Ukrayna: 4 ildə kölgə iqtisadiyyatı 11 faiz düşüb
- 05 Oktyabr 2018
- comments
- Novator.az
- Posted in Xəbər
Ukraynada kölgə iqtisadiyyatının həcmi rəsmi ümumi daxili məhsulun 32 faizinə bərabərdir. Novator.az-ın məlumatına görə, baş nazirin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv oktyabrın 5-i ölkə parlamentindəki çıxışında belə deyib.
Ali Radada deputatların suallarını cavablandıran hökumət rəsmisi qeyd edib ki, 2018-ci ilin birinci rübündə kölgə iqtisadiyyatının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz düşüb. Stepan Kubiv 2014-cü ildən bəri 11 faiz azalma qeydə alındığını vurğulayıb.
Baş nazirin birinci müavini 2018-ci ilin ilk üç ayında investisiyaların həcminin 26,6 faiz artığını deyib. Onun sözlərinə görə, yanvar-avqust aylarında sənaye istehsalı 2,2 faiz irəli gedib.
Beynəlxalq Valyuta Fondu bu ilin fevral ayında açıqladığı hesabatda Ukraynada kölgə iqtisadiyyatının həcminin rəsmi ümumi daxili məhsulun 44,8 faizinə bərabər olduğunu bəyan edib.