• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azadlıq, ya xoşbəxtlik?

  • 21 May 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetTribunaYazarlar

Vahid Qazi

Yalnız birini seçmək imkanı verilsə, nəyi seçərdiniz: azadlığı, ya xoşbəxtliyi?

Bilirəm, neçə min ildir fikir adamları hansının daha əsas olması barədə baş sındırır, hələ bir tərəfə çıxa bilməyiblər.

Ağlı kəsəndən insan azadlığa can atır. Bəşər tarixi elə azadlıq uğrunda mübarizə tarixidir.

Bəs hər azadlıq xoşbəxtlik gətirirmi?

…“Konserv xoşbəxtliyi” – haradasa oxumuşdum bu haqda. Havasız, qapalı yerdə uzun müddət salamat qalan konserv məhsulu ağzı açılan kimi “azadlığa” dözmür, xarab olur.

…Əsrlər boyu təhkimçi (qul) ömrü sürən rus xalqı 1861-ci ildə ona verilən azadlıqla nə edəcəyini bilmir, azadlıq “əzabına” 50 ildən bir az çox tab gətirir və tarixin ən qanlı inqilabını eləyib yenidən öz qəfəsinə, bu dəfə adı SSRİ olan həbsxanaya dönür.

…“Şauşendən qaçış” filmində 50 illik həbs həyatından sonra azadlığın yükünü çəkə bilməyən Bruks şəhər otelində özünü asır.

…30 il keçib azadlığa qovuşmağımızdan, müstəqil dövlət qurmağımızdan. Yaşı 50+ olanlardan ömrün xoşbəxt çağını soruşsan, sovet dönəmini xatırlayacaq. Və mən daha onları qınamıram! “Azadlıq”ın vəd etdiyi “xoşbəxt”liyi görmədikləri üçün.

***

Uzun illərdir Skandinaviya ölkələri insan rifahını ölçən beynəlxalq təşkilatların azadlıq və xoşbəxtlik indekslərində ilk yerləri tuturlar. Bilmirəm yaşadığım İsveç qarışıq bu ölkələrin azad və xoşbəxt olmalarında Yante qanunu nə boyda rol oynayıb. Onu bilirəm ki, bütün dünyanın diqqətini çəkən bərabər imkanlar toplumunu – əsl eqalitarizmi (bərabərlik) onlar qurublar.

Yante qanunu (“Jantelagen”) skandinaviyalıların mentalitetini müəyyən edən 10 ehkamdan ibarət əxlaq kodeksidir. Skandinaviya yazıçısı (yarı norveçli, yarı danimarkalı) Aksel Sandemus 1933-cü ildə nəşr etdiyi “Qaçaq öz ləpirindən keçir” romanında şərti adı Yante olan şəhərdə mövcud mənəvi dəyərləri bu adda ümumiləşdirib.

Yerli mentalitet insanları müstəsna olmağa, özlərini seçilmiş hiss etməyə imkan vermir. Cəmiyyət öz üzvünün özəl hüquqlarını tanımır. “Düşünmə ki, böyük adamsan”, “Düşünmə ki, bizdən vacib adamsan”, “Düşünmə ki, bizdən ağıllısan” və s. Sandemusun formalaşdırdığı “qorxu, əsarət, həsəd, soyuqluq” basqısı ilə yaşayan mifik şəhər əhalisinin əxlaq qaydalarını sonralar Yante qanunu adı ilə skandinaviyalıların mentaliteti kimi təqdim etməyə başladılar.

Sandemus Yante qanununu heç də yoxdan kəşf etməyib. Bu, şimali avropalıların düşüncə, davranış, təfəkküründə çoxdan vardı. Lap qədimdən. Məsələn, XV əsr İsveç ədəbiyyatının incisi “Erikin xronikası”nda paxıllıq və xəsislik isveçli xarakterində qabarıq cizgi kimi göstərilib. XVI əsr salnaməçisi İohann Maqnus isə “inadkar qarşılıqlı paxıllığı” İsveçin faciəsi hesab edirdi. Qustav Sundbərq 1911-ci ildə dərc etdiyi “İsveç xarakteri” essesində yazır ki, isveçli İsveç dövlətinin güclü, varlı olmasını istəyər, amma bir isveçlinin, xüsusən də ona yaxın olanlar arasından birinin varlanmasını yox.

Düzdür, indi o ölkələrin əhalisi bu qanunu köhnəlmiş sayır. Amma burada bir neçə il yaşayan əcnəbilər qanunun hələ də keçərli olduğunu deyirlər. Mənim uzun müşahidələrdən sonra gəldiyim qənaət isə odur ki, 19-cu əsrdə bu ölkələrdə demokratikləşmə prosesi başlayandan sosial həyatda “qızıl orta” tapmaq istəyi dövlət ideologiyası səviyyəsinədək yüksəlib və sosial demokratların uzun onilliklər boyu yürütdüyü hakim siyasət hesabına şüurlara və davranışlara oturub.

Sosial həyatda “qızıl orta” – budur Skandinaviya insanının toplumda özünü rahat hiss etdiyi mövqe! Nə qədər varlı, ağıllı, bacarıqlı olursan ol, bu sənə özünü ətrafdakılardan üstün saymağa əsas ola bilməz. Cəmiyyət içində özünü narahat hiss edəcəksən və tezliklə çıxdaş olacaqsan.

19-cu əsrin əvvəlindən 1920-ci illərədək 1,5 milyon isveçli xoşbəxtlik arxasınca Amerikaya köç edib. Bu köç küçələrdə tüğyan edən inqilab havasını azadlıqlara qapı açan parlamentə daşımağı bacaran sosialistlərin, liberalların sayəsində dayandı. Ölkənin demokratikləşməsi, azadlıqların sərhədinin genişlənməsi insanlarda ümid oyatdı. Çox çəkmədi, cəmi bir neçə nəsil sonra azadlıqda yaşamaq vərdişinə yiyələnən insanlar bütün dünya üçün xoşbəxtlik nümunəsini – rifah cəmiyyəti modelini yaratdılar. Bir vaxt əhalinin tərk etdiyi ölkə dünyanın dörd bir tərəfindən adamların can atdığı dövlətə çevrildi.

***

Azadlıqda xoşbəxt olmayanlar kimi, nə qədər qəribə səslənsə də, əsarətdə özünü xoşbəxt hiss edənlər də var. Qapalı sistem xoşbəxtliyi də demək olar buna. Onların xoşbəxtliyi əsl azadlıqdan xəbərsiz olmalarındadır!

Azadlıq isə anında xoşbəxtlik gətirmir! Xoşbəxt həyatı hürriyyətçilik yox, hürr yaşamaq vərdişi olan toplum qurur, azadlıqla nə edəcəyini bilən kəslər.

Helsinqborq, İsveç

Müəllifin başqa yazıları:

“İslamda tolerantlıq varmı?” sualı İsveçdə

Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitabı

Şərm-həyanın qiyməti

Yolda o(qa)lan yolçuluqlar

Zəmanələr və talelər toplusu

“İztirab — vətəndə qərib olmaqdır”

Darıxan səbir (Hikmət Sabiroğlunun 50 yaşına neçə günsə qalmış)

Salam, Gülsarı!

Dilimizi uçurumdan qoruyan (Tehran Vəliyevin xatirəsinə)

İntim dildə yaza bilmək

Vyanada Şuşa günləri (Fotolu, xatirəli reportaj)

Türkiyə islam inqilabı?

Varşava – azadlıq və sevgi şəhəri

Çəmənzəminlinin ”Studentlər”i haqda

Ağalar Məmmədovun məktubları

Günəş kitablar (İsveç kitabxanasından payız qeydləri)

Etiraz hüququ

Qış günəşi parlaqdır, amma isitmir

Qarabağ – xarici işimiz

“Le Concert”, yaxud azadlıq duyğusunun səsli izahı

Tanrılarla baş-başa

Əmanət amanatı (Cümhuriyyətin 99 yaşına)

Bütün zamanların lideri (Cümhuriyyətin 99 yaşına)

Anamın məktubları

Rusiya sindromu və Yalama döyüşü

Qarabağın açarı

Balacaboy hündür adam

Vətəni pulla almaq

Ozon adam (Elçin Şıxlının 60 yaşına)

Qarabağ adam (İlham İsmayılın 60 yaşına)

Rəsulzadənin çimərlik fotosu

Əndəlüs lövhələri: İspaniyadan sürreal-real reportaj

Etiraz – ləyaqətin bir başqa adı

Yusif üzlü kitablar

Varis Diriye, Opra Uinfri və bizim Bircə

Azadlıq qiymətinə foto

Maldiv – Yer üzünün cənnəti

Təcrübəli təcrübəsizlər

Kontrabas adamlar

Berqman, Tarkovski və Qotland adası

Bir cənub şəhərinin yubilyarına

Çernobıl, xilaskar ata və mən

Hökmdarın hüzurunda olmaq

Tənhalıq dövrünün adamları

Milli kimlik harayı

Hədəfə çatmağın köçəri quş yolu

Bethovenin 250 illiyinə dəvət

Sevgilərimin zirvəsi

Köç

Aqil Abbas haqqı

İsveçdə niyə küçəyə çıxmaq qadağası qoyulmur?

Müsahiblərim, yaxud sözlə portret çəkmək sənəti

Rusiya sindromu

Şuşalı foto

Tüstüdən dumana

Şuşa inauqurasiyası, mən, qarğalar…

Qarabağdan danışmaq yasaqlanır?..

Narıncı yarış maşını

17 yaşlı Anarın 40 yaşına

Bədlikdən çıxış

Ağdam qatarı Bakıdan gedir

Tale oxşarlığı

Ağ Rusiyanın qara taleyi

Yaltaqlıq istedadı

Təməldən bir də qurulmaq

Qarışqa yükü boyda

Ofşorda qalan Qarabağ

Rusun iti, Putinin bülbülü və sair

Qəmli gözlərin süitasi (Hikmət Hacızadəyə)

Qarakəndli Anuşun təbəssümü

Иван, уходи из Карабаха!

Atamın şilləsi, sevgisi və 20 yanvar

Müharibədən sonra…

Güvən mənə, inanım sənə

“Erməni soyqırımı” – 103 yaşlı siyasi oyun aləti

Avtoritarizmin təhlükəsi

  • 21 May 2021
  • comments

“Facebook” 18 milyon postu niyə silib?

  • 21 May 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda