Hüquq
Maliyyə Monitorinqi Xidməti işçilərinə yasaqlar müəyyənləşib
Prezident İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda dəyişiklikləri imzalayıb. Novator.az bildirir ki, yeniliklərdən birinə görə, Maliyyə Monitorinqi Xidməti Daxili İşlə...
Xanımlar və cənablar
Azər Qaraçənli Biz təkcə yazılmış qanunlarla yaşamırıq, biz həm də yazılmamış qanunlarla yaşayırıq. Qanunlar – istər yazılısı olsun, istər yazılmamışı – dəyişə də bilər, ancaq bu dəyişiklik mənəvi inkişafın xeyrinə olmalıdı, ziyanına yox. Bizim yazılı qanunlarımızda da, yazılmamış qanunlarımızda da ...
Pensiya yaşını qaldıran layihə bir oxunuşdan keçdi
Rusiya parlamentinin aşağı palatası olan Dövlət Duması iyulun 19-da pensiya qanunvericiliyinə dəyişiklikləri ilk oxunuşda qəbul edib. Hökumətin təklif etdiyi layihə pensiya yaşını yüksəltməyi nəzərdə tutur. Qanun layihəsi kişinin pensiya yaşını 65-ə, qadının pensiya yaşını 63-ə qaldırır. İndi Rusiya...
Köçəryana vaxt qoyulub
Ermənistanda 1 mart 2008-ci il qırğınının istintaqına cəlb olunan sabiq prezident Robert Köçəryan haqqında rəsmi məlumat açıqlanıb. Novator.az-ın məlumatına görə, Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan iyulun 19-da jurnalistlərə deyib ki, Robert Köçəryan iyulun 26-da şahid qismində ifadə v...
ATƏT bürosunun 11 aprel seçkisi ilə bağlı yekun hesabatı
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu aprelin 11-də Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkisinin nəticələri ilə bağlı yekun hesabatını dərc edib. “Amerikanın səsi” xəbər verir ki, hesabatda Azərbaycana seçki qanunvericiliyinə yenidən baxmaq və bunu növbəti seçkilərə qəd...
21-ci orden
Prezident İlham Əliyev italiyalı həmkarı Serco Mattarellanı Azərbaycanın ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edib. Orden Azərbaycana rəsmi səfər edən dövlət başçısına iyulun 18-i Bakıda təqdim olunub. Novator.az bildirir ki, Serco Mattarella 2005-ci ildə təsis olunmuş “Heydər ...
Maliyyə Monitorinqi Xidmətinin nə səlahiyyətləri var?
Dövlət başçısı İlham Əliyev Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətini təmin etməyə fərman verib. Maliyyə Monitorinqi Xidməti mayın 25-də yaradılıb, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq sahəs...
Sərhəd mühafizəsində yenilik rəsmiləşdi
Prezident İlham Əliyev “Sərhəd qoşunları haqqında” qanunda dəyişiklikləri təsdiqləyib. Novator.az-ın məlumatına görə, yeniliklə sənədin adı “Sərhəd mühafizə orqanları haqqında” qanun olub. Azərbaycanın sərhəd mühafizə orqanları Sərhəd Qoşunlarından, çevik hərəkət qüvvələrindən, sahil mühafizəsindən,...
Sahil reydləri, cəzalar
İyulun 18-də rəsmi məlumat yayan Əmlak Məsələləri Dövlət Komitəsi Xəzər dənizinin 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrinin istifadəsi ilə bağlı monitorinq və reydlər keçirdiyini bəyan edib. Açıqlamada qeyd olunur ki, paytaxtın Sabunçu, Xəzər, Suraxanı, Xətai və Qaradağ rayonlarının, ...
Azərbaycana içki və siqaret gətirmək məhdudlaşdırıldı
Dövlət başçısı İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklikləri imzalayıb. Novator.az-ın məlumatına görə, qanun fiziki şəxsin fərdi istehlakı üçün alkoqollu içkinin və siqaretin aksizdən azad olunması qaydasını yeniləyir. İndiyə qədər 3 litr alkoqollu içki, 600 ədəd siqaret aksizdən azad idi. Vergi Məc...
Enerji və qaz təchizatı: nəzarət qaydası təsdiqlənib
Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqlənib. Novator.az-ın məlumatına görə, iyulun 16-da imzaladığı fərmanda prezident İlham Əliyev Nazirlər Kabinetinə elektrik qurğularının quraşdırılması qaydasını; elektrik və istilik qurğularının texniki istismar qayda...
Yeni dövlət agentliyi yaradılır
Prezident İlham Əliyev yerin təkindən istifadə, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirlərinə fərman verib. Novator.az-ın məlumatına görə, iyulun 16-da imzalanan sənəddə bildirilir ki, faydalı qazıntıların yerləşdiyi ə...
Mandatı alan qərardan necə şikayət veriləcək?
Prezident İlham Əliyev İnzibati Prosessual Məcəlləyə dəyişiklikləri təsdiqləyib. Yenilik deputatın mandatdan məhrum edilməsi haqqında qərardan şikayət üzrə icraatın xüsusiyyətlərini tənzimləyir. Normaya görə, Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının ...
Sumqayıtda həbslər
AZƏRTAC hüquq-mühafizə orqanlarına istinadla bildirir ki, iyulun 15-i Sumqayıt şəhərində radikal dini qrupların və onlara dəstək verən radikal müxalifət tərəfdarlarının 18 fəalı saxlanıb: “Əsasən xaricdən idarə olunan fəallar Gəncədə baş vermiş hadisələri Sumqayıt şəhərində təkrarlamaq, iğtişaş və q...
Niyə hədəf mediadır?
Ələsgər Məmmədli hüquqşünas, media hüququ üzrə mütəxəssis İyulun 9-da Baş Prokurorluq APA vasitəsilə bir açıqlama yayaraq ictimaiyyətə bildirdi ki, 4 internet resursu bağlanır və onlara qarşı cinayət işi başlanır. Səbəb kimi də göstərdi ki: “2018-ci il iyulun 3-də Rusiya Federasiyası vətəndaşı Yunis...
Mərhum zabitlər təltif olunub
İyulun 13-də prezident İlham Əliyev sərəncam imzalayaraq Gəncədəki qarşıdurmada həlak olmuş polis zabitləri İlqar Məmməd oğlu Balakişiyevi və Səməd Yunis oğlu Abbasovu “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib. İyulun 10-u axşam dini radikallar Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının ön...
Prezident: “Bu cinayətkarlar müsəlman deyillər”
“İyulun 3-də və iyulun 10-da Gəncə şəhərində törədilmiş qanlı cinayətlər dövlətçiliyimizə qarşı törədilmiş cinayətlərdir”. İyulun 13-ü hüquq mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirdiyi iclasda prezident İlham Əliyev belə deyib. Dövlət başçısı daha sonra bildirib: “Bu terror aktları nətic...
Prezident iclas keçirib
İyulun 13-də prezident İlham Əliyevin yanında ölkənin hüquq mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib. Xəbəri AZƏRTAC yayıb. Detallar hələ açıqlanmayıb. Novator.az xatırladır ki, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə Şəhər Baş Polis İdarəsinin...
Gəncə: qanlı aksiyaya görə 11 nəfər tutulub
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə məlumat yayıb. Qeyd olunur ki, iyulun 12-də baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev Gəncəyə gedərək son hadisələrlə əlaqədar yaradılmış istintaq...
Ermənistanda hərbi xidmətə çağırış qaydası yenilənir
İyulun 12-də Ermənistan parlamenti “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna dəyişikliklər edib. Yeniliklər həqiqi hərbi xidmətdən möhlət hüququ olan şəxslərin siyahısını genişləndirir. Novator.az xəbər verir ki, sənədə əsasən, valideyni, qardaşı və ya bacısı hərbi xidmət zamanı öl...