Hadisə
Qəza yerində tapşırıqlar
Baş nazirin birinci müavini Yaqub Eyyubov və “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev iyulun 3-də Mingəçevirdəki İstilik Elektrik Stansiyasına (İES) baş çəkiblər. AZƏRTAC-a danışan “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib ki, baş nazirin birinci müa...
Qəzanın fəsadları
İyulun 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasının əsas düyün yarımstansiyasında yanğınla nəticələnən qəza baş verib, ölkə işıqsız qalıb. Energetika Nazirliyi ilə “Azərenerji” ASC-nin birgə operativ məlumatına əsasən, bir neçə gündür havaların normadan artıq isti keçməsi nəticəsində el...
Silkələnmə: dağıntı və tələfat yoxdur
İyunun 5-i saat 22:40-da Zaqatala ərazisində zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzi bəyan edib ki, ocağı 19 kilometr dərinlikdə yerləşən zəlzələ 5,5 bal gücündə olub, episentrdə 6 bala qədər hiss edilib. Zaqatala Rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-a dağıntı və insan t...
Göyçayda yeni körpü tikilir
Göyçay çayında selin dağıtdığı avtomobil körpüsünün yerində yeni körpünün, 200 metr aralıda isə alternativ körpünün tikintisinə başlanıb. İyunun 2-də Göyçay çayına gələn sel avtomobil körpüsünü dağıdıb, Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti dayandırılıb. Sel çay üzərindəki piyada körpüsünü...
Kürəyindən vurulan jurnalist kimdir?
Ukraynanın paytaxtı Kiyevdə rusiyalı hərbi jurnalist Arkadi Babçenko öldürülüb. Hadisə mayın 29-u axşam Arkadi Babçenkonun yaşadığı binanın blokunda baş verib. Kürəyindən üç güllə yarası alan jurnalist xəstəxanaya aparılarkən keçinib. Novator.az bildirir ki, Arkadi Babçenko 1977-ci ildə Moskva şəhər...
Naxçıvan şəhərində zəlzələ
Mayın 22-si Naxçıvan şəhərində 3,4 bal gücündə zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzi bildirir ki, yeraltı təkanlar saat 6:32-də qeydə alınıb. Ocağı 7 kilometr dərinlikdə yerləşən zəlzələ Naxçıvan şəhəri və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Mərhum alpinistlər ailələrinə təhvil verilib
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində ötən ilin dekabrında itkin düşmüş və meyitləri mayın 16-da tapılmış alpinistlərin həlak olmasının səbəblərini araşdıran komissiya yaradılıb. Komissiyaya Quba Rayon Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin...
Fövqəladə hallar statistikası
2018-ci ilin ilk rübü ərzində Azərbaycanda 1488 təbii və texnogen mənşəli hadisə baş verib. Fövqəladə Hallar Nazirliyi bildirir ki, hadisələrdə 46 nəfər həlak olub, 48 nəfər xəsarət alıb. Yanğın hadisələri zamanı 43 nəfərin həlak olduğu, 31 nəfərin xəsarət aldığı qeyd edilir. Üç ay ərzində 21 partla...
İtkin alpinistlərdən xəbər çıxdı
Ötən ilin sonunda itkin düşmüş “Gilavar” idman klubunun alpinistləri Namin Bunyatov, Babur Hüseynov və Fəridə Cəbrayılzadədən xəbər var. Fövqəladə Hallar Nazirliyi bildirir ki, xilasedici dəstələri ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının birgə axtarışları nəticə verib: mayın 16-sı ...
Cəbhəçi şair faciəli şəkildə həlak olub
AXCP üzvü, şair Araz Səməd faciəli şəkildə həlak olub. APA-nın məlumatına görə, Araz Səmədi aprelin 18-i saat 23 radələrində Abşeron rayonunun Digah qəsəbəsində yolu keçərkən avtomobil vurub. “İsuzu” markalı sərnişin avtobusunu Mehdiabad qəsəbə sakini Aydın Kərimov idarə edirmiş. Araz Səməd hadisə y...
Qarabağda mina partladı, ölənlər var
Böyük Britaniyanın “HALO Trust” təşkilatının erməni əməkdaşları Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində minadan təmizləmə işi həyata keçirərkən partlayış baş verib. Xəbər martın 29-da yayılıb. Novator.az Ermənistanın Shamshyan.com saytına istinadla bildirir ki, hadisə Ağdərədə baş verib...
Rəsmi: Narkoloji Mərkəzdə yanğını xəstələrdən biri törədib
Martın 6-da Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla bağlı birgə məlumat yayıb. Məlumatda deyilir: – Xəbər verilidiyi kimi, 2018-ci il mart ayının 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkol...
Narkoloji Mərkəzdə yanğın: meyitlərin hamısı ailələrinə verildi
Respublika Narkoloji Mərkəzindəki yanğında həlak olmuş şəxslərin hamısının meyiti ailələrinə təhvil verilib. Bunu “Report”a Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib. 9 meyitin kimliyi martın 3-də müəyyənləşdirilmiş və ailə üzvlərinə t...
“30 nəfəri xilas etmək çətinliklə mümkün olub”
Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar yaradılmış dövlət komissiyasının sədri, baş nazirin müavini Abid Şərifov AZƏRTAC-a danışıb. O deyib ki, yanğın baş verən zaman Narkoloji Mərkəzin həmin korpusunda 55 xəstə olub: “Onlardan 25-i dünyasını dəyişib. Qalan 30 nəfər isə xilas ed...
Bakıda yanğın
Martın 2-si səhər tezdən Bakının Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzinin binasında (Zığ şosesi, 13) yanğın olub. İlkin rəsmi məlumat Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Səhiyyə nazirliklərinin birgə məlumatında deyilir: “Martın 2-si saat 06:10-da Bakı şəhərinin Xətai ...
Əyyub Kərimov həlak olub
Tanınmış təhqiqatçı jurnalist və hüquqşünas Əyyub Kərimov həlak olub. Femida.az saytının yaydığı məlumata görə, Əyyub Kərimov dəm qazından boğulub. Məlumata görə, hadisə paytaxtın Nərimanov rayonunda, Əyyub Kərimovun yaşadığı evdə baş verib. Evdən onun meyiti tapılıb. Novator.az bildirir ki, Əyyub K...
Narkoloji Mərkəzdə yanğın: dövlət komissiyası yaradıldı
Prezident İlham Əliyev martın 2-si Bakıda, Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika Narkoloji Mərkəzdə baş verən yanğınla əlaqədar dövlət komissiyası yaradıb. Sərəncama görə, komissiyanın sədri baş nazirinin müavini Abid Şərifovdur. Komissiyaya daxili işlər naziri, fövqəladə hallar naziri, b...
Prezident yanğın ərazisində
AZƏRTAC prezident İlham Əliyevin Respublika Narkoloji Mərkəzinə baş çəkməsindən fotolar yayıb. Bakının Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində yanğın olub. Martın 2-si tezdən baş verən hadisədə 25 nəfərin həlak olduğu açıqlanıb. Yanğın söndürüləndən sonra prezident hadisənin baş ver...
İlham Əliyev yanğın baş verən əraziyə gedib
Martın 2-də prezident İlham Əliyev Bakının Xətai rayonundakı Respublika Narkoloji Mərkəzinə baş çəkib. Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Səhiyyə nazirliklərinin birgə məlumatına görə, martın 2-si saat 06:10-da Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı birmərtəbəli korpusu...
25 nəfər həlak olub
Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Səhiyyə nazirlikləri birgə məlumat yayıb. Məlumatda deyilir: “Martın 2-si saat 06:10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı birmərtəbəli korpusunda yanğın baş verib. Hadisə yerinə dərh...