• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yurdumuz, yaddaşımız

  • 21 İyul 2023
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Vahid Qazi

İki il yarım qabaq “Güvən mənə, inanım sənə” yazısında demişdim: Azərbaycanın ən böyük dərdi dövlətlə vətəndaş arasında qarşılıqlı inamın, etimadın olmamasıdır. İndi də problemlərimizin qaynağını sovetin bu mirasında görürəm. “Dövlət vətəndaşına arxalanmalı, onunla açıq dialoqda olmalıdır… Güclü dövlət, azad cəmiyyət və firavan həyat yalnız dövlətlə vətəndaşın qarşılıqlı etimadı yarananda, onlar bir-birinə güvəndiyi zaman qurulacaq. Güvən mənə, inanım sənə, dövlətim!” yazmışdım.

23 iyul doğulub böyüdüyüm Ağdamın işğal günü kimi hopub içimə. 30 il əvvəlki o məşum gündən çox yazmışam, bir də təkrar dönmürəm. Bu gün yazacağım başqadır.

Dövlətin vəzifəsi vətəndaşın təhlükəsizliyini təmin etmək, əmlak hüququ daxil bütün haqlarını qorumaqdır. Vətəndaş dövləti ona görə qurub ki, onu hər təhlükədən qorusun. Bəzən dövlətin özü vətəndaş üçün böyük təhlükəyə çevrilir, ondan danışmıram bu yazıda. Ondan danışıram ki, 1993-cü ilin yayında dövlət öz torpağını, vətəndaşını qoruya bilmədi. Bir neçə ayın içində 6 rayon işğal olundu, yüz minlərlə insan qaçqın düşdü, 30 ilə yaxın məşəqqətli həyat yaşadı. Hələ də tam bitməyən məşəqqət!

İndi o bölgələr azad olunub, yenidən qurulur. Görünən odur ki, bu işdə də dövlət-vətəndaş birliyi yoxdur. Dövlət vətəndaşın rəyini, istəyini nəinki soruşmur, heç deyilənə əhəmiyyət də vermir. Vətəndaş dövlətinə inanmır, dövlət də ona güvənmir.

***

Müharibə zamanı tam dağılmış şəhərlərin bərpa olunmasına aid çox nümunə var. Bu nümunələrdən çıxış edərək şəhərləri bərpa edən dövlətləri iki qrupa bölərdim: tarixinə, vətəndaşına, onun əmlak hüququna sayğı göstərən və göstərməyən.

İkinci Dünya müharibəsindən sonra dağılmış Avropa şəhərlərinin bərpasına bu cür ikili yanaşma oldu. Çox yox, üç şəhərdən misal deyim: Drezden, Varşava, bir də Minsk.

İlk iki şəhərin mərkəzi tarixi hissəsi olduğu kimi tikilib. Tarixi abidələrin bərpası on illər boyu davam edib. Drezdendə bəzi bərpa işlərinə hətta Almaniya 1990-cı ildə birləşəndən sonra başlanıb. Varşavanı bərpa edəndə tək arxitekturanı yox, binaların əvvəlki rəngini də saxlayıblar. Bu öz tarixinə, tarixi yaddaşına hörmət edən dövlətin davranış mədəniyyəti idi.

Minskdə isə belə olmadı. Şəhəri dairəvi sistem üzrə, bir növ Moskvaya bənzədərək yenidən tikdilər. Əvvəlki Minskdən heç bir əsər-əlamət qalmadı. Şəhərin qədim küçələrinin yerində geniş prospektlər çəkildi, tarixi binaların əvəzinə stalinçi neoklassizm stilində meydanlar salındı, evlər tikildi.

Yaşlı belorusdan eşitmişdim, deyirdi kommunistlər Minskin yaddaşını sildilər.

***

Baş plana görə, yeni Ağdam əvvəlki şəhər və ətrafındakı 8 kəndi əhatə edəcək. Deyirlər 100 minlik bir şəhər olacaq. Yaxşı fikirdir. Amma istəməzdim yeni tikiləcək şəhərlərimiz ənənəvi standart, qutuya bənzəyən dördkünc, zövqsüz evlərdən ibarət olsun.

Şəhərimiz işğaldan azad olunan gündən onu xəyalımda bir başqa cür qururam.

Mənin xəyalımda saldığım şəhərin mərkəzi hissəsi dövlət idarələri və şəxsi evlərdən ibarətdir. Mərkəzi hissə deyəndə bir ucu köhnə 50 nömrəli peşə məktəbindən “Abidə”yə qədər, o biri yandan da Sarıtəpədən başlayıb Muradbəyliyəcən olan hissəni nəzərdə tuturam.

Tarixi abidələr, inzibati binalar öz yerində, mənim “baş planımda” hər kəsə ata yurdunda ev tikməyə imkan yaradılır. Dövlət əhaliyə çoxsaylı ev çertyojları təqdim edir ki, özfəaliyyət olmasın, şəhərin arxitekturası pozulmasın. Evin smetası tutulur və elan edilir. Hər ailə üçün ümumi məbləği, təxmini qiymət deyirəm, 100 min manat olan 3 otaqdan ibarət kürsülü ev tikilir. Amma təqdim olunan başqa layihələrdə 5, 7 otaqlı, yaxud 2, 3 mərtəbəli evlər də olur, məsələn, 150, 200 min manat dəyərində. Daha böyük, yaraşıqlı ev tikmək istəyən sakin dövlətin verdiyi 100 min manata öz əlavəsini edib istədiyi evi tikə bilir. Hər kəs zövqünə, imkanına uyğun ev tikdirir.

Mərkəzi hissədəki küçələr olduğu kimi qalır. İnsanlar sağ qalan qonşularla yenidən bir məhəllədə yaşamağa davam edir. Burada hər kəs öz torpaq sahəsinin müəyyən qədərini şəhərin ümumi ehtiyaclarının həllinə güzəşt edər. Məsələn, mən 6 sot həyətimdən bir sotunu, lap iki sotunu verərəm ki, daha geniş küçəmiz olsun, yaşıl, gül-çiçəkli parklar salınsın, məhəllələr arasında idman meydançaları, istirahət mərkəzləri tikilsin. Əminəm, hər kəs şəxsi torpağından pay verər.

İstər şəhərin mərkəzi olsun, istərsə ətrafı, bütün yerlər öz adları ilə çağırılır. Ətraf kəndlərin adı şəhərin ərazi adları kimi qalır: Ağdam şəhərinin Seyidli, Ətyeməzli, Qiyaslı, Xıdırlı və sair rayonları…

Şəhərin, kəndlərin məhəllə adlarını da saxlamaq mümkündür – avtobus dayanacaqlarında: “İmarət”, “Hamam məhləsi”, “Molla Qurbanlılar”, “Lahıclar”, “Təpə Məhlə”, “Çuxur məhlə”, “Ayağıyalınlar” dayanacaqları kimi.

“Dostluq kinoteatrı”, növbəti dayanacaq “Beşmərtəbə!”

Tarix silinməsin, şəhərin yaddaşı silinməsin deyə!

Bəs işğaldan azad olunmuş Qarabağ şəhərlərini realda necə bərpa edirik? Bu bərpa işlərini dövlət vətəndaşla birgə aparırmı?

Belə görünür ki, bu işdə də sovet mirası özünü göstərir. Yaşlı belorusun sözü olmasın, yaddaşı silinmiş şəhərlər tikirik?

21 iyul 2023

Müəllifin başqa yazıları:

“İslamda tolerantlıq varmı?” sualı İsveçdə

Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitabı

Şərm-həyanın qiyməti

Yolda o(qa)lan yolçuluqlar

Zəmanələr və talelər toplusu

“İztirab — vətəndə qərib olmaqdır”

Darıxan səbir (Hikmət Sabiroğlunun 50 yaşına neçə günsə qalmış)

Salam, Gülsarı!

Dilimizi uçurumdan qoruyan (Tehran Vəliyevin xatirəsinə)

İntim dildə yaza bilmək

Vyanada Şuşa günləri (Fotolu, xatirəli reportaj)

Türkiyə islam inqilabı?

Varşava – azadlıq və sevgi şəhəri

Çəmənzəminlinin ”Studentlər”i haqda

Ağalar Məmmədovun məktubları

Günəş kitablar (İsveç kitabxanasından payız qeydləri)

Etiraz hüququ

Qış günəşi parlaqdır, amma isitmir

Qarabağ – xarici işimiz

“Le Concert”, yaxud azadlıq duyğusunun səsli izahı

Tanrılarla baş-başa

Əmanət amanatı (Cümhuriyyətin 99 yaşına)

Bütün zamanların lideri (Cümhuriyyətin 99 yaşına)

Anamın məktubları

Rusiya sindromu və Yalama döyüşü

Qarabağın açarı

Balacaboy hündür adam

Vətəni pulla almaq

Ozon adam (Elçin Şıxlının 60 yaşına)

Qarabağ adam (İlham İsmayılın 60 yaşına)

Rəsulzadənin çimərlik fotosu

Əndəlüs lövhələri: İspaniyadan sürreal-real reportaj

Etiraz – ləyaqətin bir başqa adı

Yusif üzlü kitablar

Varis Diriye, Opra Uinfri və bizim Bircə

Azadlıq qiymətinə foto

Maldiv – Yer üzünün cənnəti

Təcrübəli təcrübəsizlər

Kontrabas adamlar

Berqman, Tarkovski və Qotland adası

Bir cənub şəhərinin yubilyarına

Çernobıl, xilaskar ata və mən

Hökmdarın hüzurunda olmaq

Tənhalıq dövrünün adamları

Milli kimlik harayı

Hədəfə çatmağın köçəri quş yolu

Bethovenin 250 illiyinə dəvət

Sevgilərimin zirvəsi

Köç

Aqil Abbas haqqı

İsveçdə niyə küçəyə çıxmaq qadağası qoyulmur?

Müsahiblərim, yaxud sözlə portret çəkmək sənəti

Rusiya sindromu

Şuşalı foto

Tüstüdən dumana

Şuşa inauqurasiyası, mən, qarğalar…

Qarabağdan danışmaq yasaqlanır?..

Narıncı yarış maşını

17 yaşlı Anarın 40 yaşına

Bədlikdən çıxış

Ağdam qatarı Bakıdan gedir

Tale oxşarlığı

Ağ Rusiyanın qara taleyi

Yaltaqlıq istedadı

Təməldən bir də qurulmaq

Qarışqa yükü boyda

Ofşorda qalan Qarabağ

Rusun iti, Putinin bülbülü və sair

Qəmli gözlərin süitasi (Hikmət Hacızadəyə)

Qarakəndli Anuşun təbəssümü

Иван, уходи из Карабаха!

Atamın şilləsi, sevgisi və 20 yanvar

Müharibədən sonra…

Güvən mənə, inanım sənə

“Erməni soyqırımı” – 103 yaşlı siyasi oyun aləti

Azadlıq, ya xoşbəxtlik?

Ağıllı Ağdamın kölgəsi

Qaranlığın işığı

Xankəndi (Birinci yazı)

Xankəndi (İkinci yazı)

Şuşadan yaza bilmək

ABBA ilə Stokholmdan Ağdama

Donuq duyğuların canlı xəyalı: Ağdam

Musiqi mozaikasında Azərbaycan

Mən dənizi eşitdim

İsveçin Rusiya qorxusu

Şəxsən tanıdığım Nobel mükafatçısı

Bizim Güney

Dəmiri isti-isti…

Göydəki o ulduzlar

Bəxtiyar Hacıyevin məhbəs məktubu

Ağdamdan reportaj

İlk ələnmələr

  • 21 İyul 2023
  • comments

Hüseyn Məlikin həbsindən şikayət verilib

  • 21 İyul 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Anım
  • Bölgə
  • Cəmiyyət
  • Hüquq
  • Mədəniyyət
  • Siyasət
  • Sosial
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda