Hadisə
Müsavatın aksiyası: tutulanlar var
Müsavat başqanı Arif Hacılı noyabrın 12-də tutulub. “Basta” saytının məlumatına görə, saat 13:30 radələrində Arif Hacılının maşınını Dövlət Yol Polisinin əməkdaşları saxlayıb. Avtomobilindən düşürülən Arif Hacılını mülki geyimli şəxslərin başqa bir maşınla naməlum istiqamətdə apardığı bildirilir. Mü...
Oqtay Gülalıyev İstanbula aparıldı
Hüquq müdafiəçisi Oqtay Gülalıyev müalicə üçün Türkiyənin İstanbul şəhərinin Avrasiya Hospitalına aparılıb. Məlumatı APA noyabrın 6-da yayıb. Oqtay Gülalıyev müxalif görüşləri ilə tanınır. Demokratik Qüvvələrin Milli Şurasının üzvü, Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorudur. 2019-c...
Heydər Əliyev Fondu Oqtayın müalicəsini öz üzərinə götürdü
Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsini öz üzərinə götürüb. Hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva noyabrın 5-də “Turan” agentliyinə belə deyib. Oqtay Gülalıyev müxalif görüşləri ilə tanınır. Demokratik Qüvvələrin Milli Şurasının üzvü, Repressiya və İşgəncəl...
Oqtay Gülalıyevin vəziyyəti: professor açıqlama verib
“Oqtay Gülalıyevin səhhəti ağır olaraq qalır. İstənilən halda beyin zədəsi ağır sayılır”. Bunu noyabrın 5-də “Azadlıq” radiosuna tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. Adil Qeybulla bildirib ki, xəstənin səhhətində geriləmə yoxdur: “Müəyyən reflekslər var. Dörd koma dərəcəsindən ikinci...
Oqtay Gülalıyev reanimasiya şöbəsindədir
Hüquq müdafiəçisi Oqtay Gülalıyev oktyabrın 30-u Bakıdakı “City Hospital” xəstəxanasında başından əməliyyat olunub. Əməliyyatın uğurla keçdiyi bildirilir. Hazırda Oqtay Gülalıyev reanimasiya şöbəsindədir. Oktyabrın 29-u axşam Oqtay Gülalıyevi Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi y...
Oqtay Gülalıyevin işi: maddədə nə deyilir?
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin avtomobillə vurulması hadisəsi ilə əlaqədar cinayət işi başlanıb. Oktyabrın 30-da Bakı Şəhər Baş Polis İdarəsi bu haqda açıqlama yayıb. Açıqlamada deyilir ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində – 28 May küçəsi ilə Puşkin...
Oqtay Gülalıyevin vəziyyəti necədir?
Paytaxtdakı “Baku City Hospital” xəstəxanasına yerləşdirilən hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti ağırdır. Oktyabrın 29-u axşam saatlarında Oqtay Gülalıyevi Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, piyada xəttinin üstündə baş verib. Avtomobilin sürücüsü Oqtay G...
FHN-in 9 ayı
Fövqəladə Hallar Nazirliyi doqquz aylıq statistika yayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda baş verən fövqəladə hadisələrdə 60 nəfər həlak olub, 243 nəfər xəsarət alıb. Yanğınlarda 43 nəfərin, partlayış hadisələrində 12 nəfərin həlak old...
Aksiyaçılar “28 May” həndəvərində
Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 19-u Bakı metrosunun “28 May” stansiyasının əsas girişinin qarşısındakı meydana təyin etdiyi aksiya həmin əraziyə yaxın yerdə keçirilir. “28 May” stansiyası qarşısındakı meydana gediş-gəlişi polis bağlayıb. Aksiyaçıların bir qrupu bir qədər aralıda – H...
Əli Kərimli tutuldu
Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli tutulub. Onu oktyabrın 19-u saat 15 radələrində Bakının Süleyman Rəhimov küçəsindəki evindən çıxandan az sonra polis əməkdaşları saxlayıblar. Bundan az əvvəl özünün “Facebook” səhifəsində açıqlama yayan Əli Kə...
Sərhəddə insident
Dövlət Sərhəd Xidmətinin rəsmi məlumatına görə, oktyabrın 12-si saat 13:20 radələrində Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 1 nəfər İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozub. Sərhəd pozucusu tutularkən sərhəd naryadına müqavimət gös...
Sərhəddə itki
Dövlət Sərhəd Xidmətinin rəsmi məlumatına görə, Azərbaycan-Ermənistan sərhədində qərar tutan “Qazax” əlahiddə sərhəd diviziyasının mövqelərinə düşmən təxribatları davam edir: “Oktyabrın 2-si saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində yol salınması ilə məşğul olan ekskavat...
Sərhəddə üç nəfər öldürülüb
Dövlət Sərhəd Xidməti məlumat yayıb. Xəbərə görə, oktyabrın 2-nə keçən gecə saat 00:13 radələrində Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyitli kəndi yaxınlığındakı zastavasının xidməti ərazisində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması müşahidə olunub: “Sər...
Jak Şirak vəfat etdi
Fransanın sabiq prezidenti Jak Şirak sentyabrın 26-da vəfat edib. Novator.az bildirir ki, Jak Şirak 1932-ci il noyabrın 29-u Parisdə anadan olub. Paris Siyasi Tədqiqatlar İnstitutunu və Milli İdarəçilik Məktəbini bitirib. 1962-ci ildə siyasətə qoşulan Jak Şirak kənd təsərrüfatı naziri, baş nazir, Pa...
Köçəryanın cinayət işində şahid olan general özünü öldürdü
Ermənistanda general-polkovnik Ayk Arutyunyan özünü öldürüb. Novator.az-ın məlumatına görə, Kotayk vilayətinin Bcni kəndində yaşayan generalın sentyabrın 23-ü axşam evində başına tapançadan güllə çaxdığı bildirilir. 1955-ci ildə Yerevanda doğulan Ayk Arutyunyan SSRİ Daxili İşlər Nazirliyinin Ali Mək...
Əsgər şəhid olub
Azərbaycan Ordusunun əsgəri Ramin Şövkət oğlu Abdulrəhmanov şəhid olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Report.az-a verilən məlumata görə, sentyabrın 22-si Ramin Abdulrəhmanov cəbhə zonasında yerləşən hərbi hissədə yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı əraziyə keçib. Həmin ər...
Hərbi qulluqçu həlak olub
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Elyarbəy Beyqalı oğlu həlak olub. Xəbəri Müdafiə Nazirliyi yayıb. Nazirliyin açıqlamasında deyilir ki, hadisə sentyabrın 20-si gecə saatlarında hərbi hissələrdən birində naməlum şəraitdə baş verib. Hadisə ilə ba...
Hüquqşünas öldürülüb
Tovuz şəhərində hüquqşünas Firudin Ələkbərli sentyabrın 13-ü öz ofisində öldürülüb. Onu rayon sakini, 1959-cu il təvəllüdlü iş adamı Əli Şəmiyevin odlu silahla qətlə yetirdiyi bildirilir. Əli Şəmiyev tutulub. 1963-cü il təvəllüdlü Firudin Ələkbərli Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzu...
Abbas Abdulla vəfat edib
Şair, ədəbiyyatşünas, tərcüməçi, ictimai xadim Abbas Abdulla vəfat edib. O, uzun sürən ağır xəstəlikdən sonra, sentyabrın 4-də Bakıdakı mənzilində dünyasını dəyişib. Abbas Abdulla 1940-cı ildə Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçisi kəndində anadan olub. İndiki Bakı Dövlət Universitetinin fi...
Sərhəddə atəş
Erməni snayperlər Azərbaycanın sərhəd döyüş məntəqəsini atəşə tutublar. Novator.az xəbər verir ki, Azərbaycanın Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi belə açıqlama yayıb. Açıqlamaya görə, hadisə avqustun 29-u saat 18:30-da baş verib. Snayperlər Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndi ...