• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Navalnını zəhərləmiş dəstənin daha bir əməli ifşa edilib

  • 10 İyun 2021
0
SHARES
FacebookTwitterPinterest

Böyük Britaniyanın “Bellingcat” internet nəşrinin yeni araşdırması rusiyalı müxalif lider Aleksey Navalnını zəhərləmiş dəstənin Dmiti Bıkovu da təqib etdiyini üzə çıxarıb.

Novator.az bildirir ki, 54 yaşlı şair, yazıçı, ədəbiyyatşünas alim, pedaqoq, publisist, jurnalist Dmitri Bıkov Rusiyanın tanınmış ziyalılarından biridir. O, Rusiya prezidenti Vladimir Putinə qarşı daima sərt çıxışlar edir, yazılar yazır. Bıkovun satirası hakim elitanın ən korrupsiyalaşmış qatını hədəfə alır. Dmitri Bıkov vaxtilə Vladimir Putinin ziyalılarla keçirdiyi görüşdə iştirakdan da imtina edib.

Bəziləri Bıkovu Rusiyada müxalif liderlər arasında Navalnıdan sonra ikinci adam sayırlar.

“Bellingcat” yazır ki, yəqin elə bütün bunlara görə hakim rejim Navalnı kimi Bıkova da ölüm hökmü çıxarıb.

“Bellingcat”ın jurnalist araşdırmasında deyilir ki, Dmitri Bıkov 2019-cu ilin aprelində ədəbiyyatdan mühazirələr söyləmək üçün Sibirə gedib. Rusiya Federal Təhlükəsizlik Xidmətinin zəhərləmə əməliyyatı həyata keçirən dəstəsi də həmin vaxt onun ardınca Sibirə yollanıb. Dəstə üzvləri aprelin 13-də Novosibirskdə Dmitri Bıkovun qaldığı məkana yaxın yerdə məskunlaşıblar. Ertəsi gün isə onlar tələsik Moskvaya qayıdıblar.

Elə məhz həmin gün Ufaya uçuş zamanı Dmitri Bıkovun halı pisləşib. Navalnı ölümcül zəhərləndiyi vaxt hansı vəziyyətə düşmüşdüsə, Bıkov da o vəziyyətə düşüb.

Dmitri Bıkov beş gün xəstəxanada komada qalıb. Süni nəfəs aparatına qoşulana kimi o, beyinə qan sızmadan müalicə olunub.

Bıkovun sui-qəsdə məruz qaldığından şübhələnən dostları onun Moskvadakı xəstəxanaların birinə köçürülməsini təşkil ediblər. Aprelin 20-də Bıkov özünə gəlib. Bir həftə sonra o, xəstəxanadan evə buraxılıb. Ancaq onun xəstələnməsinin səbəbi dəqiqləşməyib.

Kimyəvi silah üzrə mütəxəssislərlə məsləhətləşmələr aparan “Bellingcat”ın araşdırıcı jurnalistləri belə qənaətə gəliblər ki, xüsusi xidmət oqranının əməkdaşları Bıkovu fosforlu üzvü birləşmələrlə zəhərləyiblər.

“Bellingcat”ın araşdırmasında bildirilir ki, Dmitri Bıkovun zəhərlənməsi ilə Navalnın zəhərlənməsi hadisəsində çox məqam üst-üstə düşür: Federal Təhlükəsizlik Xidmətinin yaratdığı dəstə hər iki şəxsi səfər zamanı yaxından təqib edib; hər iki şəxs xəstələnəndə faktiki eyni simptomları yaşayıb; onların hər ikisi komaya düşüb. Və nəhayət, hakimiyyət hadisənin ilk günlərində hər iki şəxsin daha yaxşı xəstəxanada yerləşdirilməsinə mane olub.

“Bellingcat”ın jurnalistləri hesab edirlər ki, bütün bunlar Navalnı kimi Bıkovu da Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının zəhərləməsi versiyasını doğruldur.

Novator.az xəbər verir ki, ABŞ-ın “Bloomberg” agentliyi də Dmitri Bıkovla bağlı məsələyə toxunub. “Bellingcat”ın araşdırmasını işıqlandırarkən agentlik Dmitri Bıkovun açıqlamasına da yer ayırıb. Bıkov “Bloomberg”in əməkdaşı ilə telefon söhbətində deyib: “Bəli, onlar mənə zəhər veriblər”.

“Bloomberg”ə açıqlamasında Dmitri Bıkov “Bellingcat”ın araşdırmasında iştirak etmədiyini söyləyib.

Rusiya prezidenti Vladimir Putinin ən sərt əleyhdarlarından biri kimi ad çıxaran, 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilən, dəfələrlə inzibati həbs cəzası alan, 2021-ci ilin yanvarında yendən həbsə atılan, hazırda 2 il 6 ay iki həftəlik azadlıqdan məhrum etmə cəzası ilə həbsxanada cəza çəkən, tutulandan sonra başçılıq etdiyi Korrupsiya ilə Mübarizə Fondunun fəaliyyəti də qadağan edilən 45 yaşlı Aleksey Navalnı 2020-ci il avqustun 20-də zəhərlənib. Həmin gün o, Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya uçarkən özünü pis hiss edib, huşunu itirib, Omsk şəhərində təcili eniş zərurəti yaranıb, siyasətçi 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, avqustun 22-də Berlinə aparılıb, “Şarite” klinikasında müalicə alıb.

Almaniya hökuməti Aleksey Navalnının sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyini açıqlayıb. Bu, Almaniya Silahlı Qüvvələrinin toksikoloji laboratoriyasında aparılan analizdə üzə çıxıb. Fransa və İsveçin laboratoriyaları bu versiyanı təsdiqləyib.

2020-ci ilin dekabrında Böyük Britaniyanın “Bellingcat”, Rusiyanın “The İnsider” internet nəşrlərinin, ABŞ-ın CNN kanalının və Almaniyanın “Der Spiegel” qəzetinin əməkdaşlarından ibarət jurnalist qrupu Aleksey Navalnının zəhərlənməsi ilə bağlı araşdırma aparıb.

Araşdırmanın nəticəsinə görə, Navalnının zəhərlənməsi əməliyyatını Rusiya Federal Təhlükəsizlik Xidmətinin səkkiz əməkdaşı icra edib. Həmin əməkdaşlar Federal Təhlükəsizlik Xidmətinin Kriminalistika İnstitutunun işçiləri adı altında fəaliyyət göstərirlər, əslində isə onlar xidmətin məxfi bölməsində işləyirlər.

Jurnalist araşdırmasında həmin əməkdaşların hamısının adı çəkilib, bəzisinin ləqəbi də göstərilib: Stanislav Makşakov, Oleq Tayakin (ləqəbi “Tarasov”), Aleksey Aleksandrov (ləqəbi “Frolov”), İvan Osipov (ləqəbi “Spiridonov”), Konstantin Kudryavtsev (ləqəbi “Sokolov”), Aleksey Krivoşekov, Mixail Şvets (ləqəbi “Stepanov”), Vladimir Panyayev.

Jurnalistlərin verdiyi məlumata görə, Aleksey Navalnının zəhərlənməsi əməliyyatını həyata keçirərkən qrupa bir zamanlar Rusiyadakı Dövlət Orqanik Sintezlər Texologiyaları İnstitutunda kimyəvi silahların yeni növlərini hazırlamaqla məşğul olmuş Stanislav Makşakov başçılıq edib. Oleq Tayakin (“Tarasov”) qrupda ikinci adam olub, bir növ Makşakovun müavini funksiyasını yerinə yetirib.

Stanislav Makşakov əməliyyat ərəfəsində Federal Təhlükəsizlik Xidməti rəhbərliyindən ən çox general-leytenant Vladimir Boqdanovla əlaqə saxlayıb. Boqdanov Federal Təhlükəsizlik Xidmətində xüsusi texniki vasitələrlə bağlı mərkəzə rəhbərlik edir. Araşdırmada Boqdanovun göstərişləri Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovdan aldığı iddia edilib.

Mənbələr: Bellingcat.com, Bloomberg.com, Thedailybeast.com

Dövlətə yeni cərimələr

  • 10 İyun 2021

Ermənistan parlamentinə seçkilərin tarixi

  • 10 İyun 2021

Son materiallar

comments
ManşetXəbər

Azərbaycan-Ermənistan sərhədi üzrə komissiya yaradıldı

comments
Dünyanın səsiXəbər

Qaçqın-köçkün hesabatı

comments
Dünyanın səsiManşetTribunaYazarlar

İranda növbəti böhran baş qaldırır – “Vaşinqton Post”

comments
ManşetXəbər

3 turnir, 233 komanda

Rəylər

Do not miss

comments
ManşetXəbər

Azərbaycan-Ermənistan sərhədi üzrə komissiya yaradıldı

Son materiallar

comments
ManşetXəbər

Azərbaycan-Ermənistan sərhədi üzrə komissiya yaradıldı

comments
Dünyanın səsiXəbər

Qaçqın-köçkün hesabatı

comments
Dünyanın səsiManşetTribunaYazarlar

İranda növbəti böhran baş qaldırır – “Vaşinqton Post”

comments
ManşetXəbər

3 turnir, 233 komanda

comments
Dünyanın səsiManşetXəbər

Zelenskinin intihar xəbərini kim yayıb? – CNN

comments
ManşetXəbər

Məhsullar üzrə idxal göstəriciləri

comments
ManşetŞərh

Təklif və suallar

comments
ManşetTribunaYazarlar

İsveçin Rusiya qorxusu

comments
ManşetXəbər

Azərbaycanın ixrac malları

comments
ManşetXəbər

Üçtərəfli görüş

comments
AktualDünyanın səsiManşetXəbər

Rusiya 40 yaşdan yuxarı şəxsləri orduya dəvət edir

comments
AktualManşetXəbər

Şikayət, bəraət və azadlıq istəyi

comments
Dünyanın səsiManşetXəbər

Lukaşenko müxalifləri edam etməyə hazırlaşır?

comments
ManşetXəbər

Qadir İbrahimli

comments
ManşetTribunaYazarlar

Gənclərə

comments
ManşetXəbər

İsa Qəmbər məhkəməyə üz tutur

comments
AktualManşetXəbər

Saraydakı baş məmurlar

comments
AktualManşetXəbər

Azərbaycan hansı ölkələrə neft satır?

comments
AktualManşetXəbər

Azərbaycanın Avropa İttifaqına ixracı

comments
ManşetXəbər

Yenə Brüssel

comments
AktualManşetXəbər

Yaxın ölkələrlə alış-veriş

comments
AktualManşetXəbər

İçiləsi deyilmiş (Su replikasının əks-sədası)

comments
Dünyanın səsiManşetŞərh

Rusiya iqtisadiyyatı gözləndiyindən çox zəifləyib – “Bloomberg”

comments
AktualDünyanın səsiManşetXəbər

Birinci xanım tarixi

comments
Dünyanın səsiManşetXəbər

Keçmiş baş nazirin qatillərindən biri azadlığa buraxılıb

comments
AktualManşetXəbər

Neftsiz ixracın ünvanları

comments
AktualDünyanın səsiManşetŞərh

“Vaşinqton Post”: Rusiya uduzur

comments
AktualManşetŞərh

AZAL-dan zərər

comments
AktualManşetXəbər

Dörd ayın ticarəti

comments
ManşetXəbər

Alman möhürü

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda