![]({"full":{"0":"2019\/01\/FHN.jpg","1":749,"2":406,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2019\/01\/FHN.jpg"}})
Fövqəladə hadisələrin sayı 17% artıb
- 29 Yanvar 2019
- comments
- Novator.az
- Posted in Xəbər
Fövqəladə Hallar Nazirliyi illik hesabat açıqlayıb. Novator.az bildirir ki, rəsmi statistikaya görə, 2018-ci ildə baş verən yanğınlarda 83 nəfər, digər fövqəladə hadisələrdə 22 nəfər həlak olub.
2018-ci ildə 15464 təbii və texnogen mənşəli hadisənin baş verdiyi, bunun 2017-ci illə müqayisədə 17% çox olduğu vurğulanır.
Hesabata əsasən, fövqəladə hadisələrdə ölənlərin sayı 46% artıb, xəsarət alanların sayı 31% azalıb.