• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Göydəki o ulduzlar

  • 17 Dekabr 2022
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Vahid Qazi

Şaxtalı İsveç gecəsinə işıq salan aylı-ulduzlu göy üzü isti bir uşaqlıq xatirəmi yadıma saldı.

Az qala 50 ilin söhbətidir… Evimizdəki kirayənişin qızların səs-küyü həyəti başına götürmüşdü. Axşamüstü başlayan qar aləmi dümağ rəngə boyamışdı. Yalan olmasın, yerdə mənim diziməcən, budaqlarda da qarğa dimdiyi boyda. Həyətimiz ilahi bir ovsunla qəfil işıqlanmışdı.

Qızlar qartopu oynayırdılar. Düşüb onlara qoşulurdum səki, pilləkənin başındaca qara tutdular. Sonra yerə yıxıb az qala qara basdıracaqdılar. Nəfəsim kəsilənəcən yordular, üst-başımı isladıb istahatdan çıxartdılar.

Onda mənim 8-10, qızların 18-20 yaşı olardı. Hərəsi bir diyardan gəlib Ağdam Musiqi Texnikumunun piano sinfində oxuyurdular.

…Əllərindən qaçıb həyətimizin ayağındakı narlığa verdim özümü, guya gizləndim. Yarpağını çoxdan tökmüş bir ağacın altında qara uzandım. Qollarımı başımın altında çarpazlayıb ulduzların tamaşasına durdum. Göy üzünü hələ heç vaxt elə gözəl görməmişdim – anamın qurduğu yolka kimi çıraqban idi, od tutub yanırdı.

O sehrli gecəni dünənmiş kimi xatırlayıram.

Milyon-milyon ulduz içində gözüm bir-birindən eyni məsafədə alt-alta sıralanmış üç ulduzu o saat aldı. Elə bil kimsə ulduzları göy üzünə necə gəldi səpəndən sonra o üç ulduzu ayırıb bir xətt boyunca düzübmüş. Elə yaxından parıldayırdı ki, deyərdin bəs ulduz deyil, həyətimizin qar dənələrində bərq vuran işıqlarıdır.

…Bir il sonra növbəti qışda bir də gördüm onları. Atamgil məni kənddə nənəmin yanında qoyub Bakıya getmişdilər. Mən də onlardan küsüb incik halımla nənəmə qısılmışdım. Həmişə sevinə-sevinə gəldiyim ev bu dəfə məni sıxırdı.

Həmin ulduzları görənə qədər.

Onları görəndən sonra bütün qəm-qüssəm yaddan çıxdı. Köhnə dostları görürmüş kimi sevinirdim. “Bura da gəlib çıxıblar?!” – elə təəccüblənmişdim ki! Sanki ulduzlar yalnız həyətimizin göy üzündə duracaqmış. Çağırıb heyrətlə nənəmə göstərmişdim. “Onlar sənin bəxt ulduzlarındır” demişdi Tovuz nənəm.

O gecə elə bilirdim ulduzlar könlümü almağa gəliblər. O gecə ulduzlar məni yatızdıran nənəmin üzünə çökmüşdülər, onun gözüylə sayrışırdılar. Ömrün ən gözəl yuxularından birinə beləcə keçmişdim.

Üç Ulduzla az qala 50 illik dostluğumun təməli ömrün ən xoşbəxt çağlarını xatırladan o gecələrdə qoyuldu.

Sonralar Ekzüperinin “Balaca şahzadə”si hər dəfə yadıma düşəndə həyətimizdə qara uzanıb ulduzlarla söhbət edən o balacanı xatırlayacaqdım.

“O göydəki Allah haqqı” – o vaxt yaşlı adamların belə andı olardı. Mənim də and yerim, pənah yerim göydəki o Üç Ulduz oldu. Hər qış onları görəndə qəribə bir duyğu ilə arxayınlayır, qarşıdakı ildə müşküllərin yoluna qoyulucağına inam yaranırdı. Mənim o ulduzlarla münasibətim tanrı-bəndə münasibətindən də ötə idi – qərib adamın öz-özüylə söhbətinə bənzəyirdi.

…Növbəti dəfə əsgərlikdə görüşdük. Uzaq Uralın göy üzündə, 45 dərəcə şaxtada, qarovulda. Üzümü göyə tutub onlara baxırdım, amma bu dəfə danışmırdım, çox soyuq idi. Fikrimdə təkcə isti dəniz xəyal edirdim. Onlar da düşüncələrimi oxuyur, sayrışaraq deyirdilər: “Darıxma, az qalıb, Xəzərin isti sularına gələcəksən”.

…90-cı illərin ağır vaxtları idi. Ailəm, el-oba qaçqın düşmüşdü. Çıxılmaza düşən adamın ağırlığı vardı içimdə. Bir qış axşamı Bakı səmasında gördüm onları. Xeyli söhbət elədik. Gəmilərin işıq siqnalı kimi cavab verirdilər – sayrışa-sayrışa. İçimdə inam yarandı. Çətinim asan oldu o il.

Sonralar haralarda görmədim onları: dünyanın dörd bir yanında, Bişkekdən ta Vaşinqtonacan. Qışda şimal yarımkürəsinin hər yanında rastıma çıxdılar.

***

Dünən yenə görüşdük. Çoxdan görünmürdülər. İsveçdə qış gecələri hər deyəndə buludsuz olmur. Dünən buludsuz idi İsveçin göy üzü. Yenə mənim ulduzlarım sayrışırdılar, halımı soruşurdular. Üzümə qonan təbəssümdən onları ilk dəfə gördüyüm gecəni xatırladığımı tutdular.

İllər uzunu onlarla həyətimizdəki ilk görüşümüzü xatırlayıb o qədər xoşbəxt duyğuların istisinə bürünmüşəm ki… Uzun gecələr boyu sabahlaracan.

…Dünən həyətimizin ayağındakı narlıqda qara uzanıb göydə ulduzlara baxırdım.

Evimizin kirayənişin qızları qartopu oynayırdılar.

Anam yeni oyuncaqlar almışdı, yolkanı bəzəyirdi.

Həyətimiz ağappaq idi. Tanrı dərgahı kimi…

Dünən həyətimizdə gördüm bunları!

Göydəki o Üç Ulduz haqqı!

17 dekabr 2022
İsveç

Müəllifin başqa yazıları:

“İslamda tolerantlıq varmı?” sualı İsveçdə

Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitabı

Şərm-həyanın qiyməti

Yolda o(qa)lan yolçuluqlar

Zəmanələr və talelər toplusu

“İztirab — vətəndə qərib olmaqdır”

Darıxan səbir (Hikmət Sabiroğlunun 50 yaşına neçə günsə qalmış)

Salam, Gülsarı!

Dilimizi uçurumdan qoruyan (Tehran Vəliyevin xatirəsinə)

İntim dildə yaza bilmək

Vyanada Şuşa günləri (Fotolu, xatirəli reportaj)

Türkiyə islam inqilabı?

Varşava – azadlıq və sevgi şəhəri

Çəmənzəminlinin ”Studentlər”i haqda

Ağalar Məmmədovun məktubları

Günəş kitablar (İsveç kitabxanasından payız qeydləri)

Etiraz hüququ

Qış günəşi parlaqdır, amma isitmir

Qarabağ – xarici işimiz

“Le Concert”, yaxud azadlıq duyğusunun səsli izahı

Tanrılarla baş-başa

Əmanət amanatı (Cümhuriyyətin 99 yaşına)

Bütün zamanların lideri (Cümhuriyyətin 99 yaşına)

Anamın məktubları

Rusiya sindromu və Yalama döyüşü

Qarabağın açarı

Balacaboy hündür adam

Vətəni pulla almaq

Ozon adam (Elçin Şıxlının 60 yaşına)

Qarabağ adam (İlham İsmayılın 60 yaşına)

Rəsulzadənin çimərlik fotosu

Əndəlüs lövhələri: İspaniyadan sürreal-real reportaj

Etiraz – ləyaqətin bir başqa adı

Yusif üzlü kitablar

Varis Diriye, Opra Uinfri və bizim Bircə

Azadlıq qiymətinə foto

Maldiv – Yer üzünün cənnəti

Təcrübəli təcrübəsizlər

Kontrabas adamlar

Berqman, Tarkovski və Qotland adası

Bir cənub şəhərinin yubilyarına

Çernobıl, xilaskar ata və mən

Hökmdarın hüzurunda olmaq

Tənhalıq dövrünün adamları

Milli kimlik harayı

Hədəfə çatmağın köçəri quş yolu

Bethovenin 250 illiyinə dəvət

Sevgilərimin zirvəsi

Köç

Aqil Abbas haqqı

İsveçdə niyə küçəyə çıxmaq qadağası qoyulmur?

Müsahiblərim, yaxud sözlə portret çəkmək sənəti

Rusiya sindromu

Şuşalı foto

Tüstüdən dumana

Şuşa inauqurasiyası, mən, qarğalar…

Qarabağdan danışmaq yasaqlanır?..

Narıncı yarış maşını

17 yaşlı Anarın 40 yaşına

Bədlikdən çıxış

Ağdam qatarı Bakıdan gedir

Tale oxşarlığı

Ağ Rusiyanın qara taleyi

Yaltaqlıq istedadı

Təməldən bir də qurulmaq

Qarışqa yükü boyda

Ofşorda qalan Qarabağ

Rusun iti, Putinin bülbülü və sair

Qəmli gözlərin süitasi (Hikmət Hacızadəyə)

Qarakəndli Anuşun təbəssümü

Иван, уходи из Карабаха!

Atamın şilləsi, sevgisi və 20 yanvar

Müharibədən sonra…

Güvən mənə, inanım sənə

“Erməni soyqırımı” – 103 yaşlı siyasi oyun aləti

Azadlıq, ya xoşbəxtlik?

Ağıllı Ağdamın kölgəsi

Qaranlığın işığı

Xankəndi (Birinci yazı)

Xankəndi (İkinci yazı)

Şuşadan yaza bilmək

ABBA ilə Stokholmdan Ağdama

Donuq duyğuların canlı xəyalı: Ağdam

Musiqi mozaikasında Azərbaycan

Mən dənizi eşitdim

İsveçin Rusiya qorxusu

Şəxsən tanıdığım Nobel mükafatçısı

Bizim Güney

Dəmiri isti-isti…

Bəxtiyar Hacıyev aclığı davam etdirir

  • 16 Dekabr 2022
  • comments

İlqar Məmmədov prezidentə müraciət edib

  • 17 Dekabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0
comments
TribunaYazarlar

Dustaqlara nə deyərdim?

GLOBALS:0

Tags

  • Anım
  • Cəmiyyət
  • Tarix
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

Son materiallar

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda