• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ağıllı Ağdamın kölgəsi

  • 02 İyun 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetTribunaYazarlar

Vahid Qazi

İki fərqli duyğu yaşayır adam. Biri şirin eyforiyadır, o biri acı nigarançılıq.

Xoş emosiyalar yaşamaqdan zövq almaqla yanaşı soyuq başla düşünməli də olursan. O ikinci duyğu bundan sonra yaranır.

Ağdamın baş planının təqdimatına, özül qoyma mərasiminə mən də baxdım. Neçə gündür TV-lərdə, sosial şəbəkələrdə müzakirələrin birini də qaçırmamağa çalışıram.

Tikinti-quruculuq işlərinə başlayıblar. Traktorlar, buldozerlər, kranlar. Yeni şəhər əvvəlki Ağdamı və ətraf 8 kəndi əhatə edən böyük, modern insan məskəni olacaq. Nəinki Azərbaycanın, belə başa düşdüm, dünyanın ən müasir 100 minlik şəhərinin himi qoyuldu. Uşaqlarımız, nəvə-nəticələrimiz gölündə, kanalında qayıqlar üzən, küçələrində tramvaylar şütüyən Ağdamda yaşayacaqlar.

Dünyada bundan gözəl xəbərmi var? Az qala 30 ildir gözləmirdikmi belə xəbəri? Bəs məndəki bu nigarançılıq nədəndir?

Ağdam məscidindən 400-500 metr aralıda 8 sotluq həyətimiz və o həyətdə ikimərtəbəli evimiz vardı. Bilirəm, dövlət vətəndaşın əmlak hüququna təminatçıdır, Azərbaycan vətəndaşının əmlak hüququ konstitusiya ilə tanınır.

Görünən odur ki, qeyri-rəsmi milliləşdirmə aparıblar. O gözəl şəhəri mənim əmlak hüququmu pozaraq tikəcəklər. Əsl sovet dönəmində olan kimi. İkinci Dünya müharibəsindən sonra şəhərlərin, kəndlərin bərpasına iki fərqli yanaşma olub. Avropanın qərbində bərpa vaxtı insanların əmlak hüququna maksimum əməl edilməsinə çalışıblar, kommunist rejiminin hakim olduğu ölkələrdə belə hüquq tanınmayıb.

Deyəsən, bizimkilər də kommunistlər kimi edirlər. Neçə adama üz tutmuşam: “Sizin torpağınızı sizdən soruşubmu şumlayır, əkirlər?” “Hə” deyən yoxdur.

Bütöv bir şəhərini itirmiş, az qala o şəhərdən əlini üzmüş bir adam füsunkar gözəlliyi olacağı deyilən şəhərin tikildiyi bir vaxtda 8 sotluq torpaq davası etməz deyərsiniz. Əslində etməliyəm. Haqqımdır! 18 sot vəd edilən torpağa da sən deyən inamım yoxdur. Amma əsas bu deyil, əsas odur ki, uzun illərdir adını “Qafqaz Xirosiması”, “Ruhlar şəhəri” kimi epitetlərlə andığım şəhər indi azaddır və yenidən tikilir.

Sözüm bir cür çıxmasın, elə anlaşılmasın ki, dövlətin elan etdiyi böyük quruculuq işinə sevinmirəm. Göydə Allah, yerdə məni tanıyan, bir də Qarabağ yazılarımı oxumuş oxucular bilir sevincimin miqyasını.

Bilirəm, heç kim neqativ yüklü mətn oxumaq istəmir, nə qədər həqiqət olsa da. Mən də ümumxalq sevincindəyəm. Amma beynimi qurd kimi gəmirən narahatlığı deməsəm olmur.

Ağdamı rusa arxalanıb erməni işğal etmişdi. 28 il qabaq bu şəhəri işğal edən rus arxalı erməni hələ də beş addımlıqdakı Xankəndidədirsə, bizimlə düşmənçiliyi davam etdirirsə, 6 aydır rəsmi səviyyədə Əsgəranın, Xankəndinin adını dilimizə almırıqsa, sabah Rusiya Ermənistanda hökumətə öz adamını gətirsə, onu hakimiyyətdə bərkitmək üçün silahı bizə çevirsə necə? Rusun ermənini Ağdamın üstünə bir də salmayacağına kim qarant durur? 100 ildir bu iki xalqı bir-birini qırdıran Rusiya deyilmi?

Dünyada bir bəyanatla bitmiş müharibə tanıyan varmı? Müharibənin bitməsinə neçə nəfər inanır? Pozitiv düşüncəli adamam. Amma rahatsızlığım var. Bunu oxucu dostlarla da bölüşməyib kimlə bölüşüm?

Sovet vaxtı dağılmış şəhərlərin bərpasına Stalinqrad döyüşündən sonra yox, Berlin fəth olunub, faşistlər kapitulyasiya aktına imza atandan sonra başlandı. Ermənistanla sülh müqaviləsi bağlanıbmı?

Müharibə bitməmiş düşmənin beş addımlığında modern şəhər salmaq vədi Xruşşovun “yaxın gələcəkdə adamların kommunizmdə yaşayacağı” vədinə bənzəmirmi? Necə oldu o kommunizm?

Yuxarıda ikili duyğudan danışdım. Xoş emosiyalar dolu eyforiyadan sonrakı nigarançılıq hissidir bu. Odur ki, qınamayın məni, icazənizlə ürək dolusu bayram şadyanalığımı Xankəndinin azad olunacağı günə saxlayım.

Amma yeni şəhərimizə mən də sevinirəm. Özü də hamıdan çox…

Müəllifin başqa yazıları:

“İslamda tolerantlıq varmı?” sualı İsveçdə

Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitabı

Şərm-həyanın qiyməti

Yolda o(qa)lan yolçuluqlar

Zəmanələr və talelər toplusu

“İztirab — vətəndə qərib olmaqdır”

Darıxan səbir (Hikmət Sabiroğlunun 50 yaşına neçə günsə qalmış)

Salam, Gülsarı!

Dilimizi uçurumdan qoruyan (Tehran Vəliyevin xatirəsinə)

İntim dildə yaza bilmək

Vyanada Şuşa günləri (Fotolu, xatirəli reportaj)

Türkiyə islam inqilabı?

Varşava – azadlıq və sevgi şəhəri

Çəmənzəminlinin ”Studentlər”i haqda

Ağalar Məmmədovun məktubları

Günəş kitablar (İsveç kitabxanasından payız qeydləri)

Etiraz hüququ

Qış günəşi parlaqdır, amma isitmir

Qarabağ – xarici işimiz

“Le Concert”, yaxud azadlıq duyğusunun səsli izahı

Tanrılarla baş-başa

Əmanət amanatı (Cümhuriyyətin 99 yaşına)

Bütün zamanların lideri (Cümhuriyyətin 99 yaşına)

Anamın məktubları

Rusiya sindromu və Yalama döyüşü

Qarabağın açarı

Balacaboy hündür adam

Vətəni pulla almaq

Ozon adam (Elçin Şıxlının 60 yaşına)

Qarabağ adam (İlham İsmayılın 60 yaşına)

Rəsulzadənin çimərlik fotosu

Əndəlüs lövhələri: İspaniyadan sürreal-real reportaj

Etiraz – ləyaqətin bir başqa adı

Yusif üzlü kitablar

Varis Diriye, Opra Uinfri və bizim Bircə

Azadlıq qiymətinə foto

Maldiv – Yer üzünün cənnəti

Təcrübəli təcrübəsizlər

Kontrabas adamlar

Berqman, Tarkovski və Qotland adası

Bir cənub şəhərinin yubilyarına

Çernobıl, xilaskar ata və mən

Hökmdarın hüzurunda olmaq

Tənhalıq dövrünün adamları

Milli kimlik harayı

Hədəfə çatmağın köçəri quş yolu

Bethovenin 250 illiyinə dəvət

Sevgilərimin zirvəsi

Köç

Aqil Abbas haqqı

İsveçdə niyə küçəyə çıxmaq qadağası qoyulmur?

Müsahiblərim, yaxud sözlə portret çəkmək sənəti

Rusiya sindromu

Şuşalı foto

Tüstüdən dumana

Şuşa inauqurasiyası, mən, qarğalar…

Qarabağdan danışmaq yasaqlanır?..

Narıncı yarış maşını

17 yaşlı Anarın 40 yaşına

Bədlikdən çıxış

Ağdam qatarı Bakıdan gedir

Tale oxşarlığı

Ağ Rusiyanın qara taleyi

Yaltaqlıq istedadı

Təməldən bir də qurulmaq

Qarışqa yükü boyda

Ofşorda qalan Qarabağ

Rusun iti, Putinin bülbülü və sair

Qəmli gözlərin süitasi (Hikmət Hacızadəyə)

Qarakəndli Anuşun təbəssümü

Иван, уходи из Карабаха!

Atamın şilləsi, sevgisi və 20 yanvar

Müharibədən sonra…

Güvən mənə, inanım sənə

“Erməni soyqırımı” – 103 yaşlı siyasi oyun aləti

Azadlıq, ya xoşbəxtlik?

Uşağa nə düşür?

  • 02 İyun 2021
  • comments

Avropa futbol çempionatının iştirakçıları

  • 02 İyun 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0
comments
TribunaYazarlar

Dustaqlara nə deyərdim?

GLOBALS:0

Tags

  • Bölgə
  • Cəmiyyət
  • Hüquq
  • Siyasət
  • Sosial
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

Son materiallar

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda