Hüquq
Eldar Həsənovun ittiham olunduğu maddələr
Novator.az dövlət xadimi Eldar Həsənova verilmiş ittihamlara nəzər salıb. Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunacaq Eldar Həsənova Baş Prokurorluğun İstintaq İdarəsi Cinayət Məcəlləsinin 179.3.2, 193-1.3.2, 308.2, 308-1.1 və 313-cü maddələri ilə ittiham irəli sürüb. 179.3.2-ci maddəyə görə...
Narkotik cinayətləri 42,7 faiz artıb
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda qeydə alınmış 14928 cinayətin 4145-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub, bu da ötən ilin ilk yarısı ilə müqayisədə 42,7 faiz çoxdur. Yarım ildə narkotik vasitə...
Eldar Həsənovun işi məhkəməyə getdi
Dövlət xadimi Eldar Həsənovun işi üzrə istintaq tamamlanıb. Baş Prokurorluğun avqustun 16-da yaydığı rəsmi məlumata görə, İstintaq İdarəsi Eldar Həsənova mənimsəmə və ya israf etmə; cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma; vəzifə səlahiyyətlərindən sui-istifad...
Aqil Hümmətov necə tutulub?
AXCP üzvü Aqil Hümmətov barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib. Qərarı avqustun 13-də Xəzər Rayon Məhkəməsi çıxarıb, cəbhəçi Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasına yerləşdirilib. Avqustun 11-i Bakıda tutulan Aqil Hümmətov Xəzər Rayon Polis İdarəsinə aparılmış, onun Zirə qə...
Cəbhəçiyə ittiham
AXCP üzvü Aqil Hümmətova qəsdən sağlamlığa ağır zərər vurma ittihamı irəli sürülüb. Novator.az bildirir ki, bu ittiham üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Aqil Hümmətov avqustun 11-i Bakıda tutularaq Xəzər Rayon Polis İdarəsinə aparılıb. Onun Zirə qəsəbəsində v...
Həbsin bir ili
Hüquqşünas alim, dövlət xadimi Eldar Həsənovun həbsindən bir il ötür. Novator.az bildirir ki, Eldar Həsənov 1955-ci ildə Kəlbəcər rayonunun Laçın kəndində doğulub. Elektronika mühəndisi və hüquqşünas ixtisasları üzrə iki ali təhsil alıb, 1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində ç...
Azadlıq bölgəsində tikililər: fərman verildi
Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinə fərman verib. Avqustun 12-də imzalanan sənədlə Nazirlər Kabinetinə tikililərin müvəqqəti reyestrini iki ay müddətində yaratmaq tapşırılıb. Məqsəd aparılmış inventarlaşdırmanın nəticələri əsasında tikililərin möv...
Duma seçkisinə 14 partiya qatılıb
Avqustun 12-də Rusiya parlamentinin aşağı palatasına – Dövlət Dumasına seçkiyə qatılan partiyaların qeydiyyatı bitib. Novator.az bildirir ki, Mərkəzi Seçki Komissiyası proporsional sistem (partiya siyahıları) üzrə 14 qurumun mübarizə aparacağını bəyan edib. Seçki sentyabrın 19-na təyin olunub, ancaq...
Cəbhəçi tutulub
AXCP üzvü Aqil Hümmətov avqustun 11-i Bakıda tutulub. “Turan”ın Daxili İşlər Nazirliyinə istinadla yaydığı xəbərə görə, cəbhəçi Xəzər Rayon Polis İdarəsində saxlanır. Onun Zirə qəsəbəsində vətəndaş Yamən Məmmədova bıçaqla xəsarət yetirdiyi bildirilir. Aqil Hümmətov sosial şəbəkələrdə hakimiyyəti sər...
SOCAR-ın yenilənmiş nizamnaməsi
Novator.az Dövlət Neft Şirkətinin (SOCAR) yenilənmiş nizamnaməsini təqdim edir. SOCAR Azərbaycanda və xaricdə neft və qaz yataqlarının axtarışını, kəşfiyyatını, hazırlanmasını, işlənməsini, neftin, qazın, kondensatın hasilatını, nəqlini, emalını, neft, neft-kimya və qaz məhsullarının paylanmasını, s...
“Jurnalistlər üçün tikilmiş bina jurnalistlərə verilməlidir”
Bakının Bibiheybət qəsəbəsində, Yeni Salyan şosesində jurnalistlər üçün tikilmiş üçüncü binanın ətrafında müzakirələr gedir. Bünövrəsi 2017-ci il iyulun 20-də qoyulmuş, tikintisi yekunlaşmış bina 255 mənzillidir. Ərazidə 156 mənzilli ilk bina 2013-cü ildə, 255 mənzilli ikinci bina 2017-ci ildə media...
Rusiyaya xəbərdarlıq
Avqustun 11-də Müdafiə Nazirliyinin açıqlaması yayılıb. Açıqlamada qeyd olunur ki, 10 noyabr 2020-ci ildə Azərbaycan prezidenti, Rusiya prezidenti və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanatın tələbinə baxmayaraq Ermənistan silahlı qüvvələrinin qalıqlarının Rusiya sülhməramlı qüvvələrin...
Miqrasiya qərarlarının əhatəsi
Dövlət Miqrasiya Xidmətinin hesabatına görə, 2021-ci ilin iyul ayında əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı 27113 müraciət gəlib, onların müvəqqəti və daimi yaşamaq üçün icazələri üzrə 3837, şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyəti...
Dövlət qulluqçularına pensiya güzəşti rəsmiləşdi
Prezident İlham Əliyev dövlət qulluqçusuna qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi qaydasında yeniliyi imzalayıb. Qulluq stajına görə əmək pensiyasına əlavələr “Əmək pensiyaları haqqında” qanunla tənzimlənir. “Dövlət qulluğu haqqında” qanuna əsasən, dövlət qulluqçusuna qulluq st...
Biznes sahəsində yeni portal yaradılır
Avqustun 9-da fərman imzalayan prezident İlham Əliyev Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nizamnaməsini yeniləyib. Agentliyə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün normativ hüquqi aktlarda nəzərdə tutulan...
Eldar Həsənovun səhhəti daha da ağırlaşıb
Məhbus dövlət xadimi Eldar Həsənovun səhhəti daha da ağırlaşıb. Novator.az-ın məlumatına görə, vəkil Cavad Cavadov özünün “Facebook” səhifəsində yazır ki, Eldar Həsənov avqustun 8-i səhər Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında növbəti başgicəllənmə nəticəsində huşunu itirərək yerə yıxıl...
Müayinə və müalicə davam edir
Dövlət Təhlükəsizliyi Xidmətinin Bakıdakı Hərbi Hospitalına yerləşdirilən dövlət xadimi Eldar Həsənovun səhhətində problemlər qalır. Novator.az-ın avqustun 6-da əldə etdiyi məlumata görə, müayinə və müalicə prosesinə peşəkar həkimlər cəlb olunub, Eldar Həsənovun durumunu yaxşılaşdırmaq üçün səy göst...
Oqtay Gülalıyevin vəziyyəti: sabit ağır
Hüquq müdafiəçisi Oqtay Gülalıyev Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına köçürülüb. Xəbəri avqustun 6-da “Turan” yayıb. Oqtay Gülalıyevin səhhəti avqustun 5-də pisləşib. Ona qida qəbulu üçün qoyulmuş boru səhər saatlarında sıradan çıxıb. Paytaxtdakı Mustafa Topçubaşov adına El...
Qatı millətçi parlament sədrinin müavini seçildi
Daşnaksütun Partiyasının liderlərindən olan İşxan Saqatelyan avqustun 6-da Ermənistan parlamentinin sədr müavini seçilib. Novator.az-ın məlumatına görə, o, birləşmiş müxalifəti təmsil edir. Ermənistanın yeni parlamenti avqustun 2-də fəaliyyətə başlayıb. İyunun 20-də seçilmiş 107 nəfərlik parlamentdə...
Oqtay Gülalıyevin səhhəti pisləşib
Avqustun 5-də hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti pisləşib. “Turan”ın məlumatına görə, ona qida qəbulu üçün qoyulmuş boru səhər saatlarında sıradan çıxıb. Paytaxtdakı Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə aparılan hüquq müdafiəçisinə müvəqqəti qida borusu qoyulub, ancaq evdə qid...