Prezident və partiyası önə çıxdı
- 04 Aprel 2022
- comments
- hikmet
- Posted in Dünyanın səsiManşetXəbər
Aleksandr Vuçiç Serbiyada aprelin 3-də keçirilmiş prezident seçkisinin qalibi olur. Novator.az-ın məlumatına görə, o, 8 nəfərin qatıldığı marafonda 59,8 faiz səslə üstün gəlir.
1970-ci il təvəllüdlü Aleksandr Vuçiç 2008-ci ildə qurulmuş Serb Tərəqqi Partiyasının lideridir. O, 2012-ci ildən Serbiya hökumətində müxtəlif rəhbər vəzifələr tutub, 2014-cü ildən baş nazir olub, 2017-ci il aprelin 2-də prezident seçilib, mayın 31-də səlahiyyətlərinin icrasına başlayıb.
Prezident partiyasının parlament seçkisində də önə çıxdığı bildirilir. Proporsional üsulla formalaşan 250 nəfərlik parlamentə düşmək uğrunda 19 partiya və blok mübarizə aparıb.