Hüquq
İşığın yeni qiyməti: kimə nə yük düşür?
Noyabrın 1-dən Azərbaycanda elektrik enerjisinin tarifləri artır. İndi əhalinin ayda 300 kilovat-saatadək (300 kilovat-saat daxil) elektrik enerjisi işlədən hissəsi hər kilovat-saata görə 7 qəpik, 300 kilovat-saatdan çox elektrik enerjisi işlədən hissəsi hər kilovat-saata görə 11 qəpik ödəyir. Noyab...
Artımı bu il tətbiq etmək
Rəsmi hesabata görə, 2021-ci ilin yanvar-sentyabr aylarında Dövlət Neft Fondunun (DNF) büdcə gəlirləri 10 milyard 444,5 milyon manat, büdcə xərcləri 7 milyard 328,2 milyon manat olub, sentyabrın 30-na qurumun aktivləri 2021-ci ilin əvvəlinə nisbətən 1,52% artaraq 44 milyard 226,4 milyon ABŞ dolların...
13231 hadisə, 36 ölüm
2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 13231 fövqəladə hadisə baş verib, 36 nəfər həlak olub, 159 nəfər xəsarət alıb. Fövqəladə Hallar Nazirliyinin rəsmi hesabatına görə, doqquz ayda 24 nəfər yanğın hadisələrində, 9 nəfər partlayışlarda, 2 nəfər yağıntı nəticəsində, 1 nəfər bina uçmasın...
Deputatın işi məhkəməyə getdi
Baş Prokurorluğun 22 oktyabr məlumatına görə, İstintaq İdarəsi Milli Məclisin deputatı Eldəniz Səlimovun cinayət işinin ibtidai istintaqını tamamlayıb. Qeyd olunur ki, deputat bu il iyulun 29-da Xaçmaz şəhərində, qohumuna məxsus “Starıy Dvor” restoranında yerli polis şöbəsinin qeydiyyat və şəxsiyyət...
Koronavirusdan ölən səhiyyə işçilərinin sayı
2020-ci ilin yanvar ayından 2021-ci ilin may ayınadək dünyada 80-180 min nəfər arası səhiyyə işçisinin koronavirus infeksiyasından öldüyü ehtimal olunur. Novator.az-ın məlumatına görə, bunu Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus bəyan edib. Ümumilikdə dünyada 135 milyon səhiyyə i...
Çində uyğurlara qarşı repressiyalar: yeni hesabat yayılıb
Avstraliyanın Strateji Siyasət İnstitutu (ASPİ) Çin hakimiyyətinin uyğur türklərinə qarşı repressiyalarına dair hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda deyilir ki, Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Rayonunda kompakt yaşayan müsəlman uyğurlar daimi təqib altındadır, bu təqi...
Haqq-Ədalət Partiyasında
Ədliyyə Nazirliyi Kollegiyasının 15 oktyabr 2021-ci il iclasında Əli İnsanovun sədrlik etdiyi Haqq-Ədalət Partiyası (HƏP) dövlət qeydiyyatına alınıb. HƏP-in təşkilat komitəsi 2019-cu il noyabrın 24-də yaradılıb, partiya 2020-ci il yanvarın 25-də təsis olunub. Novator.az bildirir ki, 2021-ci il oktya...
ADR-in sənədləri hazırlanır
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası dövlət qeydiyyatına alınmaq istiqamətində iş aparır. Novator.az-ın məlumatına görə, partiya sədri Qubad İbadoğlu oktyabrın 22-də bəyan edib ki, qeydiyyat üçün zəruri sənədlər hazırlanır, bu iş bitəndə Ədliyyə Nazirliyinə müraciət olunacaq: “Yaxın zaman...
Avropa Məhkəməsindən yeni qərarlar gəlir
Avropa İnsan Hüquqları Məhkəməsi oktyabrın 28-də Azərbaycandan şikayətlər əsasında yeni qərarlar elan edəcək. Novator.az-ın məlumatına görə, hüquqşünas Xalid Ağalıyev bildirir ki, Arzu Səmədbəyli və başqaları 2015-ci ilin parlament seçkisində deputatlığa namizədliklərinin qeydə alınmaması, Mərkəzi S...
Veteranlara müavinət!
AXCP sədri Əli Kərimli 2020-ci ilin Vətən müharibəsində iştirak etmiş şəxslərə veteran müavinəti verilməsini və müavinətin məbləğinin artırılmasını istəyir. Azərbaycanda müharibə veteranı adını 1988-1994-cü illərdə ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş şəxslər daşıyı...
Rəsmi partiyaların sayı artdı
Ədliyyə Nazirliyinin 21 oktyabr məlumatına görə, Azərbaycan Yüksəliş Partiyası və Haqq-Ədalət Partiyası dövlət qeydiyyatına alınıb. Qərarın Ədliyyə Nazirliyi Kollegiyasının 15 oktyabr iclasında qəbul edildiyi bəyan olunub. Azərbaycan Yüksəliş Partiyası 2020-ci il iyulun 16-da yaradılıb. Partiyanın b...
Minimum maaşın artımı niyə problem yaradır?
Hökumət rəsmiləri 2022-ci ildən minimum əməkhaqqının artacağını vəd edir. Hazırda minimum əməkhaqqı 250 manatdır. Novator.az-ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli fərdi sahibkarların Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənişlərinin minimum əməkhaqqının məbləğinə bağlı olduğunu xatırladaraq y...
Vərəmdən ölüm artır – baiskar koronavirusdur
ABŞ-ın “Vaşinqton Post” qəzetində “Vərəmdən ölüm sayı yenidən artır – baiskar koronavirusdur” başlıqlı redaksiya məqaləsi dərc olunub. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir. Koronavirus infeksiyasına görə indiyədək dünyada 4,9 milyondan artıq insan həyatını itirib. Bu, Los-Anc...
Çıxış yolu
Qubad İbadoğlu ADR Partiyasının sədri Ağır zəmanədir: qiymətlər artsa da, əmək haqları, pensiyalar, müavinət və təqaüdlər yerində sayır, nəticədə yaşam şərtləri ağırlaşır, əhali sürətlə yoxsullaşır, işsizlik kütləviləşir; mənəviyyatsızlıq, yaltaqlıq, məddahlıq baş alıb gedir, yalan, saxtakarlıq ayaq...
Büdcənin doqquz ayı
Maliyyə Nazirliyi 2021-ci ilin dövlət büdcəsinin icrası üzrə hesabat yayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, yanvar-sentyabr aylarında büdcə 17 milyard 871,6 milyon manat gəlir əldə edib: “Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 6 milyard 354,4 milyon manat, Dövlət Gömrük Komitəsinin x...
Avropa saatı tutuşdura bilmir
Avropa İttifaqı yay-qış vaxtının tətbiqindən imtinanı təxirə salmağa məhkum olub. Novator.az bildirir ki, 1996-cı ildən ittifaqda martın son bazar günündən əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir, oktyabrın son bazar günündən əqrəblərin bir saat geri çəkilməsi ilə qış vaxtı tətb...
Saakaşviliyə yeni ittiham
Oktyabrın 20-də Gürcüstan Prokurorluğu sabiq prezident Mixail Saakaşviliyə yeni ittiham irəli sürüb. Mixail Saakaşvili dövlət sərhədini qanunsuz keçməkdə təqsirli bilinir. Novator.az bildirir ki, Mixail Saakaşvilinin sentyabrın 29-da gizli şəkildə Ukraynadan Gürcüstanın liman şəhəri Potiyə gəmi ilə ...
Mükafat Navalnıya verildi
Rusiyada həbsdə olan müxalif lider Aleksey Navalnı Avropa Parlamentinin Andrey Saxarov adına “Azad düşüncə mükafatı”na layiq görülüb. Novator.az saytı ABŞ-ın “Reuters” agentliyinə istinadla xəbər verir ki, Avropa Parlamenti bununla bağlı qərarını oktyabrın 20-də açıqlayıb. Navalnıdan başqa mükafata...
Hökm yenə dəyişmədi
Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Ordusuna dəstək aksiyasından sonra cinayət məsuliyyətinə alınıb məhkum olunmuş şəxslərin işi üzrə prosesə nöqtə qoyub. Novator.az-ın məlumatına görə, oktyabrın 20-də keçirilən iclasda AXCP üzvləri Telman Seyfullayev, İsmayıl Həsənov, Baba Süleymanov, Ceyhun Novr...
Kəlbəcərli ziyalılar Eldar Həsənova azadlıq istəyir
Kəlbəcərli 300 ziyalı prezident İlham Əliyevə müraciət edib. Müraciət həbsdə olan dövlət xadimi Eldar Həsənovla bağlıdır: – Hörmətli cənab Prezident, Sizə işğaldan azad etdiyiniz Kəlbəcər rayonundan olan bir qrup ziyalı adından müraciət etməyi məqsədəuyğun sayırıq. Çünki Siz hər bir vətəndaşa ...