5 nəfər xəstəxanada saxlanıb
- 06 Mart 2019
- comments
- Novator.az
- Posted in Xəbər
Bakının Nərimanov rayonunda yerləşən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin balansında olan yataqxanada baş verən yanğınla bağlı yeni məlumat yayılıb.
Martın 5-i gecə məcburi köçkünlərinin məskunlaşdığı beşmərtəbəli yataqxananın mənzillərin birində başlayan yanğın ümumi dəhlizə keçib, 2 nəfər tüstüdən zəhərlənərək həlak olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 8 nəfərə yerində yardım edilib, 14 nəfər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə çatdırılıb. Onlardan 5 nəfəri xəstəxanada saxlanıb, qalan xəstələr ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.