Mərhum jurnalist Aynur Mirhəsənin “Azadlıq ibadəti” kitabı satışa çıxarılıb.
Novator.az xəbər verir ki, kitabı “Qanun” nəşriyyatının mağazasından, “Əli və Nino” şəbəkəsinin, “Azərkitab”ın dükanlarından, “Baku Book Center”dən əldə etmək mümkündür.
Kitabın satış qiyməti 9.99 manatdır.
“Qanun”un mağazası (Bakı, Tbilisi prospekti, 76. Azərbaycan Universitetinin yanı) həftənin altı günü (bazar ertəsi-şənbə) səhər saat 9-dan 18-dək, bazar günü səhər saat 10-dan 17-dək açıq olur.
Kitabı nəşriyyatın telefonları (İş telefonu: 012 431 16 52; Whatsapp: 055 695 27 97, 055 212 42 37) və ya Qanun.az saytı vasitəsilə sifariş etmək imkanı da var. Çatdırılma paytaxtın “Memar Əcəmi”, “20 Yanvar”, “Nizami” və “Nərimanov” metro stansiyalarının çıxışlarına pulsuzdur.
“Azadlıq ibadəti” kitabında Aynur Mirhəsənin bir hekayəsi, esseləri, tarix, media məsələləri, insan haqları, dövlət idarəçiliyi, dini etiqad və vicdan azadlığı problemlərinə həsr olunmuş məqalələri, reportaj və müsahibələri, araşdırmaları toplanıb.
1976-cı il yanvarın 27-də Bakı şəhərində doğulan Aynur Mirhəsən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Yeni Müsavat”, “Üç nöqtə”, “Həftə içi” qəzetlərinin reportyoru, Mediaforum.az saytının müxbiri, layihə rəhbəri, Ann.az saytının redaktoru olub.
2016-cı ildən Türkiyənin İstanbul şəhərində neyromarketinq üzrə ali təhsil alaraq orada yaşayan Aynur Mirhəsən 2020-ci il yanvarın 18-də vəfat edib, yanvarın 20-si Azərbaycanda, ata yurdu olan Şamaxı yaxınlığındakı Qayıblı qəbiristanlığında dəfn olunub.