Hüquq
Prokurorluq universitetinin məsul şəxsləri barədə cinayət işi başlayıb
Prokurorluq Azərbaycan Dövlət İqtisad Universitetinin məsul şəxslərinə cinayət işi başlayıb. Hesablama Palatasının sentyabrın 19-da yaydığı məlumatda bildirilib ki, universitetdə aparılan audit nəticəsində 2012-2014-cü illərdə təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının y...
Yoxlamaların dayandırılma müddəti uzadılacaq
2015-ci il oktyabrın 20-də sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması barədə qanun qəbul edilib. Novator.az xatırladır ki, qanuna əsasən, sahibkarlıq sahəsində yoxlamalar həmin il noyabrın 1-dən 2 il müddətinə dayandırılıb. Vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövləti...
Meriyanın Milli Şuradan istəyi var
Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının mitinqini sanksiyalaşdırıb. Mitinq sentyabrın 23-ü saat 15-dən 17-dək Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (“İnşaatçılar” metro stansiyasının yanı) keçiriləcək. Aksiyanın korrupsiyaya, insan hüquqlarının tapdan...
15 günün ekoloji cəzaları
1-15 sentyabr arası ölkədə ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını araşdıran Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin açıqlaması yayılıb. Bildirilir ki, atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizə...
Müsavat referendum və seçki islahatı tələb edir
Müsavat Partiyası seçki islahatları ilə bağlı təkliflər layihəsi açıqlayıb. Bastainfo.com-un məlumatına görə, sentyabrın 19-u Müsavat Partiyasının mərkəzi qərargahında təqdim olunan layihədə bildirilir ki, yerli və beynəlxalq ictimaiyyətin etimad göstərmədiyi, saxta seçkilər vasitəsilə hakimiyyəti z...
Təltif sərəncamları
Dövlət başçısı İlham Əliyev neft sənayesində çalışan bir qrup şəxsi təltif edib. Alıyev Nadir Əli oğlu, Hüseynov Şahmar Şəmistan oğlu, Hüseyn-zadə Rəfiqə Abdul Ağa qızı, Lətifov Yaşar Aydın oğlu, Süleymanov Fuad Salman oğlu əməkdar mühəndis, Qasımov Fərrux Zakir oğlu əməkdar hüquqşünas fəxri adı alı...
Sərəncam ömürlük məhbuslara da qapı aça bilər
1998-ci ildə Azərbaycanda ölüm cəzası ləğv olunub, bu hökm altında yatan şəxslərin cəzası ömürlük həbslə əvəzlənib. Həmin məhbuslar cəzalarının müddətli həbslə əvəzlənməsini istəyirlər. Avropa Şurasının Parlament Assambleyası 2007-ci ildə qəbul etdiyi qətnamədə Azərbaycan hökumətinə ölüm cəzasının l...
Dövlət Miqrasiya Xidmətinin aylıq hesabatı
Bu ilin avqust ayında Dövlət Miqrasiya Xidməti əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qanunvericiliyin tələblərini pozması ilə bağlı 2837 qərar qəbul edib. Rəsmi hesabata görə, qərarların 272-si ölkə ərazisində yaşamağın leqallaşdırılmasını, 1375-i inzibati cəriməni, 969-u ölkə hüdudlarından ...
Ümumrusiya Azərbaycan Konqresinin şikayəti təmin olunmadı
Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti üzrə proses başa çatıb. APA-nın məlumatına görə, Ali Məhkəmənin Apellyasiya Kollegiyası şikayəti təmin etməyib, birinci instansiyanın qərarı qüvvədə qalıb. Rusiya Ali Məhkəməsi bu il mayın 15-də Ədliyyə N...
İqtisad Universitetində yoxlama: iş prokurorluğa getdi
Hesablama Palatası Kollegiyasının iclasında dövlət büdcəsindən Azərbaycan Dövlət İqtisad Universitetinə ayrılan vəsaitlər və büdcədənkənar daxilolmalar üzrə auditin nəticələri üzrə müzakirə olunub. Sentyabrın 19-da yayılan rəsmi məlumata görə, 2012-2014-cü illərdə təhsil haqqı üzrə daxilolmaların uç...
40 milyon kölə var, 152 milyon uşaq məcburi işlədilir
Beynəlxalq Əmək Təşkilatı “Walk Free Foundation” və Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə köləlik hesabatı hazırlayıb. Novator.az-ın məlumatına görə, hesabatda 2016-cı ilə 40 milyona yaxın insanın köləliyə məhkum olduğu açıqlanır. Qeyd olunur ki, köləliyə məhkum 40 milyon insanın 25 milyonu məcbu...
“Turan”ın vergi müşkülü
“Turan” informasiya agentliyi vergi borcu ilə bağlı yeni məlumat yayıb. Qeyd olunur ki, sentyabrın 18-də Vergilər Nazirliyindən “Turan”ın elektron poçtuna məktub daxil olub. Sentyabrın 15-də imzalanmış məktuba əsasən, “Turan”ın 36 min 547 manat vergi borcu var. Bunun 27 min 253 manatı əsas borc, 9 m...
Rusiyada qətl törətmiş azərbaycanlı təslim oldu
Rusiyanın Xabarovsk diyarının azərbaycanlı sakini Anar Əliyar oğlu Allahverənov hüquq mühafizə orqanlarına təslim olub. Novator.az bildirir ki, xəbəri Federal Təhlükəsizlik Xidmətinin yerli idarəsi sentyabrın 19-da yayıb. Anar Allahverənovun Xabarovskdakı 1 saylı İstintaq Təcridxanasına yerləşdirilə...
“Turan” hələ işləyə bilmir
Sentyabrın 18-də “Turan” informasiya agentliyinin bank hesabları açılıb. Hesablar dondurulduğu, direktor Mehman Əliyev həbs olunduğu üçün agentlik sentyabrın 1-dən fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Novator.az bildirir ki, ayın əvvəllərində “Turan”ın əməkdaşları ilə əmək müqavilələri lə...
Məhkəmə vəkildən şikayət verib
Vəkil Elçin Sadıqovdan Vəkillər Kollegiyasına şikayət olunub. Novator.az-ın məlumatına görə, Elçin Sadıqov özü sosial şəbəkədə belə açıqlama yayıb. O yazır ki, Vəkillər Kollegiyasına müraciət jurnalist Elçin İsmayıllının Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilmiş mühakiməsi ilə bağlıdır. Məhkəmə v...
Elçin İsmayıllı 9 il müddətinə azadlıqdan məhrum edildi
Sentyabrın 18-də Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə jurnalist Elçin İsmayıllıya hökm oxunub. Novator.az-ın məlumatına görə, “Azadlıq” qəzetinin bölgə müxbiri Elçin İsmayıllı 9 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə təl...
Gənclər proqramında nələr var?
Prezident İlham Əliyev “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” dövlət proqramını təsdiqləyib. Proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək Gənclər və İdman Nazirliyinə həvalə olunub. Nazirlik ildə bir dəfə prezidentə tədbirlərin icrasının gedişi barədə məlumat verməli...
“Turan” cərimədən çıxır
Bakı Şəhər Lokal Gəlirlər Departamenti “Turan” informasiya agentliyinə 2014-2016-cı illər üzrə kəsdiyi 37 min manat əlavə vergi sanksiyasını ləğv edib. Qərar kameral yoxlamanın yekunu əsasında çıxarılıb. “Turan” qeyd edir ki, 2014-2016-cı illər üzrə əlavə vergi qərarı 7 avqust 2017-ci ildə Vergi Cin...
Vergi orqanlarına müraciətlərin 68,2%-i müsbət həll olunub
Avqust ayında vergi orqanlarına 8828 müraciət daxil olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,9% çoxdur. Vergilər Nazirliyinin rəsmi hesabatına görə, müraciətlərin 86,1%-i ərizə, 13,7%-i şikayət, 0,2%-i təklifdir. Onların 31,3%-i müxtəlif arayışların alınması, 42,4%-i kameral vergi yoxlama...
Jurnalist son söz deyib
Sentyabrın 15-də Şəki Ağır Cinayətlər Məhkəməsində “Azadlıq” qəzetinin bölgə müxbiri Elçin İsmayıllının işi üzrə növbəti proses keçirilib. Azadliq.info xəbər verir ki, Elçin İsmayıllı prosesdə son sözlə çıxış edib. O, həbsinin jurnalist fəaliyyəti ilə əlaqəli olduğunu deyib. Vəkillər Elçin Sadıqov v...