Seymur Kazımov
Medianın İnkişafı Agentliyi (MEDİA) bir qrup sayt və qəzetə maliyyə yardımı ayırdı. Vəsaiti ayırar-ayırmaz sosial şəbəkələrdə ikitirəlik yarandı: alqışlar və qarğışlar. Yeni bir şey yoxdur, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) da bu işlə məşğul idi. O, yalnız qəzetlərə pul verirdi, bu biri onlayn medianı da unutmayıb (Medianın İnkişafı Agentliyi 2021-ci il yanvarın 12-də, 2009-cu ildən fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında publik hüquqi şəxs kimi yaradılıb).
MEDİA bir aya yaxındır media menecerləri üçün müxtəlif mövzularda təlim keçir. Təlimə dünyaca məşhur “Əl-Cəzirə” media qurumunun əməkdaşları da cəlb olunublar. Müsbət addımdır, təqdir edirik.
Təklif edərdik ki, redaksiyaların məsul işçilərindən birinə qrant layihələrinin yazılması üzrə təlimlər keçirilsin. MEDİA-da layihələrin qiymətləndirilməsi üzrə komissiya yaradılsın və onlar da bu işləri qiymətləndirsinlər. Şəffaflığı və obyektivliyi qorumaq üçün kənardan bu sahə üzrə ekspertlər də cəlb olunsun. Bu ekspertlər çoxluğun tanıdığı, qəbul etdiyi, obyektivliyinə və ən əsası da vicdanına şübhə ilə yanaşılmayan şəxslər olmalıdır.
Belə olsa, kimsə MEDİA-nı qeyri-obyektivlikdə suçlamayacaq. Bəlkə yenə narazılıq edənlər olacaq, təbiidir, amma ittihamın miqyası böyük olmayacaq. Məsələn, çox geniş abzas açıb, ölkədə reklam bazarının, medianın maliyyə dayaqlarının olmamasından yaza bilərik. Çox yazılıb və yazdıqlarımız da öz həllini tapmayıb. Odur ki, reallığa uyğun davranmaq lazımdır.
Agentliyə dövlət büdcəsindən pul ayrılır. İndi qalıb o pulu düzgün idarə etmək. Bunun da ən optimal yolu layihələrin yazılmasıdır. Yaxşı olardı ki, MEDİA mövzu seçiminə müdaxilə etməsin.
Məsələyə bir az da konseptual baxsaq, media menecerləri üçün təlim də layihə formasında olmalıdır. Burada isə iş jurnalist təşkilatlarının üzərinə düşəcək. Təlim, tədris layihələrini onlar yazır, uğurlu olanlar qrant alır və işə başlayır.
Bütün hallarda layihələrin qiymətləndirilməsi və nəticələrin elan olunmasında peşəkarlıq, obyektivlik və vicdan əsas götürülməlidir. Bunlar həm insani keyfiyyətdir, həm də jurnalistikanın əsas prinsipləridir. Ortada KİVDF kimi mənfi təcrübə var.
Jurnalistlərin və QHT nümayəndələrinin yaxşı xatırladığı Azərbaycan Media Mərkəzi (AMM) adlı təşkilat vardı. Bu sətirlərin müəllifi də orada layihələr üzrə koordinator vəzifəsində çalışırdı. 2010-cu ilin bir günü qərara gəldik ki, baş redaktorlar üçün təlimlər keçirilsin. AMM dünyaca məşhur Mediaya Beynəlxalq Dəstək (İnternational Media Support) təşkilatının Cənubi Qafqazda nümayəndəliyi idi. Baş ofisdən media eksperti gəldi və bəndənizin iştirakı ilə hakimiyyətə loyal olan-olmayan media menecerləri ilə görüş keçirdik.
İlk görüş Mətbuat Şurasında oldu. 15 nəfər media lideri ilə görüşdən sonra onların ehtiyaclarını əks etdirən hesabat və bu hesabat əsasında təlim modulları hazırlandı. Təlim vaxtı müəyyənləşdi və baş redaktorlara rəsmi dəvət göndərildi. Təlimin əsas mövzusu onlayn media və sosial media alətlərindən istifadə etməklə redaksiyanın maliyyə imkanlarını yaxşılaşdırmaq qaydaları idi. Baş redaktorlar təlimlərə qatılmadılar. Biri müxbir göndərdi, başqa birisi şöbə müdirini, biri reklam departamentinin əməkdaşını. 2009-cu ildə KİVDF artıq yaranmışdı.
Müəllifin başqa yazıları:
Jurnalistika fakültəsi və “qabiliyyətli” tələbələr
Ədəbi dil normalarına əməl etməklə yalan danışmaq olarmı?
Jurnalist seçim qarşısında: vicdan, yoxsa pul?
Medianın yaratdığı “qəhrəman” və “düşmən” obrazlarının cəmiyyətə təsiri
Sosial medianın ənənəvi media üzərində qələbəsinin əsas səbəbləri
Azərbaycanda media niyə biznesə çevrilə bilmir?
“Ölü jurnalist material hazırlaya bilməz”
İtkin düşən alpinistlər, mübahisə edən nazirliklər, susqun media və bloqçular
Peşəkar jurnalist olmağın yükü… Azərbaycanda
Azərbaycan televiziyalarının seçki reallıqları
Medianın “həqiqəti üzə çıxarmaq” problemi
Gənc jurnalistləri kimlərdən qorumalı?
Mətbuat Şurasının qurultayı nə ilə yadda qaldı?
Keyfiyyətli jurnalistika tədrisinə necə nail olmalı?
Tənqidə dözümsüzlük problemi və onun fəsadları
Sosial medianın qanuni yollarla inhisara alınması
Təhlükəli tendensiya: jurnalistin siyasətə qarışması
Jurnalistin vətəndaş mövqeyi olmalıdırmı?
Vətəndaşın “informasiya aclığı” problemi
KİV-lə işin düzgün qurulması təlimatı
Azərbaycan əhalisinin “media savadlılığı” göstəriciləri
Natamam jurnalistika, məlumatlı əhali
İnformasiya təminatı effektiv kommunikasiyanın əsas şərtidir
Mətbuat konfransını işıqlandırmaq qaydaları: nələrə diqqət etmək lazımdır?
Jurnalistə hücum: demokratiyaya, vətəndaşa, dövlətə vurulan zərbə
ABŞ söz, mətbuat azadlığı sahəsində hegemonluğunu itirirmi?
Jurnalistlərin Posttravmatik Stress Pozuntusu problemi
KİVDF-nin “Qəzetlər nə zaman öləcək” sualına cavabı
Keyfiyyətli jurnalistika təhsilinin bazası: azadlıq, müstəqillik
Qeyri-peşəkar mətbuat katibləri və “psix” jurnalistlər
Mətbuat günümüz və bu günün reallığı
Manipulyasiya – jurnalistikanın gizli funksiyası
KİV-in nəzarət mexanizmi niyə çalışmır?
Dağlıq Qarabağ məsələsini beynəlxalq tədbirlərdə necə səsləndirməli?
Jurnalist mitinqdə və ya PRESS gödəkcəsi indulgensiya deyil
Seçkidə məğlub olan jurnalistin peşəsinə dönüşü etikdirmi?