Rövşən Ağayev
Nyu-York Universitetinin türk tədqiqatçısı, davranış iqtisadiyyatı mütəxəssisi Səlcuq Şirinin kasıb və hüququn işləmədiyi ölkələrdə daşınmaz əmlaka bağlılığa maraqlı yanaşması var. O, “beton sevgisi” adlandırdığı bu fenomeni belə izah edir ki, ölkədə hüquq çox pis işləyirsə, vətəndaş yığımlarını mülk kağızı ilə güvən altına aldığı mənzilləri hesabına qoruya bilir. Digər aktivlər və yatırım ünvanları ilə müqayisədə mülk kağızı təhlükəsizdir.
Tədqiqatçının yazdığına görə, Almaniyada şəxsi mənzilə sahib olanlar Türkiyədəkindən azdır. Səbəb kimi bunu göstərir ki, hüququn üstünlüyü artdıqca mənzilə sahib olmağa can atmaq, öz parasını mülk kağızının girovuna çevirmək zərurəti aradan qalxır, bu yığımlar daha faydalı istiqamətlərə yatırım edilir.
Tədqiqatçı hüququn işləmədiyi ölkələrdə inşaatın həm də nəzarətsiz hakimiyyət üçün nəhəng renta gətirdiyini qeyd edir. Tikinti rentasına əsaslanan iqtisadi inkişaf modeli bir müddət cəlbedici görünə bilir və yatırımçılar üçün ən gəlirli sahə inşaat olur. Daha asan yolla milyonlar qazanmaq imkanı olan sahibkar öz sərmayəsini niyə daha riskli sahələrə yönəltsin ki?
Bu vəziyyət bizə nə qədər tanışdır…
Müəllifin başqa yazıları:
İdxal azaldı: manat dinclik tapa bilərmi?
Büdcə: dəyişən nədir, dəyişməli olan nə?
Ucuz manat niyə ixraca yol açmır?
Zənginlərin pulunu necə saymalı?
Qalan 4 ayda manatı nə gözləyir?
Nazirin dedikləri və gerçəklik
Uşaq pulu təklifləri: çıxış yolu nədir?
Statistika islah edilməlidir. Kökündən
Böyük pullar kimlərin işinə yarayıb?
İslahat mübahisələri: gerçək islahatlar necə olur?
Artan maaşlar, dəyişən büdcə, cavabsız qalan suallar
İş yeri statistikasından doğan suallar
Avtomobil parkımız niyə köhnəlir?
Kotan-xış dövründə ilişib qalmaq