Hadisə
Sərhəddə yeni pozuntu
Dövlət Sərhəd Xidməti rəsmi məlumat yayıb. Xəbərə görə, martın 12-si saat 00:07 radələrində Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Ostair kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran ərazisindən Azərbaycan istiqamətində hərəkət edən 6 nəfər silahlı nam...
Azərbaycandan Rusiyaya gedən mikroavtobus qəzaya uğrayıb
Martın 6-sı Azərbaycandan Rusiya paytaxtı Moskvaya gedən mikroavtobus Rusiyanın Stavropol diyarının Nevinnomıssk şəhəri yaxınlığında qəzaya uğrayıb. Nəticədə 6 nəfər həlak olub, 3 nəfər yaralanıb. “Report” agentliyi onların hamısının Ağcabədi rayonundan olduğunu xəbər verir. Məlumatda həlak olanları...
5 nəfər xəstəxanada saxlanıb
Bakının Nərimanov rayonunda yerləşən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin balansında olan yataqxanada baş verən yanğınla bağlı yeni məlumat yayılıb. Martın 5-i gecə məcburi köçkünlərinin məskunlaşdığı beşmərtəbəli yataqxananın mənzillərin birində başlayan yanğın ümumi dəhlizə k...
Bakıda faciə
Martın 5-i gecə Bakının Nərimanov rayonunda yerləşən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin balansında olan, Ağdamdan məcburi köçkünlərinin məskunlaşdığı beşmərtəbəli yataqxanada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, binanın 3-cü mərtəbəsindəki mənzillə...
2018-in yanğın statistikası
2018-ci ildə Azərbaycanda 2210 yanğın hadisəsi qeydə alınıb, bu da 2017-ci ilin göstəricisindən 4 faiz çoxdur. Dövlət Statistika Komitəsi Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, yanğınlar nəticəsində 65-i kişi, 18-i qadın olmaqla 83 nəfər (onların 13-ü uşaqdır) həyatını itirib, 484 tikil...
İllik qəza statistikası
2018-ci ildə Azərbaycanın avtomobil yollarında 1817 və ya 2017-ci illə müqayisədə 0,9 faiz az yol-nəqliyyat hadisəsi baş verib, qəzalarda zərər çəkən şəxslərin sayı 1,5 faiz azalaraq 2433 nəfər olub. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, qəzalarda 722 nəfər həlak olu...
Prezident zəlzələ bölgəsində
Fevralın 7-də prezident İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıya gedib. AZƏRTAC bildirir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlət başçısına fevralın 5-də və 6-da təbii fəlakətin törətdiyi fəsadlar barədə məlumat veriblər. P...
Şamaxı: 42 evdə dağıntı baş verib
AZƏRTAC Şamaxıdakı vəziyyət barədə yeni məlumat yayıb. Fevralın 5-i saat 23:31 radələrində İsmayıllı rayonunda təxminən 6 bal gücündə baş verən zəlzələ Şamaxıda bir sıra fəsadlara səbəb olub. Şamaxı Rayon Fövqəladə Hallar Komissiyası bildirir ki, ilkin araşdırmalara görə, zəlzələ nəticəsində kəndlər...
Azərbaycanda titrəyişlər
Azərbaycanda silkələnmələr olub. Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, fevralın 5-i saat 23:19-da Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bal...
Avropanın qəza statistikası
Avropa İttifaqının ali icra orqanı olan Avropa Komissiyası birlik ölkələri üzrə yol qəzası hesabatı yayıb. Novator.az xəbər verir ki, hesabata əsasən, 28 ölkə arasında yol qəzaları ən çox Avstriyada baş verir. Bu ölkədə 10 min sakinə 44 yol qəzası düşür. Avropa İttifaqının yol qəzaları sıralamasında...
Fövqəladə hadisələrin sayı 17% artıb
Fövqəladə Hallar Nazirliyi illik hesabat açıqlayıb. Novator.az bildirir ki, rəsmi statistikaya görə, 2018-ci ildə baş verən yanğınlarda 83 nəfər, digər fövqəladə hadisələrdə 22 nəfər həlak olub. 2018-ci ildə 15464 təbii və texnogen mənşəli hadisənin baş verdiyi, bunun 2017-ci illə müqayisədə 17% çox...
Əli Əliyevin ölüm işi: iddia qismən təmin edilib
Yanvarın 24-ü Bakı Apellyasiya Məhkəməsində jurnalist İmdad Əlizadənin atası, Qarabağ müharibəsi veteranı Əli Əliyevi avtomobillə vuraraq öldürən “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin işçisi Seymur Qarayevin cinayət işi üzrə proses davam etdirilib. Novator.az-ın məlumatına görə, hakim Vaqif Mursa...
“Mehman Hüseynova azadlıq!”: məhkəmədən yeni qərarlar gözlənir
Yanvarın 3-ü Bakıda, metronun “Neftçilər” stansiyasının yaxınlığında “Mehman Hüseynova azadlıq!”, “Siyasi məhbuslara azadlıq!” şüarları ilə piket keçirilib. “Amerikanın səsi” xəbər verir ki, polis aksiyaya müdaxilə edib, bir neçə nəfər tutularaq Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsinə aparılıb...
Əməliyyat başa çatıb
Rusiyanın Fövqəladə Hallar Nazirliyi Çelyabinsk vilayətinin Maqnitoqorsk şəhərində axtarış-xilasetmə əməliyyatının başa çatdığını bəyan edib. 2018-ci il dekabrın 31-də şəhərdəki onmərtəbəli binaların birində qaz sızması nəticəsində partlayış baş verib, bir blok tamam uçub. Novator.az bildirir ki, so...
Köçkün ailələri müvəqqəti mənzillərdə yerləşdirilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Qeyd olunur ki, yanvarın 3-nə keçən gecə Xətai rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş vermiş yanğın nəticəsində 18 məcburi köçkün ailəsinin müvəqqəti yaşayış sahəsi yararsız vəziyyətə düşüb: “Baş nazir...
Faciə qurbanlarının sayı açıqlanıb
Rusiyanın Çelyabinsk vilayətinin Maqnitoqorsk şəhərindəki faciədə ölənlərin sayı 37-yə çatıb. 2018-ci il dekabrın 31-də şəhərin onmərtəbəli binalarının birində qaz sızması nəticəsində partlayış baş verib, bir blok tamam uçub. Novator.az bildirir ki, yanvarın 3-də verilən son bilgiyə görə, faciədə 37...
Mehman Hüseynova yeni cinayət işi qaldırılıb
Bakıdakı 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan bloqçu Mehman Hüseynova yeni cinayət işi qaldırılıb. Penitensiar Xidmətin rəsmi məlumatına görə, dekabrın 26-sı 14 saylı Cəzaçəkmə Müəssisəsində aparılan axtarış-baxış tədbirləri zamanı Mehman Hüseynov müəssisənin rejim-nəzarət şöbəsinin böyük inspe...
Qəzalarda 1,3 milyon nəfər ölüb
2018-ci ildə 1 milyon 350 min insan yol-nəqliyyat hadisələri nəticəsində həlak olub. Novator.az-ın məlumatına görə, Dünya Səhiyyə Təşkilatının qlobal yol təhlükəsizliyi hesabatında belə deyilir. Hesabat 178 ölkəni əhatə edir. Dekabrın 7-də dərc olunan sənədə əsasən, hər 24 saniyədə bir nəfər qəzada ...
İsgəndər Həmidov xəstəxanaya yerləşdirilib
Dekabrın 4-də sabiq daxili işlər naziri İsgəndər Həmidov ürəyində yaranan problemə görə xəstəxanaya yerləşdirilib. Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında sabiq nazir koronaroqrafiya müayinəsindən (“anju” əməliyyatı) keçiriləcək. İsgəndər Həmidov 1948-ci ildə Kəlbəcərin Bağlıpəyə kəndind...
Ukraynada hərbi vəziyyət rejimi tətbiq olunur
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası ölkədə hərbi vəziyyət rejimi tətbiq etmək təklifi irəli sürüb. Novator.az-ın məlumatına görə, noyabrın 25-i prezident Pyotr Poroşenkonun iştirakı ilə keçirilən iclasda qəbul olunan qərar təsdiq üçün parlamentə göndərilib. Ali Rada qərar layihəsinə noy...