• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İsveçdə ədəbiyyat mükafatları

  • 03 Dekabr 2024
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Vahid Qazi

Sizcə, Azərbaycanla eyni qədər – 10 milyon nəfər əhalisi olan İsveçdə hər il neçə ədəbiyyat müsabiqəsi keçirilir? Fikrinizdə bir rəqəm tutun…

Kitabın, ədəbiyyatın İsveç toplumunun həyatında oynadığı rola aid çox yazmışam. Məsələn, ölkənin ikinci böyük şəhəri – Yöteborqda hər il keçirilən Beynəlxalq Kitab Sərgi-Yarmarkasından bəhs edən “Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitab mədəniyyəti” yazısı. 1985-ci ildən keçirilən sərgi Şimalı Avropanın ən kütləvi mədəniyyət tədbiri sayılır, ziyarətçi sayı bəzi illərdə 100 mini ötür. Ölkənin hər yerindən on minlərlə insan el şənliyinə gəlirmiş kimi axışıb sərgiyə gəlir, pul verib bilet alır, 800-dək eksponata baxmaq, 300-dək seminarda iştirak etmək fürsətini dəyərləndirir, illik kitab tədarükünü görür.

Bu yazıya məni sövq edən müxtəlif ədəbiyyat müsabiqəsi haqda reklamların, elanların rastıma çıxması oldu. Maraq məni götürdü, axtarış verib yüngülcə araşdırdım və heyran qaldım.

Bir neçəsini sizinlə də tanış eləyim.

***

…Avqust Ədəbiyyat Mükafatını İsveç Naşirlər Birliyi 1989-cu ildə yazıçı Avqust Strindberqin şərəfinə təsis edib. Bədii, elmi-populyar və uşaq ədəbiyyatı kateqoriyaları üzrə hər il verilir. Mükafat fondu hər nominasiya üzrə 100 min İsveç kronudur, təxminən 10 min avro.

Müsabiqədə ölkənin bütün nəşriyyatları iştirak edə bilər. İsveç Naşirlər Birliyinin müəyyən etdiyi 5 nəfərlik jüri heyəti müsabiqəyə təqdim olunan kitablardan hər nominasiya üzrə altısını seçib seçim komissiyasına ötürür. Naşirlərdən, kitabxanaçılardan və ədəbi tənqidçilərdən ibarət seçim komissiyası gizli səsvermə yolu ilə qalibləri müəyyənləşdirir. Avqust Strindberqin 3 kiloluq tunc büstü və 100 min kron hər ilin noyabr atında Stokholmda təşkil olunan qala-konsert zamanı qaliblərə təqdim edilir.

…Astrid Linqren Xatirə Mükafatını (ALMA) 2002-ci ildə İsveç hökuməti dünyaca məşhur uşaq yazıçısı Astrid Linqrenin (bizim nəsil onu uşaqlıqdan tanıyır – “Balaca və damda yaşayan Karlson” əsəriylə) şərəfinə təsis edib. ALMA dünyanın ən böyük uşaq ədəbiyyatı mükafatı sayılır. Mükafat fondu 5 milyon krondur və hər il dünyanın dörd bir tərəfindən qatılan namizədlər arasından seçilmişlərə verilir.

Qalibləri 12 nəfərdən ibarət jüri heyəti müəyyən edir. Heyəti 4 il müddətinə İsveç Mədəniyyət Şurası nüfuzlu yazıçılar, ədəbiyyatşünaslar, rəssamlar, tənqidçilər arasından seçir. Jüri heyətinə yazıçının nəvəsi Yohan Palmberq də daxildir.

Yaradıcılığında Astrid Linqren ruhunu yaşadan yazıçılar, illüstratorlar, qiraətçilər, uşaq ədəbiyyatı təbliğatçıları və başqaları müsabiqədə iştirak edə bilər.

…Bern Mükafatını 1966-cı ildən İsveç PEN klubu yaradıcılığında Stokholm şəhərinin mədəni həyatını təcəssüm etdirən yazıçı, jurnalist, yaxud fotoqraflara təqdim edir. Mükafatı 1963-cü ildə şair, yazıçı, tərcüməçi Yohannes Edfelt qardaşı Arne ilə birlikdə “Berns Salong”un 100 illik yubileyi münasibətiylə təsis ediblər. “Berns Salong” Stokholmun mərkəzində yerləşən Berzeli parkı ətrafında özündə hotel, restoran, gecə klubu, əyləncə mərkəzini birləşdirən şirkətdir.

Laureatları İsveç PEN klubunun idarə heyəti seçir. Mükafat fondu 20 min krondur.

…İsveç radiosu bir neçə ədəbiyyat mükafatı təsis edib. Hekayə, roman, şeir, uşaq ədəbiyyatı mükafatlarının hər birinin məbləği 30 min krondur. Müsabiqəyə təqdim olunan hekayələri nüfuzlu ədəbiyyat adamları seçir. Seçilmiş hekayələr radioda səsləndirilir. Dinləyicilərin ən çox səs verdiyi müəllif qalib elan olunur.

Roman mükafatı 1993-cü ildə təsis edilib və hər il nəşr olunan romanlar arasından seçilir. Seçimi ədəbiyyatla maraqlanan dinləyici qrupları edir.

Şeir müsabiqəsi isə ən qədimidir, onu radionun mədəniyyət bölməsi 1958-ci ildən keçirir.

Radio uşaqları da unutmur. Mənə ən maraqlı gələn elə bu müsabiqə oldu. 2010-cu ildə təsis edilən müsabiqə “Uşaq radio-kitab mükafatı” adlanır. Qalibləri 9-16 yaş arası dinləyicilər qrupu seçir.

…Kral Elmlər Akademiyasının 1862-ci ildə yaratdığı “Letterstedts” Tərcümə Mükafat Fondu başqa tərcümə mükafatlarından konkretliyi ilə fərqlənir, əsasən klassiklərin əsərləri, eyni zamanda elmi-fəlsəfi ədəbiyyatın tərcüməsi üçün nəzərdə tutulub. 150 illik qaliblər siyahısına baxanda dünya yazılı ədəbiyyatının şedevrləri ilə yanaşı Qalileyin “Dünyanın iki sistemi haqda dialoq”unu da görürsən, “Quran”ı da.

Bu mükafat XIX əsrin birinci yarısında yaşamış İsveç iş adamı Jakob Letterstedtsin adı ilə bağlıdır. 1860-cı ildə İsveç Kral Akademiyasına üzv seçilən Letterstedts bir neçə mükafatın, həmçinin sözügedən mükafatın təsis edilməsinə ianələr verib. Mükafat fondu 100 min İsveç kronudur.

“Elza Tulin” Tərcümə Mükafatını İsveç Yazıçılar Birliyi 1960-cı ildə təsis edib. Elə ilk mükafat da tərcüməçi Elza Tulinin özünə verilib. Mükafat döş nişanından və 20 min krondan ibarətdir.

“De Nios” Tərcümə Mükafatını “De Nios” İcması (Samfundet De Nio) 1970-ci ildə təsis edib. 9 nəfərlik (nio isveç dilində doqquz deməkdir) idarə heyəti olan icma 1913-cü ildə isveçli yazıçı, feminist, filantrop Şarlotta fon Kremerin yazdığı vəsiyyət əsasında yaradılıb. Müxtəlif illərdə 15 adda ədəbiyyat mükafatı təsis edən icmanı vəsiyyətə əsasən 9 daimi ədəbiyyat adamı idarə edir. Bu mükafatların məbləği əsasən 100, 150, 200 min krondur. Ən böyük fond “De Nios Stora Pris” mükafatınındır: 400 min kron.

“Təbiət və Mədəniyyət Fondu” Tərcümə Mükafatını İsveç Akademiyası isveçcəyə və isveçcədən ən layiqli tərcümələr üçün 1985-ci ildə təsis edib. Mükafat hər biri 60 min İsveç kronu olmaqla iki nəfərə verilir.

60 min kron mükafat fondu olan İsveç Akademiyasının Şifahi Tərcümə Mükafatı 1965-ci ildə təsis olunub. Mükafat “İsveç poeziyasının xarici dildə ən yaxşı təfsiri” üçün verilir.

Akademiyanın hər biri 100 min kron dəyərində ayrıca esse, ədəbi tənqid mükafatları da var.

***

Nümunələrin sayını çox uzatmaq olar. Başqa mükafatları demirəm, təkcə ədəbiyyat mükafatlarının sayı onlarcadır. Bələdiyyələr, universitetlər, ictimai birliklər, nəşriyyatlar, qəzet və jurnallar, şəxsi fondların, ağla gələn və gəlməyən onlarla ictimai institutun təsis etdiyi mükafat fonduna rast gələrsən.

Araşdıranda 20-dək müsabiqə saydım, sonra sayını itirdim. Bilmirəm siz fikrinizdə hansı rəqəmi tutmuşdunuz…

Hər il bütün dünyanın gözü dikilən Nobel mükafatına gəlincə, 1901-ci ildən verilən 1 milyon avroluq mükafatı qalibə hər il dekabrın 10-u Stokholmda keçirilən təntənəli mərasimdə İsveç kralı təqdim edir.

Ümid edirəm bizdə də çoxsaylı ədəbiyyat mükafatları təsis olunar və Nobel mükafatını bir gün bizim də bir yazıçımız alar…

3 dekabr 2024
Helsinqborq, İsveç

Müəllifin başqa yazıları:

“İslamda tolerantlıq varmı?” sualı İsveçdə

Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitabı

Şərm-həyanın qiyməti

Yolda o(qa)lan yolçuluqlar

Zəmanələr və talelər toplusu

“İztirab — vətəndə qərib olmaqdır”

Darıxan səbir (Hikmət Sabiroğlunun 50 yaşına neçə günsə qalmış)

Salam, Gülsarı!

Dilimizi uçurumdan qoruyan (Tehran Vəliyevin xatirəsinə)

İntim dildə yaza bilmək

Vyanada Şuşa günləri (Fotolu, xatirəli reportaj)

Türkiyə islam inqilabı?

Varşava – azadlıq və sevgi şəhəri

Çəmənzəminlinin ”Studentlər”i haqda

Ağalar Məmmədovun məktubları

Günəş kitablar (İsveç kitabxanasından payız qeydləri)

Etiraz hüququ

Qış günəşi parlaqdır, amma isitmir

Qarabağ – xarici işimiz

“Le Concert”, yaxud azadlıq duyğusunun səsli izahı

Tanrılarla baş-başa

Əmanət amanatı (Cümhuriyyətin 99 yaşına)

Bütün zamanların lideri (Cümhuriyyətin 99 yaşına)

Anamın məktubları

Rusiya sindromu və Yalama döyüşü

Qarabağın açarı

Balacaboy hündür adam

Vətəni pulla almaq

Ozon adam (Elçin Şıxlının 60 yaşına)

Qarabağ adam (İlham İsmayılın 60 yaşına)

Rəsulzadənin çimərlik fotosu

Əndəlüs lövhələri: İspaniyadan sürreal-real reportaj

Etiraz – ləyaqətin bir başqa adı

Yusif üzlü kitablar

Varis Diriye, Opra Uinfri və bizim Bircə

Azadlıq qiymətinə foto

Maldiv – Yer üzünün cənnəti

Təcrübəli təcrübəsizlər

Kontrabas adamlar

Berqman, Tarkovski və Qotland adası

Bir cənub şəhərinin yubilyarına

Çernobıl, xilaskar ata və mən

Hökmdarın hüzurunda olmaq

Tənhalıq dövrünün adamları

Milli kimlik harayı

Hədəfə çatmağın köçəri quş yolu

Bethovenin 250 illiyinə dəvət

Sevgilərimin zirvəsi

Köç

Aqil Abbas haqqı

İsveçdə niyə küçəyə çıxmaq qadağası qoyulmur?

Müsahiblərim, yaxud sözlə portret çəkmək sənəti

Rusiya sindromu

Şuşalı foto

Tüstüdən dumana

Şuşa inauqurasiyası, mən, qarğalar…

Qarabağdan danışmaq yasaqlanır?..

Narıncı yarış maşını

17 yaşlı Anarın 40 yaşına

Bədlikdən çıxış

Ağdam qatarı Bakıdan gedir

Tale oxşarlığı

Ağ Rusiyanın qara taleyi

Yaltaqlıq istedadı

Təməldən bir də qurulmaq

Qarışqa yükü boyda

Ofşorda qalan Qarabağ

Rusun iti, Putinin bülbülü və sair

Qəmli gözlərin süitasi (Hikmət Hacızadəyə)

Qarakəndli Anuşun təbəssümü

Иван, уходи из Карабаха!

Atamın şilləsi, sevgisi və 20 yanvar

Müharibədən sonra…

Güvən mənə, inanım sənə

“Erməni soyqırımı” – 103 yaşlı siyasi oyun aləti

Azadlıq, ya xoşbəxtlik?

Ağıllı Ağdamın kölgəsi

Qaranlığın işığı

Xankəndi (Birinci yazı)

Xankəndi (İkinci yazı)

Şuşadan yaza bilmək

ABBA ilə Stokholmdan Ağdama

Donuq duyğuların canlı xəyalı: Ağdam

Musiqi mozaikasında Azərbaycan

Mən dənizi eşitdim

İsveçin Rusiya qorxusu

Şəxsən tanıdığım Nobel mükafatçısı

Bizim Güney

Dəmiri isti-isti…

Göydəki o ulduzlar

Bəxtiyar Hacıyevin məhbəs məktubu

Ağdamdan reportaj

Yurdumuz, yaddaşımız

Görünənin görünməyən üzü

Hökm

  • 02 Dekabr 2024
  • comments

Türkiyədə istehlak qiymətləri

  • 03 Dekabr 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Ədəbiyyat
  • Mədəniyyət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda