• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ofşorda qalan Qarabağ

  • 23 Sentyabr 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetTribunaYazarlar

Vahid Qazi

Sizdən Qarabağ alan olmaz, hisslərimizlə oynamayın – yenə körüklənən müharibə ritorikasında ağla gələn tək fikir budur!

Bir də cavabını axtardığım bu suallarım var: Ölkədə baş verənlərin adı nədir? Müharibəyə hazırlıqmı? Müharibəyə hazırıqmı?

***

Srağagün İsrail qəzeti milli ordumuza məxsus 155 milyon dolların “otkat” kimi ofşor hesablara ötürülməsindən yazdı. Torpağı işğal olunmuş ölkəni idarə edənlərin əxlaqı, öz xalqını necə biabırçı, rəzil günə qoyduqları ortalığa qoyuldu.

Bunlar isə susurlar!

Ondan əvvəl də silah almaq adıyla ordumuzun yüz milyonlarla dolları “otkat” olaraq Rusiyadan ofşorlara köçürüldüyü xəbərinə lal olmuşdular.

2016-cı ilin aprel döyüşləri vaxtı üzə çıxan “Panama sənədləri”ndə xalqın pullarını oğurladıqları ifşa olunanda da susdular! BBC-yə verilən cavab hələ xalqa verilən hesabat demək deyildi.

Yeri gəlmişkən, dünyanı silkələmiş “Panama sənədləri” olayından bəhs edən “Çamaşırxana” (“The Laundromat”) adlı film çəkilib, dünən baxdım, maraqlıdır, siz də baxın, neçə tanış simanın prototipini görəcəksiniz.

Boynuma alıram, neçə ildir ümidimiz biryolluq üzülməsin deyə özümü də, oxucu dostları da inandırmağa çalışmışam ki, bəlkə…, bəlkə…, bəlkə bunların vicdanları tamam ölməyib, bu qədər sərvəti olan ölkənin torpaqlarını işğalda qoymazlar, hansısa bir yol tapıb azad edərlər. “Qarabağı pulla almaq” sayaq onlarla yazıda, şam işığının xəfif titrəyişinə bənzəsə də, içimdəki ümidi ölməyə qoymamışam.

Amma indi işdəklərə baxıram və özümdən soruşuram. Oğrulardan vətən xilaskarı olarmı?

Ümidi ölmüş insan canlı meyitdir! Ümidimiz ölməsin deyə çox şeyi açıq yaza bilmir adam. Yazmıram da, soruşmuram da!

Soruşmuram: Mübariz İbrahimov kimi oğullar ona görə şəhid oldu ki, məmur oğlu qolunda 2 milyonluq saat gəzdirsin? Eyş-işrət məclislərində milyonlar səpələsin?

Soruşmuram: general Polad Həşimov, polkovnik Raqub Orucov, çavuş Elşən Məmmədov ona görə qurban gedirlər ki, dünənin “bağırsaq alverçi”ləri, “kalkotqa satan”ları, “üçmanatlıq uçastkovu”ları oliqarxa çevrilsinlər; dərisi 5 qəpiyə dəyməyənlər ölkənin torpaqlarını hərraca qoysunlar; xalqın milyardlarla ölçülən sərvətini ofşorlarda gizlədib yunan tanrıları kimi dəbdəbəli həyat sürüb insanları elə yunan mifologiyasındakı Tantal əzabına bənzər əbədi zülmə məhkum etsinlər?

Soruşmaq istədiyim təkcə bu idi: Ölkədə baş verənlərin adı nədir? Müharibəyə hazırlıqmı? Müharibəyə hazırıqmı?

Onu da sentyabrın 21 jurnalist Qənimət Zahidin “Sözarası” proqramında İlham İsmayılla Nəsimi Məmmədlinin emosiyasız, dib-dəhnəli analitik söhbətlərindən öyrəndim. O söhbətdə qırmızı xətlə keçən əsas fikirdən bildim ki, Qarabağı müharibəylə yalnız Ədalətin, Ləyaqətin və Azadlığın hökm sürdüyü dövlət geri qaytara bilər. Qarabağ deyib haray çəkənləri həbs edənlərdən Qarabağ gözləmək özünü aldatmaqdır, başqa heç nə…


Müəllifin başqa yazıları:

“İslamda tolerantlıq varmı?” sualı İsveçdə

Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitabı

Şərm-həyanın qiyməti

Yolda o(qa)lan yolçuluqlar

Zəmanələr və talelər toplusu

“İztirab — vətəndə qərib olmaqdır”

Darıxan səbir (Hikmət Sabiroğlunun 50 yaşına neçə günsə qalmış)

Salam, Gülsarı!

Dilimizi uçurumdan qoruyan (Tehran Vəliyevin xatirəsinə)

İntim dildə yaza bilmək

Vyanada Şuşa günləri (Fotolu, xatirəli reportaj)

Türkiyə islam inqilabı?

Varşava – azadlıq və sevgi şəhəri

Çəmənzəminlinin ”Studentlər”i haqda

Ağalar Məmmədovun məktubları

Günəş kitablar (İsveç kitabxanasından payız qeydləri)

Etiraz hüququ

Qış günəşi parlaqdır, amma isitmir

Qarabağ – xarici işimiz

“Le Concert”, yaxud azadlıq duyğusunun səsli izahı

Tanrılarla baş-başa

Əmanət amanatı (Cümhuriyyətin 99 yaşına)

Bütün zamanların lideri (Cümhuriyyətin 99 yaşına)

Anamın məktubları

Rusiya sindromu və Yalama döyüşü

Qarabağın açarı

Balacaboy hündür adam

Vətəni pulla almaq

Ozon adam (Elçin Şıxlının 60 yaşına)

Qarabağ adam (İlham İsmayılın 60 yaşına)

Rəsulzadənin çimərlik fotosu

Əndəlüs lövhələri: İspaniyadan sürreal-real reportaj

Etiraz – ləyaqətin bir başqa adı

Yusif üzlü kitablar

Varis Diriye, Opra Uinfri və bizim Bircə

Azadlıq qiymətinə foto

Maldiv – Yer üzünün cənnəti

Təcrübəli təcrübəsizlər

Kontrabas adamlar

Berqman, Tarkovski və Qotland adası

Bir cənub şəhərinin yubilyarına

Çernobıl, xilaskar ata və mən

Hökmdarın hüzurunda olmaq

Tənhalıq dövrünün adamları

Milli kimlik harayı

Hədəfə çatmağın köçəri quş yolu

Bethovenin 250 illiyinə dəvət

Sevgilərimin zirvəsi

Köç

Aqil Abbas haqqı

İsveçdə niyə küçəyə çıxmaq qadağası qoyulmur?

Müsahiblərim, yaxud sözlə portret çəkmək sənəti

Rusiya sindromu

Şuşalı foto

Tüstüdən dumana

Şuşa inauqurasiyası, mən, qarğalar…

Qarabağdan danışmaq yasaqlanır?..

Narıncı yarış maşını

17 yaşlı Anarın 40 yaşına

Bədlikdən çıxış

Ağdam qatarı Bakıdan gedir

Tale oxşarlığı

Ağ Rusiyanın qara taleyi

Yaltaqlıq istedadı

Təməldən bir də qurulmaq

Qarışqa yükü boyda

Döyüş gündəliyi (7)

  • 23 Sentyabr 2020
  • comments

Navalnı sağaldı

  • 23 Sentyabr 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda