• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Heç bir biznesim yoxdur və olmayıb”

  • 14 Yanvar 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Yanvarın 14-də AXCP sədri Əli Kərimli açıqlama yayıb. Novator.az-ın məlumatına görə, siyasətçi bildirir ki, hakimiyyət ona cinayət işi düzüb-qoşur: “Son illərdə məni həbs etməyə çox cəhd olub. Hər dəfə də absurd ittihamlarla. Çox sadə səbəbdən. Mən cinayət törətmirəm.

Bu dəfə də absurd bir iddia ilə araşdırma aparırlar. Nə qədər məntiqsiz görünsə də, bu dəfə məni külli miqdarda vergidən yayınma ilə ittiham etmək istəyirlər. Guya mənim banklarım, holdinqlərim, zavodlarım var, ofşorlara milyardları mən daşımışam, vergisini də verməmişəm. İddialar bu qədər absurddur.

Mediaya sızmış məlumatdan məlum olur ki, bəhanə kimi dostum Saleh Rüstəmlinin bir neçə dəfə mənə göndərdiyi 500-600 dollarlıq vəsaitdən söhbət gedir.

Saleh bəyin məhkəməsi 2 il bundan əvvəl açıq keçirilib. Prosesin bütün iştirakçıları bildiriblər ki, həmin yardımlar məhbus ailələrinə çatdırılıb. Mən həmin yardımların hesabını aparmamışam, ancaq Saleh bəy məhkəmədə bildirdi ki, göndərdiyi yardımların cəmi miqdarı 10-11 min dollar olardı. Həmin rəqəmi saxtalaşdıraraq böyüdüblər. İstintaq rəqəmi böyütmək üçün hətta Saleh bəyin qardaşı oğlunun yeni tikilmiş binadan özü üçün mənzil almağa göndərdiyi pulu da mənə göndərilmiş pul kimi göstərmişdi.

Demək əslində artıqdır, ancaq xalq qarşısında məsuliyyətim olduğu üçün bir daha bildirirəm: heç bir biznesim yoxdur və olmayıb, heç bir vergidən yayınmaqdan söhbət gedə bilməz. Bu absurd ittihamların ortaya çıxmasının gerçək səbəbi mənim əqidədaşlarımla birlikdə apardığım prinsipial müxalifətçilik siyasətidir”.

AXCP-yə rəsmi ittihamlar

Cəbhəçilərin həbs müddəti uzadılıb

Cəbhəçilərin istintaqı başa çatıb

Cəbhəçilərin məhkəməsi təyin olunub

Cəbhəçilərin məhkəməsi başladı

Cəbhəçilər özlərini təqsirli bilmədiklərini deyiblər

Cəbhəçi işgəncələrə məruz qaldığını deyir

Sabiq icra başçısı da işgəncələrdən danışıb

Cəbhəçilərin məhkəməsi: şahidlər dindirilib

Binanın içində məhkəmə, çölündə tutqu davam edir

Hakimlər Əli Kərimlinin dindirilməsinə razılaşmadı

Cəbhəçilərə cəzalar təklif olunub

Cəbhəçilərə hökm oxundu

AXCP işində müsadirə hökmü

Cəbhəçilərin işi: vəsatətlər təmin olunmayıb

Cəza hökmü qüvvəyə mindi

Ali Məhkəmə AXCP işi üzrə qərar çıxardı

Bir icra başçısı…

Azadlıq istəyi

Əli Kərimli 1965-ci ildə Saatlı rayonunun Azadkənd kəndində doğulub.

1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Milli azadlıq hərəkatının öncül şəxslərindəndir.

1991-ci ildən “Azadlıq” qəzetinin parlament müxbiri və şərhçisi olub. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-1993-cü illər) əvvəl Prezident Aparatının şöbə müdiri, sonra dövlət katibi vəzifələrində çalışıb.

1993-cü ildən AXC sədrinin müavini, daha sonra birinci müavini olub.

1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib.

AXCP-yə 2000-ci ildən rəhbərlik edir, sədr postuna 2001-ci ildə seçilib.

2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvüdür.

1994-cü ildə bir müddət həbsdə yatıb.

Əli Kərimli ailəlidir, üç övladı var.

İqtisadçı bahalı layihəyə qarşı

  • 14 Yanvar 2021
  • comments

Əriyib yoxa çıxmaq

  • 14 Yanvar 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda