![]({"full":{"0":"2015\/09\/telequlle3001.jpg","1":300,"2":225,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2015\/09\/telequlle3001.jpg"}})
Bakı Teleqüllə Kompleksində yenidənqurma işləri aparılır. Yenidənqurma işlərini Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyinin mütəxəssisləri görür.
Kompleksin +200 metr səviyyəsindən son nöqtəsi olan +310 metr səviyyəsinədək olan metal hissəsi təmir edilərək, sintetik lüks parlaqlıq boyası ilə rənglənib.
Teleqüllənin metal hissəsinin +230 metr səviyyəsindən +254 metr səviyyəsinədək olan hissəsində yerləşmiş I və II TV diapazonlu, 75 Om-luq köhnə antena sistemləri çıxarılıb. Əvəzində İtaliyanın “Aldena” şirkətinin istehsalı olan, gücü 35 kVt-lıq yeni 8 mərtəbəli FM antena sistemi layihələndirilib və hazırda quraşdırılma işləri davam etdirilir.
Nəticədə bu ilin sonunadək 87.50-108.00 MHs tezliyində yayımlanacaq yeni FM radio proqramlarının Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin ondan 100 kilometr radiusda olan ərazidə inamlı qəbulu təmin ediləcək.
Məlumatı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yayıb.