• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rusun iti, Putinin bülbülü və sair

  • 11 Noyabr 2020
  • comments
  • Novator.az
  • Posted in AktualManşetTribunaYazarlar

Vahid Qazi

Putinin bülbülü – Rusiya dövlətinin insan simasında təcəssümü Vladimir Solovyov dünənki verilişində bir söz işlətdi. Ondan aşağıda danışacam, hələliksə başqa demək istədiklərim var.

Ordumuz hərb tariximizin qızıl səhifəsini yazdı. Məşhur “Mannerheym xətti”nə tay tutulan “Ohanyan xətti”ni bir neçə günə yarıb keçdi. Əsgərlərimiz ləyaqət simvolumuza çevrilmiş Şuşanı qayalarına qanlarını axıdaraq geri aldı. Şəhidlərimiz bu 30 ildə əzilib öləzimiş ruhumuzu canları bahasına özümüzə qaytardılar. Ruhları qarşısında baş əyirəm!

Xalqımız görünməyən birlik, inam, əzm, iradə nümayiş etdirdi – xalq-dövlət-ordu tandemi yarandı. Qələbəmizin baş səbəbi bu tandem oldu.

İmzalanan bəyanatda göstərilən tarix bitsin; Kəlbəcər, Ağdam, Laçın boşaldılsın, ordumuz o torpaqlarda yerini tutsun, biz də papağımızı qarşımıza qoyub soyuq başla olanları təhlil edək, gələcək planlarımızı quraq.

Bu müharibə bizə çox həqiqəti çılpaqlığı ilə göstərdi. Dostumuzu, düşmənimizi saf-çürük eləməyə, güclü və zəif yerlərimizi görməyə, gələcəyin inkişaf vektorunu müəyyən etməyə imkan yaratdı.

Öncə Rusiya qoşunlarının Qarabağa yeridilməsinə hüquqi qiymət verilməlidir. Adının nə olmasından asılı olmayaraq xarici ölkə qoşununun konstitusiyamızı kobud şəkildə pozub, Milli Məclisin qərarı, xalqın xəbəri olmadan ərazilərimizə girməsinin bir adı var – İŞĞAL.

Rusiya Azərbaycan torpağını işğal etmək hesabına növbəti dəfə erməniləri xilas etdi! İti qovurduq, yiyəsi gəldi!

Ordumuz Xankəndinin 1 kilometrliyindəykən marıqda hazır durubmuş kimi tələm-tələsik rusların gəlişinin işğaldan başqa adı varmı? Rus ordusu imkan verəcəkmi biz Qarabağda düzən quraq?

İşğal gecəsi helikopterin vurulması, Bakı yaxınlığında insanları panikaya salan partlayış nəyə siqnal idi? Dövlətimizi nələrlə təhdid ediblər? Bəlkə Bərdədə, Gəncədə gördüyümüz dəhşətli mənzərəni bütün ölkə boyu təkrarlamaqla qorxudublar? Bilmirik! Fikrimcə, ölkə prezidenti döyüşlərin getdiyi bu günlər ərzində xalqla səmimi, açıq söhbətini bu kontekstdə də davam etdirməlidir.

Mərhum Elçibəy dirənib rus qoşunlarını ölkədən çıxarmağının bədəlini hakimiyyətini itirməklə ödədi. Belə çıxır ki, indi rus qoşunlarını biz özümüz dəvət etmişik, hələ bir təşəkkür edərək, bayram atəşfəşanlığı keçirərək.

Ölkə prezidenti adını Azərbaycan tarixinə xilaskar komandan kimi yazdığı bir vaxt gördüyü işlərə iynə ucu boyda kölgə düşməsinə imkan verməməlidir. Xalqa demək mümkün olacaq qədər açıq deməlidir – nə baş verdi ki, Xankəndinin girişində dayandıq? Sanki sovet ordusu Berlin darvazası ağzındaykən durdurulur, araya barışdırıcı qüvvə girir.

Fakt qarşısında qalmışıqsa, reallıqla barışmağa məcburuqsa, onda şərtlərimizi, türklər demiş, ortaya NET qoymalıyıq. Və hansı halda Rusiya qoşunlarının Azərbaycan torpaqlarında mövcudluğuna son qoyulmasını açıq elan etməliyik. Məsələn, rus qoşunları Qarabağda Azərbaycan hakimiyyətinin yerli idarəetmə orqanlarının işinə qarışacağı halda; sovet dönəmindəki kimi birtərəfli mövqe tutaraq azərbaycanlıların öz yerlərinə qayıtmasına mane olacağı halda və sairə.

Və ən ƏSASI… Putinin bülbülü Vladimir Solovyovun dilə gətirdiyi sözə gəlirəm. ”Qarabağ ermənilərinə Rusiya pasportu verilməsi” halında rus qoşunu ölkədən dərhal çıxarılır. Abxaziyada, Osetiyada, Dnestryanıda, Krımda, Donbasda pasport paylama əməliyyatının bizdə də təkrarlanmasına qarşı bəri başdan Milli Məclis səviyyəsində qərar da qəbul oluna bilər.

Bir sözlə, etiraf etsək də, etməsək də, yeni dövrə – Rusiyanın işğalı dövrünə qədəm qoyulub. Dövlət kimi də, xalq kimi də mövqeyimizi sərgiləməliyik. Sözdə edə bilmiriksə, əməldə Rusiyaya tutduğu mövqeyə görə Azərbaycanı itirdiyini başa salmalıyıq.

Dövlət hesabına açılmış rus məktəblərini ya bağlamaq, ya da ingilisdilli məktəblərlə əvəzləmək, hər axşam bizə nifrət püskürən rus kanallarının yayımını dayandırmaq, Slavyan Universitetini Türk Dilləri Universitetinə çevirmək, nə bilim bu dar macalda ağlıma gələn bunlardır, bu və bu qəbildən işlər.

Xalq, dövlət, ordu tandemini qoruya bilsək, bu işğala da son qoyacağıq!

Hər şeyə rəğmən artıq üfüq görünür və bu bizə yetər!

Tanrı Azərbaycanı qorusun!

Müəllifin başqa yazıları:

“İslamda tolerantlıq varmı?” sualı İsveçdə

Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitabı

Şərm-həyanın qiyməti

Yolda o(qa)lan yolçuluqlar

Zəmanələr və talelər toplusu

“İztirab — vətəndə qərib olmaqdır”

Darıxan səbir (Hikmət Sabiroğlunun 50 yaşına neçə günsə qalmış)

Salam, Gülsarı!

Dilimizi uçurumdan qoruyan (Tehran Vəliyevin xatirəsinə)

İntim dildə yaza bilmək

Vyanada Şuşa günləri (Fotolu, xatirəli reportaj)

Türkiyə islam inqilabı?

Varşava – azadlıq və sevgi şəhəri

Çəmənzəminlinin ”Studentlər”i haqda

Ağalar Məmmədovun məktubları

Günəş kitablar (İsveç kitabxanasından payız qeydləri)

Etiraz hüququ

Qış günəşi parlaqdır, amma isitmir

Qarabağ – xarici işimiz

“Le Concert”, yaxud azadlıq duyğusunun səsli izahı

Tanrılarla baş-başa

Əmanət amanatı (Cümhuriyyətin 99 yaşına)

Bütün zamanların lideri (Cümhuriyyətin 99 yaşına)

Anamın məktubları

Rusiya sindromu və Yalama döyüşü

Qarabağın açarı

Balacaboy hündür adam

Vətəni pulla almaq

Ozon adam (Elçin Şıxlının 60 yaşına)

Qarabağ adam (İlham İsmayılın 60 yaşına)

Rəsulzadənin çimərlik fotosu

Əndəlüs lövhələri: İspaniyadan sürreal-real reportaj

Etiraz – ləyaqətin bir başqa adı

Yusif üzlü kitablar

Varis Diriye, Opra Uinfri və bizim Bircə

Azadlıq qiymətinə foto

Maldiv – Yer üzünün cənnəti

Təcrübəli təcrübəsizlər

Kontrabas adamlar

Berqman, Tarkovski və Qotland adası

Bir cənub şəhərinin yubilyarına

Çernobıl, xilaskar ata və mən

Hökmdarın hüzurunda olmaq

Tənhalıq dövrünün adamları

Milli kimlik harayı

Hədəfə çatmağın köçəri quş yolu

Bethovenin 250 illiyinə dəvət

Sevgilərimin zirvəsi

Köç

Aqil Abbas haqqı

İsveçdə niyə küçəyə çıxmaq qadağası qoyulmur?

Müsahiblərim, yaxud sözlə portret çəkmək sənəti

Rusiya sindromu

Şuşalı foto

Tüstüdən dumana

Şuşa inauqurasiyası, mən, qarğalar…

Qarabağdan danışmaq yasaqlanır?..

Narıncı yarış maşını

17 yaşlı Anarın 40 yaşına

Bədlikdən çıxış

Ağdam qatarı Bakıdan gedir

Tale oxşarlığı

Ağ Rusiyanın qara taleyi

Yaltaqlıq istedadı

Təməldən bir də qurulmaq

Qarışqa yükü boyda

Ofşorda qalan Qarabağ

CNN: Koronavirusa qarşı ən şanslı vaksin

  • 11 Noyabr 2020
  • comments

İnflyasiya hesabatı

  • 11 Noyabr 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

İsrailli yəhudilər müharibəyə dəstək verir. Bəs ərəblər?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribuna

Amerikalı general: ABŞ kosmosda taxtdan düşə bilər

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Qərb İran hakimiyyətini necə devirmişdi? – CNN

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Savaşan dövlətlərin siyasi sistemi

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Ordu
  • Siyasət
  • Tarix
  • Yazarlar

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

İsrailli yəhudilər müharibəyə dəstək verir. Bəs ərəblər?

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

İsrailli yəhudilər müharibəyə dəstək verir. Bəs ərəblər?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribuna

Amerikalı general: ABŞ kosmosda taxtdan düşə bilər

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Qərb İran hakimiyyətini necə devirmişdi? – CNN

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda