Zibillikdən çıxan 120 kilodan çox pulla bağlı məsələyə aydınlıq gətirilib
Bakıda tullantıların təkrar emalı ilə məşğul olan “Təmiz Şəhər“ ASC mart ayında belə bir məlumat yaydı ki, tullantılar arasından aşkarlanaraq toplanan pulları xeyriyyə məqsədi ilə istifadə edib. Məlumata görə, “Təmiz Şəhər” ASC-nin Balaxanıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodun...
Siyasi məhbusların daha bir siyahısı açıqlanıb
Rəsul Cəfərov və digər hüquq müdafiəçilərinin təmsil olunduğu işçi qrup siyasi məhbusların yenilənmiş siyahısını açıqlayıb. Contact.az siyahıya 147 nəfərin adının daxil edildiyini bildirir. İşçi qrupun məlumatına görə, yenilənmiş siyahıda 97 dindarın, 11 siyasi və ictimai fəalın, sosial etirazlarda ...
Birinci rübdə 85 min yeni iş yeri yaradılıb
Aprelin 10-da Nazirlər Kabinetinin iclasında çıxış edən prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həllinin bu ilin birinci rübündə də diqqət mərkəzində olduğunu, Ermənistanın danışıqları dayandırmağa çalışdığını, amma buna nail ola bilməyəcəyini deyib: “Minsk qrupunun həmsədr ölkələri bir ...
Yerevan meri postuna kimlər iddia edir?
Ermənistan paytaxtı Yerevanda mer postu uğrunda mübarizəyə iki partiya, bir blok qatılıb. Novator.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasına hakim Ermənistan Respublika Partiyasının, Əriklər Ölkəsi Partiyasının və “Çıxış” blokunun sənədləri təqdim olunub. Qeydiyyat aprelin 14-də bitəcək. May...
Tikinti maşınlarının 64 faizindən çoxu Bakıda cəmlənib
2017-ci il yanvarın 1-nə Azərbaycanın tikinti müəssisələrində 12099, o cümlədən dövlət müəssisələrində 5207, qeyri-dövlət müəssisələrində 6892 tikinti maşını olub. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi belə hesabat yayıb. Hesabatda qeyd olunur ki, tikinti maşınlarının 8,8 faizi N...
Gənc fəalların iştirakı ilə ekoloji mövzuda seminar keçirilib
Aprelin 7-8-də Bakıda vətəndaş cəmiyyətinin gənc fəalları üçün ekoloji mövzuda seminar keçirilib. Niderland Krallığı Xarici İşlər Nazirliyinin maliyyələşdirdiyi və Avrasiya Əməkdaşlıq Fondunun həyata keçirdiyi “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramına əsa...
56 min manatdan çox gecikdirilmiş ödənişlər ödənib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yeni hesabat yayıb. Rəsmi məlumata görə, bu ilin birinci rübü ərzində vətəndaş müraciətləri ilə əlaqədar görülən tədbirlərlə işəgötürənlərin gecikdirdiyi ümumilikdə 56 min 516 manat məbləğində sosial xarakterli ödən...
Qar zəhərli maddələri udur
Kanadanın Makgill Universiteti alimlərinin araşdırması nəticəsində məlum olub ki, qar toksiki və kanserogen çirkləndirici maddələri özünə çəkə bilir. Araşdırmaya görə, qar – üzvi çirkləndiriciləri, zəhərli olan və xərçəng xəstəliyi yarada bilən, çoxnüvəli aromatik karbohidrogenləri absorbsiya ...
Ov reydlərində nələr üzə çıxıb?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2017-ci ilin yanvar, fevral, mart aylarında keçirdiyi reydlər zamanı qanunsuz ov edən 65 yerli vətəndaş saxlanıb. Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev APA-ya bildirib ki, həmin şəxslərdən 61 ov tüfəngi, 147 patron, 15 qanunsu...
Gürcüstan torpağında növbəti qanunsuzluq
Gürcüstanın işğal olunmuş Cənubi Osetiya bölgəsində aprelin 9-da keçirilmiş qanunsuz referendumun ilkin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, “referendum”da seçicilərin 78%-nin qanunsuz Cənubi Osetiya Respublikasının eyni zamanda Alaniya Dövləti adlanmasına tərəfdar çıxdığı bəyan olun...
Ekoloji pozuntuların yeni hesabatı
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 16-31 mart arası apardığı yoxlamaların nəticələrini açıqlayıb. Novator.az-a verilən rəsmi məlumatda deyilir ki, atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə məişət və istehsalat tullantıla...
Nazirlər Kabineti ilk rübə yekun vurdu
Aprelin 10-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı iclası giriş nitqi ilə açıb. Sonra müdafiə sənayesi naziri Yavər Camalov,...
Asan imza camaatı çətinə salıb
İqtisadçı Qubad İbadoğlu dövlət sosial sığortası üzrə rüblük hesabatlarda yeniliyə münasibət bildirib. Novator.az-ın məlumatına görə, ekspert yazır: “Bu ilin aprel ayından tətbiq olunan yeni qayda ilə məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlar elektron imza kartından və ya mobil imzadan ...
Bank işində qəribə yenilik. Deputat həyəcan siqnalı qaldırır
Milli Məclisin 7 aprel iclasında İnzibati Prosessual Məcəlləyə dəyişikliklər edilib. Yeniliklərdən birinə görə, maliyyə bazarlarına nəzarət orqanının banka müvəqqəti inzibatçı təyin etməsi, bankın lisenziyasının ləğvi və bankın rezolyusiyası çərçivəsində qəbul olunmuş digər qərarları məhkəmədə ləğv ...
Rayonlara qar yağıb. Xınalıqda qarın qalınlığı 30 santimetrə çatıb
Aprelin 9-u axşamdan ölkədə hava şəraiti dəyişib. Dağlıq rayonlara hətta qar yağıb. Qarın qalınlığı Xınalıqda 30, Qırızda 22, Şahdağda 20, Sarıbaşda 5, Daşkəsəndə 1 santimetrə çatıb. Digər yerlərdə də hava qeyri-sabit keçib, aprelin 10-u səhərədək şimşək çaxıb, arabir yağış yağıb, qərb küləyi əsib. ...
Yeni məzənnələr
Mərkəzi Bank aprelin 10-da ABŞ dollarının kursunu ötən cümə günü müəyyən olunmuş 1,7031 manat səviyyəsində saxlayıb. Avro və Rusiya rublu isə aprelin 7-si ilə müqayisədə ucuzlaşıb. Novator.az-ın məlumatına görə, avro 1,8135 manatdan 1,8029 manata, rubl 0,0299 manatdan 0,0296 manata düşüb (Məzənnələr...
Sərkisyanın qələbəsi rəsmiləşdi
Ermənistanın Mərkəzi Seçki Komissiyası aprelin 2-də keçirilmiş parlament seçkisinin qəti nəticələrini təsdiqləyib. Novator.az-ın məlumatına görə, prezident Serj Sərkisyanın sədrlik etdiyi hakim Respublika Partiyası 105 nəfərlik parlamentə 58 mandat qazanaraq təkbaşına hökumət qurmaq hüququ əldə edib...
İtkin neftçiləri axtaran qərargahdan yeni məlumatlar
Dövlət Dəniz Administrasiyasında Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Neft Şirkəti və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə birgə yaradılmış qərargah yeni məlumatlar yayıb. Qeyd olunur ki, aprelin 6-sı Xəzər dənizində meyiti tapılmış şəxsin “Azneft” İstehsalat...
Qanunsuz balıq ovu: reyd keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və ekoloji QHT-lərin nümayəndələri Şirvan kanalının Salyan şossesindən Xəzər dənizinə tökülən hissəsində qanunsuz balıq ovu ilə bağlı həvəskar balıqçıların sosial şəbəkədə qaldırdığı məsələni araşdırıb. Nazirlikdən Novator.az-a verilən məlumata g...
Bakıda mitinq
Aprelin 8-də Demokratik Qüvvələrin Milli Şurası paytaxtda mitinq keçirib. Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (“İnşaatçılar” metro stansiyasının yanı) baş tutub. Saat 15-dən 17-dək davam edən mitinqin əsas şüarı “Talana ...