Yeni kamera uzaq Qalaktikanı çəkməyə imkan verəcək
3,2 qiqapiksilli kamera Çilidə tikilməkdə olan böyük teleskopun bir hissəsini təşkil edəcək və obyektiv üçün əlçatmaz olan ulduzların şəkillərini çəkməyə imkan verəcək. AZƏRTAC naked-scince.ru saytına istinadən xəbər verir ki, böyük teleskopun kamerası əvvəlkilərdən daha iri olacaq. Yığılmış halda k...
Teleqüllədə yenidənqurma gedir
Bakı Teleqüllə Kompleksində yenidənqurma işləri aparılır. Yenidənqurma işlərini Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyinin mütəxəssisləri görür. Kompleksin +200 metr səviyyəsindən son nöqtəsi olan +310 metr səviyyəsinədək olan metal hissəsi təmir edilərək, sinteti...
Görünməyən əşyaları da çəkən kamera
“Canon” şirkəti yüksək dərəcədə həssas video kamera hazırladığını elan edib. Novator.az xəbər verir ki, yeni kamera obyekti daha sürətlə və böyük həcmdə, hətta qaranlıqda da çəkməyə imkan verir. Yeni aparat gözlə görünməyən əşyaları da seçə bilir. “Canon” yeni kamerasını 2016-cı ildə satışa çıxaraca...
“WhatsApp”dan 900 milyon adam istifadə edir
Dünyanın ən məşhur mobil messenceri “WhatsApp”ın aktiv istifadəçilərinin sayı 900 milyon nəfərə çatıb. Novator.az xəbər verir ki, bu rəqəmi şirkətin rəhbəri Yan Kum “Facebook” səhifəsində yazıb. 2013-cü ilin aprelində “WhatsApp”ın 200 min, 2014-cü ilin aprelində 500 min istifadəçisi olub. 2015-ci il...
Robot öz səhvindən nəticə çıxaracaq
ABŞ-ın Texas Universitetinin alimləri robotlara öz səhvlərindən dərhal nəticə çıxarmağa imkan verən texnologiya hazırlayıblar. Novator.az xəbər verir ki, alimlər robotların əvvəllər də öz hərəkətlərini optimallaşdıra bildiyini, amma bunun üçün zaman tələb olunduğunu qeyd edirlər. İndi isə süni intel...
“Twitter”də “like”
“Twitter” sosial şəbəkəsi “favorite” funksiyasını “like”la əvəzləyəcək. Sosial şəbəkə redaktə olunmuş yeni funksiyanı göstərən şəkli dərc etsə də, “ulduz” simvolunun dəyişib-dəyişməyəcəyi haqda məlumat verməyib.
Moskva metrosu mobil biletə keçir
Moskva metrosunda “Mobil bilet” xidməti işə salınacaq. Yəni mobil telefonu turniketə basmaqla gediş haqqını ödəmək mümkün olacaq. Novator.az xəbər verir ki, mobil bilet xidmətindən şəhər nəqliyyatının digər növlərində də istifadə ediəcək. Xidmətə qoşulmaq pulsuzdur, ondan istifadə etmək üçün telefon...
Oyun kompüterləri çoxlu enerji sərf edir
2012-ci ildə oyun fərdi kompüterləri 75 teravatt-saat enerji sərf edib ki, bu da fərdi kompüterlərin sərf etdiyi enerjinin ümumi həcminin 20 faizinə bərabərdir. Bu sayın yalnız 2,5 faizi oyun kompüterləridir. Hazırkı inkişaf tempində bu say 2020-ci ilədək iki dəfə arta bilər. İldə orta hesabla fərdi...
“Məni oxu” virusu
Kompüterlərdə yeni təhlükəli virus yayılıb. Novator.az Türkiyə mediasına istinadla xəbər verir ki, yeni virus – “Məni oxu” faylı açılar-açılmaz kompüter koda düşür və hakerlər həmin kodu açmaq üçün 5 min dollaradək ödəniş tələb edirlər. İnternetə girərkən elektron poçt ünvanlarına göndərilən s...
Kosmosda tərəvəz
NASA kosmosda ilk dəfə olaraq tərəvəz yetişdirib. Videonu izləyin.
Telefon ekranını şəffaf batareya əvəz edə bilər
Yapon mütəxəssisləri litium-ion akkumulyatorunun (müasir elektrotexnikada istifadə olunan elektrik akkumulyatorunun bir növü) şəffaf versiyasını hazırlayıblar. Novator.az xəbər verir ki, yeni akkumulyatorun şəffaflığı onu ekran əvəzinə istifadə etməyə imkan verir. Həm də bu akkumulyator özü günəşdən...
Adamlar parolun alternativini istəyirlər
Mobil qurğuların təhlükəsizliyi üzrə ixtisaslaşmış “LaunchKey” şirkətinin ekspertləri internetdəki parollarla bağlı sorğu keçiriblər. Novator.az xəbər verir ki, “LaunchKey” ekspertlərinın məlumatına görə, internet istifadəçilərinin 84%-i paroldan imtina etməyə hazırdırlar. Respondentlərin 76%-i hesa...
Kibercinayətkarlar yeni domenlərə maraq göstərir
Yeni domen adlarının sayının kəskin artması kiberfırıldaqçıların diqqətini cəlb etməyə başlayıb və zərərli proqram təminatı yayan hakerlər üçün əsas hədəfə çevrilib. “Blue Coat” şirkətinin hesabatına görə, cinayətkarlar potensial qurbanlara göndərdikləri linklərdə yeni domen adlarından istifadə edir...
Smartfonlara virus harada düşür?
Mobil qurğuların təhlükəsizliyi ilə məşğul olan “G Data” şirkəti smartfon telefonların 20 növ modelində zərərli proqramların olduğunu müəyyən edib. Novator.az xəbər verir ki, “G Data”nın apardığı araşdırmalara görə, samartfonlar virusa hazırlandığı zavodda deyil, sonradan anbarda və ya mağazada zərə...
“Google” məxfi layihədən imtina edib
“Google” şirkəti pərakəndə satış üçün nəzərdə tutulmuş məxfi layihədən imtina edib. Novator.az xəbər verir ki, səbəb “Google” da istifadəçilərin məxfi məlumatlarının çox olmasıdır. Bundan başqa layihədə iştirak etmək üçün şirkətlər avadanlıqların əvvəlcədən quraşdırılması üçün külli miqdarda pul xər...
Bankdan 20 milyon rubl oğurladılar
Rusiyanın Sankt-Peterburq şəhərində xüsusi virus proqramından istifadə edərək “Sberbank”dan pul oğurlayan cinayətkar qrup yaxalanıb. Novator.az xəbər verir ki, Sankt-Peterburqun hüquq mühafizə orqanlarının məlumatına görə, cinayətkarlar bank müştərilərinin hesabından 20 milyon rubl çıxarıblar. Onla...
“Facebook”dakı “like”larla psixoloji portret yaratmaq olur
Kembric tədqiqatçılarının hazırladığı “Apply Special Sauce” adlanan xidmət “Facebook”un istifadəçisini analiz edərək onun psixoloji portretini tərtib edir. Novator.az xəbər verir ki, bütün statusları, şəkilləri və səhifələri analiz edən “Apply Special Sauce” istifadəçinin yaşı, siyasi və seksual mar...
Naxçıvanda 7 ayda informasiya və rabitə xidmətlərinin həcmi açıqlanıb
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Naxçıvan Muxtar Respublikasında bu ilin yanvar-iyul aylarında informasiya və rabitə xidmətlərinin həcmi 27 milyon 677 min manat olub. Bu göstərici 2014-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 2,1 faiz çoxdur. Sözügedən müddətdə Naxçıvanda mobil ...
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də “ASAN ödəniş”ə qoşuldu
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tətbiq etdiyi inzibati cərimələr “ASAN ödəniş” sistemi vasitəsi ilə ödəniləcək. RYTN “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən baxılan inzibati xətaların törədilməsinə görə inzibati tənbehlərin tətbiqi haqqınd...
“Facebook”a ən çox Türkiyədə girirlər
“Facebook” sosial şəbəkəsi Türkiyədəki istifadəçilərinin sayı ilə bağlı rəqəmlər açıqlayıb. Novator.az xəbər verir ki, “Facebook”un açqladığı rəqəmlərə görə, Türkiyədə hər ay şəbəkədən 39 milyondan çox adam istifadə edir. Türkiyəli istifadəçilərin 85%-i “Facebook”a mobil telefonlardan girir. Məlumat...