Əli Əliyev: ikinci məhkəmə uzanır
Yasamal Rayon Məhkəməsi Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin işi üzrə prosesi uzadır. 2021-ci il noyabrın 30-u Xızı rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi vertolyotu qəzaya uğrayıb, 14 nəfər həlak olub, polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yüngül xəsarətlər alıbl...
Putinlə Tramp XXI əsri necə korladılar? – “The Guardian”
Böyük Britaniyanın “The Guardian” qəzetində Robert Rayxın “Putinlə Tramp mənim XXI əsr haqda təsəvvürümün yanlış olduğunu göstərdilər” başlıqlı məqaləsi dərc olunub. Professor Robert Rayx 1990-cı illərdə ABŞ-ın əmək naziri olub. Hazırda Berkli Kaliforniya Universitetində dövlət siyasətindən dərs dey...
Qurban Qurbanov – 50
Futbol xadimi Qurban Qurbanovun 50 yaşı tamam olur. Novator.az bildirir ki, Qurban Qurbanov 1972-ci il aprelin 13-də Zaqatalanın Aşağı Tala kəndində doğulub. Azərbaycanın “Daşqın”, “Turan”, “Kür-Nur”, “Neftçi”, “İnter”, Gürcüstanın “Mertsxali”, “Alazani”, Rusiyanın “Dinamo” (Stavropol), “Fakel”, “Ba...
5 aprel qiyməti
Energetika Nazirliyinin 5 aprel məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 112,44 dollara satılır. Bu, büdcə qiymətindən 62,44 dollar yuxarı qiymətdir. 2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 82,49, fevrala 94,20, mar...
Azərbaycan banklarına sanksiya kölgəsi
Ukraynada işğalçı müharibə aparan Rusiya dünya birliyinin ağır iqtisadi sanksiyaları ilə üzləşib, o cümlədən ölkənin bir çox bankı asan vəsait köçürülməsi sistemindən (SWİFT) çıxarılıb. Novator.az-ın məlumatına görə, iqtisadçı Rövşən Ağayev yazır ki, Rusiyanın bank-maliyyə sektoruna sanksiyaların, x...
Rusiya təklənir
Əli Kərimli AXCP sədri Rusiya hərbçilərinin Ukrayna şəhərlərində dinc əhalini kütləvi öldürməsi savaşın taleyini ciddi şəkildə dəyişir, Moskvanın Donbasda planlaşdırdığı həlledici döyüşün (“Kursk” döyüşünün) başlanmasını ləngidir. Buça və digər şəhərlərdə 410 nəfər dinc sakinin qəddarlıqla öldürülmə...
Partlayışın istintaqı: üç nəfər həbs edilib
Baş Prokurorluq rəsmi məlumat yayıb. Qeyd olunur ki, İstintaq İdarəsi Bakının Səbail rayonundakı “Location” gecə klubunda aprelin 3-nə keçən gecə, saat 3 radələrində baş vermiş partlayışla bağlı istintaq aparır: “Hadisə nəticəsində 1 nəfər həlak olub, 37 şəxs xəsarət alıb, 14 avtomobilə, 1 mənzilə v...
İnflyasiyaya qarşı subsidiya
Nazirlər Kabinetinin 4 aprel qərarına görə, minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emalla məşğul olan mikro, kiçik və orta sahibkarlar 2022-ci ildə verilmiş kreditlər üzrə faiz subsidiyası alacaq. Subsidiya 12 aydan çox olmayan müddətdə ödənmiş və ya ...
Korrupsiyaya qarşı mübarizə: yeni plan
Aprelin 4-də sərəncam imzalayan prezident İlham Əliyev korrupsiyaya qarşı mübarizə üzrə milli fəaliyyət planını təsdiqləyib. Plan 2022-2026-cı illəri əhatə edir. Sərəncama görə, mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə m...
“Qarabağ” 9-cu zirvəyə doğru
Azərbaycanın milli futbol çempionatında üç dövrə arxada qalıb. Novator.az bildirir ki, dördüncü – sonuncu dövrə ərəfəsində ehtiyatda bir oyunu olan “Qarabağ” (Ağdam) 49 xalla liderdir. “Neftçi” (Bakı) 21 oyuna 38, “Zirə” (Bakı) 36, “Qəbələ” 34 xal əldə edib. “Sabah”ın (Bakı) 29, “Keşlə”nin (Bakı) 20...
Entoni Blinken: “Kreml iflasa uğrayıb”
“Rusiyanın üç əsas məqsədi var idi: Ukraynanı öz iradəsinə tabe etdirib onun suverenliyini, müstəqilliyini əlindən almaq; orada Rusiyayönlü hakimiyyət qurmaq; Qərbi, NATO-nu parçalamaq. Kreml hər üç hədəfində iflasa uğrayıb”. Novator.az-ın məlumatına görə, ABŞ-ın dövlət katibi Entoni Blinken NBC kan...
Edamların həyata keçirilməsi əvvəldən Putinin planında olub
Ukraynada edamların həyata keçirilməsi əvvəldən Rusiya prezidenti Vladimir Putinin planında olub. Novator.az-ın məlumatına görə, bunu Böyük Britaniyanın xarici kəşfiyyat idarəsinin – Mİ6-nın rəhbəri Riçard Mur bəyan edib. Riçard Mur sosial şəbəkə vasitəsilə yaydığı açıqlamasında vurğulayıb: “B...
Paşinyan hökumətində iki boşluq
Ermənistan hökumətində iki boş yer var. Novator.az bildirir ki, 2021-ci il avqustun 4-dən yüksək texnologiyalar sənayesi naziri olmuş Vaahn Xaçaturyan 2022-ci il martın 3-də ölkə prezidenti seçilib, martın 13-də and içərək səlahiyyətlərinin icrasına başlayıb. 2020-ci il noyabrın 20-dən fövqəladə hal...
Kabinetin orta yaşı
Azərbaycanın Nazirlər Kabineti 35 nəfərdən ibarətdir. Novator.az bildirir ki, onların orta yaşı 54-dür. Ən yaşlı şəxs baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 1945-ci ildə doğulub. Baş nazirin müavini Əli Əhmədov 1953-cü il, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 1...
Mən dənizi eşitdim
“Gəlmə” hekayə silsiləsindən Vahid Qazi Bəzən elə bilirsən göy üzünü quşlara sən bağışlamısan. Çiçəklər də gün işığını sənə görə tanıyıb. Adamların üzündəki təbəssüm də səndən qopandır. Körpələr qığıltısını, uşaqlar gülüşünü səndən alıblar. Aşiqlərə də görüş yerini sən nişan vermisən. Amma yenə azlı...
Maaşda dib, qiymətdə zirvə
Dövlət Statistika Komitəsinin hesabatına əsaslanan London İqtisadiyyat Məktəbinin professoru, ADR Partiyasının sədri Qubad İbadoğlu yaxın ölkələrin sosial durumunu müqayisə edib. Novator.az-ın məlumatına görə, o yazır ki, Azərbaycan maaş artımında autsayder, qiymət artımında liderlərdəndir. Rəsmi st...
Böyük beşlikdə
Avropanın aparıcı milli futbol çempionatları finişə yön alıb. Novator.az-ın məlumatına görə, İngiltərə çempionatında “Mançester Siti” 73 xalla öndədir. “Liverpul”un 72, “Çelsi”nin 59, “Tottenhem” və “Arsenal”ın 54, “Vest Hem” və “Mançester Yunayted”in 51 xalı var. İspaniya çempionatında “Real” 69 xa...
Partiyaların maliyyə hesabatları
Siyasi partiyalar hər il aprelin 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı təqdim etməyə borcludur. Novator.az bildirir ki, aprelin 4-dək 39 partiya 2021-ci ilin maliyyə hesabatını verib. Ölkədə 58 siyasi partiya dövlət qeydiyyatındadır. Azərbaycan Naminə Alyans Partiyası, Lib...
Prezident və partiyası önə çıxdı
Aleksandr Vuçiç Serbiyada aprelin 3-də keçirilmiş prezident seçkisinin qalibi olur. Novator.az-ın məlumatına görə, o, 8 nəfərin qatıldığı marafonda 59,8 faiz səslə üstün gəlir. 1970-ci il təvəllüdlü Aleksandr Vuçiç 2008-ci ildə qurulmuş Serb Tərəqqi Partiyasının lideridir. O, 2012-ci ildən Serbiya h...
Macarıstan: seçkini baş nazir udur
Macarıstanda aprelin 3-də keçirilmiş parlament seçkisinin ilkin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, baş nazir Viktor Orbanın rəhbərlik etdiyi, Vətəndaş İttifaqı və Xristian Demokrat Xalq partiyalarını birləşdirən koalisiya önə çıxaraq 199 yerlik parlamentə 135 nəfərlə düşür. 6 müxal...