki parlamentlər
Azərbaycanda birpalatalı parlament fəaliyyət göstərir. 125 nəfərlik parlament majoritar üsulla (dairələr üzrə) seçilir. Novator.az keçmiş SSRİ məkanının başqa ölkələrinin parlamentlərinin necə formalaşmasına da nəzər yetirib. Estoniyada 101 deputatdan ibarət birpalatalı parlament proporsional sistem...
Deputatlar Müsavatın təklifinə nə deyir?
Müsavat Partiyası konstitusiya və seçki islahatları təklif edir. Təkliflərdən biri də Milli Məclisin proporsional sistemlə seçilməsi, deputatların sayının 200 nəfər müəyyən edilməsidir. Milli Məclis 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi ilə (dairələr üzrə) seçilir. 1995-2002-c...
Azərbaycana İlqar Məmmədovla bağlı xəbərdarlıq hazırlanır
Avropa Şurasının Nazirlər Komitəsi sentyabrın 21-də azərbaycanlı siyasətçi, REAL Hərəkatının lideri İlqar Məmmədovun işi üzrə qərar çıxarıb. Qərar Avropa İnsan Hüquqları Məhkəməsinin hökmünün icrasız qalması ilə bağlıdır. Azadliq.org-un məlumatına görə, katibliyə aralıq qətnamə layihəsi hazırlamaq t...
İfadə azadlığının hüquqi məhdudiyyətləri və məsuliyyətlər
Ələsgər MƏMMƏDLİ 1. Jurnalistlər peşəkar fəaliyyətlərində nəyə diqqət etməlidir? Jurnalistlər ictimai əhəmiyyət daşıyan hadisələri və şəxsləri hər zaman izləyir, habelə cəmiyyət üçün əhəmiyyətli gördükləri informasiyaları ictimaiyyətlə paylaşırlar. Bu prosesdə bəzən jurnalistlər istəməsələr də müxt...