![]({"full":{"0":"2015\/09\/vatsap-foto-01.jpg","1":350,"2":263,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2015\/09\/vatsap-foto-01.jpg"}})
Dünyanın ən məşhur mobil messenceri “WhatsApp”ın aktiv istifadəçilərinin sayı 900 milyon nəfərə çatıb.
Novator.az xəbər verir ki, bu rəqəmi şirkətin rəhbəri Yan Kum “Facebook” səhifəsində yazıb.
2013-cü ilin aprelində “WhatsApp”ın 200 min, 2014-cü ilin aprelində 500 min istifadəçisi olub. 2015-ci ilin sonuna messencerin auditoriyasının 1 milyard nəfərə çatacağı gözlənir.