• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rüstəm İbrahimbəyovun dönüşü

  • 17 Mart 2022
0
SHARES
FacebookTwitterPinterest

Onun imzası qardaşı Maqsudla birgə nəsrimizin altmışıncılar nəslinin pleyadasında qərar tutub. Hansı adlar var bu cərgədə – İsa Hüseynov, Sabir Əhmədli, Çingiz Hüseynov, Əkrəm Əylisli, Anar, Elçin, Yusif Səmədoğlu, İsi Məlikzadə, nəhayət, İbrahimbəyov qardaşları. Əsərlərini rusca qələmə alsalar da, bu qardaşlar milli zəmindən uzaqlaşmayıblar, Bakı-Abşeron mühitindən, demək olar, aralanmayıblar.

Rüstəm İbrahimbəyov üstəlik, bütün dünyada həm də böyük dramaturq (kinodramaturq da deyə bilərik) kimi tanınıb. Yadımdadır, hələ ötən əsrin səksəninci illərində onun “Şirə bənzər” pyesinə Amerikadan üzü belə dünyanın onlarla sanballı teatrının səhnəsində quruluş verilmişdi. Sovetlərin kəshakəs vaxtında yazdığı “Ultimatum” adlı pyesində İbrahimbəyov qardaşlarının kiçiyi Azərbaycanda bolşevik hakimiyyətinin qurulması ərəfəsində baş vermiş gərgin faciəvi hadisələri cəsarətlə qələmə almışdı. “Yaşıl qapı arxasındakı qadın” pyesində, pyes əsasında çəkilmiş filmdə Jan-Pol Sartrın oxşar adlı (“Bağlı qapı arxasında”) dramatik əsərində olduğu kimi öz tənhalığının sərhədini aşa bilməyən yalqız, köməksiz insanların ekzistensial cəhənnəmini dövrün saxta həyat himnlərinin sədaları altında çəkinmədən səhnəyə, ekrana gətirmişdi.

Ömrünün çoxunu Vətəndən qıraqda keçirsə də, xalqımız onun yaradıcılığına yaxşı bələddir, ən azı buna görə ki, neçə-neçə hekayəsi, povesti, pyesi əsasında filmlər çəkilib, o filmlərin bir qismi (“Bir cənub şəhərində”, “İstintaq”, “Park”, “Anın hökmü”, “Bağlı qapı”, “Ad günü”…) ölkəmizdə böyük populyarlıq qazanıb, həm də bir yox, bir neçə nəsil arasında. İbrahimbəyov Bakıdan, Abşerondan, Azərbaycandan aldığı borcu öz sənətinin bərəkətli dövriyyəsi hesabına bütöv bir xəzinəyə çevirməklə vətəninə, xalqına artıqlamasıyla qaytarıb. Nəhayət, son borcunu – 83 ildən bəri ruhunun əynində gəzdirdiyi bədənini də ana torpağa təhvil verdi.

Vaxt, zaman, zamanın insan cismindəki izi, dağıntısı olan yaş öz sözünü inadla deməkdədir – altmışıncılar pleyadasının öncülləri gün keçdikcə azalır. Onların Azərbaycan ədəbiyyatı, incəsənəti qarşısında xidmətləri böyükdür. Doğrudur, bu xidmətlərdən sui-istifadə halları da az olmayıb, elə indi də olur, ancaq belə hallar o xidmətləri danmağa əsas vermir. O bünövrənin üstündə durmayan Azərbaycan yazıçısı çətin ucala bilsin. Sənətdə sələf-xələf dialoquna girmədən, vərəsəlik prinsipini qorumadan irəli yarımca addım belə atmaq mümkün deyil.

Rüstəm İbrahimbəyov bir ziyalı kimi də çəkingən olmayıb, məqamında öz sözünü cəsarətlə deyib. Düzdür, onun bəzi fikirləri cəmiyyətimizdə birmənalı qarşılanmayıb, haqlı-haqsız etirazlar da doğurub, ancaq müzakirə, polemika elə ondan ötrüdür ki, deyilən sözü çözələyib, saf-çürük eləyib, sonda bir ortaq məxrəcə gələsən. Hər kəs xora qoşulmağa borclu deyil, biz xoşumuza gəlməyən, mənafeyimizə toxunan fikirləri də səbirlə dinləməklə cəmiyyətimizə dözümlü, tolerant olmağı aşılamalıyıq. Həm də quşu quşla tutarlar, yəni sözün qabağına sözlə çıxarlar, fikri fikirlə yıxarlar.

Rüstəm İbrahimbəyovun əsərləri arasında məni ən çox təsirləndirən “Anın hökmü” (orijinalda: “Struktura momenta”) povesti olub. Əsərin qəhrəmanı müəllifin antipodudur. O da Rüstəm kimi karyera ardınca Moskvaya gedib, ancaq müəllifindən fərqli olaraq bütün həyatını yalan üzərində qurduğundan ömrü puça çıxıb, nəsibi nökərlik, lakeylik olub. Prototipi Mingəçevir olan xəyali Səngəçevir şəhərinə – doğulduğu yurda, dostlarının arasına qayıdandan sonra personajın illər boyu danışdığı yalanlar ifşa olunur, onun saxta bir ömür yaşadığı üzə çıxır. Sonda belə görünür ki, doğma yuvası – anasından qalma qapısı bağlı ev də bu antiqəhrəmanın yalan zəlzələsinin dağıntıları altında çiliklənmiş həyatını qurtara bilməyəcək…

Rüstəminsə dönüşü tam ayrı oldu – o, istedadının yedəyində dünyanı dolaşıb özünü, öz varlığını sübuta yetirəndən, xalqının imzasını növbəti dəfə təsdiqlədəndən sonra sakit, təvazökar bir qayıdışla yurduna döndü. Çevrə qapandı, səfər başa çatdı. Fiziki ömür bitdi, mənəvi ömür davam eləyir.

Dönüşün mübarək, Rüstəm bəy! Bəylik sənə çox yaraşırdı…

Fəxri Uğurlu
 Yeniazerbaycan.com

Mandat bölgüsü yenilənir

  • 17 Mart 2022

Ukraynalılar Krım və Donbasdan imtina edirmi? (Sor...

  • 17 Mart 2022

Son materiallar

comments
Aktual 2ManşetXəbər

Dünya futbol çempionatı

comments
Dünyanın səsiManşetXəbər

Xalqların Rusiyaya münasibəti necə dəyişib? – Sorğu

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə benzin necəyədir?

comments
Dünyanın səsiManşetXəbər

Rusiyaya təzyiq, Çinə nəzarət – “Reuters”

Rəylər

Do not miss

comments
Aktual 2ManşetXəbər

Dünya futbol çempionatı

Son materiallar

comments
Aktual 2ManşetXəbər

Dünya futbol çempionatı

comments
Dünyanın səsiManşetXəbər

Xalqların Rusiyaya münasibəti necə dəyişib? – Sorğu

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə benzin necəyədir?

comments
Dünyanın səsiManşetXəbər

Rusiyaya təzyiq, Çinə nəzarət – “Reuters”

comments
ManşetŞərh

Dalana doğru

comments
ManşetXəbər

Dərs ili haçan başlasın? (Sorğunun nəticələri)

comments
ManşetXəbər

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

comments
ManşetXəbər

Manatdan baha valyutalar

comments
ManşetXəbər

Azərbaycanın koronavirus statistikası

comments
Dünyanın səsiManşetXəbər

Avropa İttifaqı Ukrayna və Moldovaya namizəd statusu verdi

comments
ManşetXəbər

Tofiq Yaqublu anasının ilinə də buraxılmır

comments
Dünyanın səsiManşetXəbər

Putinin dünya arenasına qayıdışı – CNN

comments
ManşetXəbər

Əli Əliyevin cəza müddəti 1 ilə qalxdı

comments
Dünyanın səsiManşetXəbər

Ermənistan ehtiyatda olanları hərbi toplanışa çağırır

comments
ManşetXəbər

Neftin büdcə qiyməti artırılır

comments
Dünyanın səsiManşetXəbər

Rusiya təhdidi: F-16 qırıcılarının istismar müddəti artırıldı

comments
ManşetŞərh

Pulun bəlli istiqaməti

comments
AktualManşetŞərh

Bahalıq artımları

comments
ManşetXəbər

Erkin Qədirli komitə sədrinin müavini seçilib

comments
Dünyanın səsiManşetXəbər

Qonşuluqda xəstə sayı

comments
Dünyanın səsiManşetXəbər

Bolqarıstanda hökumət böhranı

comments
ManşetXəbər

Aytən Məmmədova: “Araşdırma davam edir”

comments
ManşetXəbər

Rəsmilərin maaşında yenilik təklifləri

comments
AktualDünyanın səsiManşetŞərh

Uyğur müsibəti Ukrayna müsibəti kimidir – “Politico”

comments
ManşetXəbər

Bankların beş ayı

comments
ManşetXəbər

Büdcədə yeniliklər ilk oxunuşdan keçdi

comments
ManşetXəbər

Ali Məhkəmə Əli Əliyevi həbsdə saxladı

comments
AktualManşetXəbər

Tərs artımlar

comments
AktualManşetXəbər

Erməni professorun Mustafa Hacıbəyliyə məktubu

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrin itkiləri

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda