Azərbaycanın Nazirlər Kabineti 35 nəfərdən ibarətdir. Novator.az bildirir ki, onların orta yaşı 54-dür.
Ən yaşlı şəxs baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 1945-ci ildə doğulub.
Baş nazirin müavini Əli Əhmədov 1953-cü il, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 1954-cü il, ədliyyə naziri Fikrət Məmmədov 1955-ci il, baş nazir Əli Əsədov 1956-cı il, müdafiə sənayesi naziri Mədət Quliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev 1958-ci il, müdafiə naziri Zakir Həsənov 1959-cu il təvəllüdlüdür.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, maliyyə naziri Samir Şərifov 1961-ci ildə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1962-ci ildə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov 1964-cü ildə, baş nazirin müavini Şahin Mustafayev, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov 1965-ci ildə, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev 1967-ci ildə, daxili işlər naziri Vilayət Eyvazov 1968-ci ildə, energetika naziri Pərviz Şahbazov 1969-cu ildə anadan olub.
Ən gənc hökumət üzvü 1982-ci il təvəllüdlü təhsil naziri Emin Əmrullayevdir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 1980-ci ildə doğulub.
Gənclər və idman naziri Fərid Qayıbov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 1979-cu il, kənd təsərrüfatı naziri İnam Kərimov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, mədəniyyət naziri Anar Kərimov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov 1977-ci il, iqtisadiyyat naziri Mikayıl Cabbarov 1976-cı il, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev 1975-ci il, xarici işlər naziri Ceyhun Bayramov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 1973-cü il, səhiyyə naziri Teymur Musayev, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 1970-ci il təvəllüdlüdür.