• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni kitablar

  • 15 Yanvar 2021
  • Posted in Xəbər
0
SHARES
FacebookTwitterPinterest

“Qanun” Nəşrlər Evinin çap etdiyi yeni kitablar haqda qısa məlumatları təqdim edirik.

Natiq Səfərov, Altay Məmmədov, “Xəzinə”

“Xəzinə” – Azərbaycanda analoqu olmayan bir kitabdır. Oxuyan da peşman olacaq, oxumayan da. Niyəsini oxuyanda biləcəksiniz. Dünyanın ən məşhur simaları – filosoflar, sərkərdələr, diktatorlar, elm-incəsənət xadimləri, biznesmenlər, siyasətçilər və Molla Nəsrəddin sizinlədir. Uğur qazanmağın yolları, idarəetmənin sirləri, bir sözlə, əsl xəzinə buradadır. Bir kitabı oxumaqla minlərlə kitabı oxumuş, bir “Xəzinə” ilə minlərlə xəzinəni tapmış olacaqsınız.

Kitab dövlət və siyasət adamları, rəhbər işçilər, hüquqşünaslar, biznesmenlər, əsl natiq olmaq istəyənlər üçün xüsusilə faydalıdır.

Kitabın satış qiyməti 12.99 manatdır.

Joze Saramaqo, “Görmə”

“Görmə” Joze Saramaqo yaradıcılığında xüsusi yer tutur. Bu romanda oxucular “Korluq”un artıq görməyə başlayan qəhrəmanları ilə qarşılaşacaqlar.

Özünəxas üslubla Saramaqo dünyanın modelini qurur. “Görmə”nin yazıldığı vaxtdan indiyə kimi dünyada elə bir siyasi hadisə olmayıb ki, bu romanda qismən və ya tamamilə təsvir olunmasın. Yazıçı oxucuları düşünməyə məcbur eləmir, hadisələri və insanları lağa qoymur, lakin kinayəsini də gizlətmir.

Əsəri Aslan Quliyev tərcümə edib.

Kitabın satış qiyməti 12.99 manatdır.

Fərman Kərimzadə, “Çaldıran döyüşü”

“Çaldıran döyüşü” görkəmli dövlət xadimi, sərkərdə və şair, ulu tariximizdə xüsusi yeri olan Şah İsmayıl Xətainin həyatından, çoxcəhətli ictimai fəaliyyətindən bəhs edən “Xudafərin körpüsü” dilogiyasının ikinci kitabıdır.

Siyasət meydanına yenicə qədəm qoyan Şah İsmayılın vahid və qüdrətli Azərbaycan uğrunda apardığı gərgin mübarizələr, ağıllı dövlət xadiminin mədəniyyət və sənətin yüksəlməsinə göstərdiyi qayğı, xalqımızın orta əsr məişət tərzi romanın əsas mövzusudur.

Kitabın satış qiyməti 9.99 manatdır.

Alpay Azər, “Həyat epikrizi”

Sosial mövzulu əsərin əsas obrazı Murad iki yerdə işləyir, qazancı komforta yaxın həyat sürməyə imkan verir, amma eyni zamanda özündən qat-qat varlı dostundan pul umur və buna görə əzab çəkir.

Sonra Murad elə bir ağır vəziyyətə düşür ki, əlindəki pul onun dadına çatmır, dostuna ağız açası olur. Səfil həyat sürən Qarabağ qazisi ilə tanış olan Murad ona maddi, pul yardımı etsə də, bir müddət sonra yaxşılıq etməkdən bezir.

İnsanın borc alıb qaytara bilməməsindən, eyni zamanda yaxşılıq etməkdən bezməsindən, bir sözlə, insanın maddi nəsnələrdən asılılığından bəhs edən “Həyat epikrizi” müəllifin ilk romanıdır.

Kitabın satış qiyməti 6.99 manatdır.

Reyçel Rene Rassel, “Nikkinin gündəliyi”

Rassell ABŞ-ın Miçiqan ştatının Sent-Josef şəhərində böyüyüb, iki bacısı və əkiz qardaşı var. Onun gündəlik formatda yazılmış Dork Diaries-i əsas qəhrəman Nikki Maksvellin gündəlik həyatından bəhs edir. Seriya Rassellin orta məktəb təcrübələrinə əsaslanır. Qızı Nikki serialın illüstratorudur. Baş qəhrəman Nikki Maksvell qızının adını daşıyır. 2020-ci ilin avqust ayından etibarən dünya miqyasında 42 dildə 55 milyon nüsxə Dork Diaries çap olunur.

Kitabın satış qiyməti 8.99 manatdır.

Batan banklara görə ödəniş

  • 15 Yanvar 2021

Minatəmizləmə Agentliyi yaradılır

  • 15 Yanvar 2021

Son materiallar

comments
ManşetXəbər

Vəkilliyə xitam

comments
ManşetXəbər

Prezident: “Məcbur edəcəyik onları”

comments
Dünyanın səsiXəbər

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

comments
Xəbər

24476 nəfər, 627,4 milyon manat

Rəylər

Do not miss

comments
ManşetXəbər

Vəkilliyə xitam

Son materiallar

comments
ManşetXəbər

Vəkilliyə xitam

comments
ManşetXəbər

Prezident: “Məcbur edəcəyik onları”

comments
Dünyanın səsiXəbər

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

comments
Xəbər

24476 nəfər, 627,4 milyon manat

comments
Dünyanın səsiXəbər

Ermənistan “Avroviziya 2021”dən imtina etdi

comments
Dünyanın səsiXəbər

Mübariz Mənsimov həbsdən çıxdı

comments
Xəbər

Rəsmi partiyaların sayı 56-ya düşür

comments
ManşetXəbər

Hakim partiya necə yenilənir?

comments
ManşetXəbər

YAP-ın qurultayı gedir

comments
Dünyanın səsiManşetXəbər

Müsavat parlamentə müraciət etdi

comments
ManşetXəbər

İmtahan qaydalarında yenilik

comments
ManşetXəbər

1,7-li 3 il

comments
Dünyanın səsiManşetXəbər

“Ermənistan özünü normal apararsa…”

comments
Dünyanın səsiManşetXəbər

Baş nazirin Rusiya ilə gizli sövdələşməsi üzə çıxıb

comments
Dünyanın səsiManşetXəbər

İqtisadi azadlıq: Azərbaycan əsasən azad ölkədir

comments
Dünyanın səsiManşetXəbər

Manukyana cinayət işi

comments
Xəbər

Paytaxtın sosial-iqtisadi göstəriciləri

comments
ManşetXəbər

Müsavatın təklifləri

comments
Xəbər

YAP yeddinci qurultaya toplaşır

comments
Xəbər

Pensiyaların orta aylıq məbləği açıqlanıb

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda