Macarıstanda aprelin 3-də keçirilmiş parlament seçkisinin ilkin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, baş nazir Viktor Orbanın rəhbərlik etdiyi, Vətəndaş İttifaqı və Xristian Demokrat Xalq partiyalarını birləşdirən koalisiya önə çıxaraq 199 yerlik parlamentə 135 nəfərlə düşür.
6 müxalif partiyanın toplandığı “Macarıstan üçün birlik” koalisiyasının 56 mandat aldığı bildirilir.
Parlament qarışıq üsulla (106 nəfər dairələrdən, 93 nəfər partiya siyahıları üzrə) formalaşır.
1963-cü il təvəllüdlü Viktor Orban 2010-cu ildən baş nazirdir. O, 1998-2002-ci illərdə də hökumətə rəhbərlik edib.