Avropanın aparıcı milli futbol çempionatları finişə yön alıb. Novator.az-ın məlumatına görə, İngiltərə çempionatında “Mançester Siti” 73 xalla öndədir. “Liverpul”un 72, “Çelsi”nin 59, “Tottenhem” və “Arsenal”ın 54, “Vest Hem” və “Mançester Yunayted”in 51 xalı var.
İspaniya çempionatında “Real” 69 xalla liderdir. “Barselona”, “Atletiko” və “Sevilya” 57, “Betis” 53 xal yığıb.
İtaliya çempionatında “Napoli” və “Milan” 66 xalla zirvəni bölüşürlər. “İnter” 63, “Yuventus” 59 xal əldə edib.
Almaniya çempionatında “Bavariya” 66 xalla irəlidədir. “Borussiya” (Dortmund) 57, “Bayer” 51, “Leypsiq” 48, “Frayburq” 45, “Hoffenhaym” 44 xal toplayıb.
Fransa çempionatına PSJ başçılıq edir: 68 xal. “Marsel” 56, “Renn” 53, “Strasburq” və “Nitsa” 51 xal götürüb.