2019-cu il martın 1-dən peşə təhsili müəssisələrinin tələbələrinə dövlət büdcəsinin vəsaiti hesabına 50 manat təqaüd verilir. Prezident İlham Əliyevin 11 noyabr 2021-ci il sərəncamı ilə qayda dəyişir: akademik göstəriciləri 5 (yüksək texniki peşə təhsili səviyyəsində 91-100 bal) olan tələbələr 75 manat, akademik göstəriciləri 4 və 5 (yüksək texniki peşə təhsili səviyyəsində 71-100 bal) olan tələbələr 60 manat, akademik göstəriciləri 3-5 (yüksək texniki peşə təhsili səviyyəsində 51-100 bal) olan tələbələr 50 manat təqaüd alacaq.