• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni kitablar

  • 02 İyun 2020
0
SHARES
FacebookTwitterPinterest

“Qanun” Nəşrlər Evində çapdan çıxmış yeni kitablar haqda qısa məlumatları oxucuların diqqətinə çatdırırıq.

Aynur Mirhəsən, “Azadlıq ibadəti”

“Azadlıq ibadəti” kitabında mərhum jurnalist Aynur Mirhəsənin bir hekayəsi, esseləri, tarix, media məsələləri, insan haqları, dövlət idarəçiliyi, dini etiqad və vicdan azadlığı problemlərinə həsr olunmuş məqalələri, reportaj və müsahibələri, araşdırmaları toplanıb.

Kitabın redaktoru Hikmət Sabiroğlu “Azadlıq ibadəti”ni belə təqdim edir: “…Aynurun 44 ildən də kəm ömrünə sığan taleyini yazası olsaq, yaza bilsək, nəşr sənayesi o canda kitabı buraxmağa çətinlik çəkər… Onun 20 ili ötən jurnalist ömrünə yoldaşlıq eləmiş hər yazısını toplayası olsaq, toplaya bilsək, eyni müşkül yaranar… Gücümüz dəryada damlaya çatır – Aynurun ömründən keçmiş bir ovuc yazını təqdim edirik.

Amma bir damla, ya bir ovuc deyib ötməyək, “Azadlıq ibadəti” tale yazılarıdır:

Tariximiz və dövrümüz – zamanın taleyi.

Yurdumuz – yaralı torpağın taleyi.

Adamlar – hamımızın taleyi.

Yaradan – yazanın taleyi.

Sevgi, ağrı-acı, çırpıntı – sanki heç kimə heç nə demədən uzaq yola çıxmış, bir gün geri dönəcək Aynurun taleyi…”

1976-cı il yanvarın 27-si Bakı şəhərində doğulan Aynur Mirhəsən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Yeni Müsavat”, “Üç nöqtə”, “Həftə içi” qəzetlərinin reportyoru, Mediaforum.az saytının müxbiri, layihə rəhbəri, Ann.az saytının redaktoru olub. 2016-cı ildən Türkiyənin İstanbul şəhərində neyromarketinq üzrə ali təhsil alaraq orada yaşayan Aynur Mirhəsən 2020-ci il yanvarın 18-də vəfat edib, yanvarın 20-si Azərbaycanda, ata yurdu olan Şamaxı yaxınlığındakı Qayıblı qəbiristanlığında dəfn olunub.

Kitabın satış qiyməti 9.99 manatdır.

Aysel Xanlarqızı Səfərli, “Karantin boşluğu”

“Karantin boşluğu” kitabının redaktoru, şair, yazıçı Süleyman Abdullanın kitaba yazdığı ön sözdə deyilir: “Aysel Səfərli ilə bizi şair dostum, Vətəndaş Həmrəyliyi Partiyasının fəallarından olan Faiq Balabəyli tanış etmişdi və öncədən tərifini də əsirgəməmişdi: istedadlıdır, şəxsiyyətini qoruyan, qürurlu, ləyaqətli xanımdır və s.

Bəri başdan deyim ki, sonralar mən Faiqin tələm-tələsik, sadəcə dost təqdimatı kimi dediyi bu sözlərin Ayselin öz mühitində qazandığı halal sayğıdan irəli gəldiyini gördüm və onunla tanışlığımız mənim ədəbi gəncliyimiz haqqında bilgimin daha da genişlənməsinə şə­rait yaratdı.

İndi ədəbi həyata gələnləri tanımaq, inkişaflarını izləmək üçün onları üzbəüz görməyə, tez-tez görüşməyə, hətta kitabını gözləməyə ehtiyac yoxdur. Sosial mediada fəal olan müəl­­liflərin hamısı haqqında məlumat əldə etmək, yaradıcılığını bu yolla dəyərləndirmək mümkündür. Aysel Səfərlini də mən öncə mətbuatdan, bir çoxunu da özünün və dostlarının məharətlə söylədiyi şeirlərindən tanıdım.

Kitabın satış qiyməti 5 manatdır.

Daron Əcəmoğlu və Ceyms Robinson, “Millətlər niyə tənəzzül edir” (Hakimiyyətin tərəqqi və yoxsulluğun kökləri)

Daron Əcəmoğlu və Ceyms Robinsonun “Millətlər niyə tənəzzül edir” kitabı son dövrlərin ən mühüm siyasi-iqtisadi bestsellerlərindən biridir və öz əhəmiyyətinə görə Semyuel Hantinqtonun, Kared Daymondun və Frensis Fukuyamanın tədqiqatlarına bərabər tutulur.

Müəlliflər əsrlər boyunca tarixçiləri, iqtisadçıları və filosofları narahat edən bir suala cavab axtarırlar: dünyadakı ədalətsizliyin kökü nədədir? Niyə dünyamızın zənginliyi və sərvətləri ayrı-ayrı ölkələr və regionlara görə bərabər paylanmayıb? Bu suala bütün dövrlərə aid və qeyri-adi dərəcədə geniş tarixi materiallardan istifadə edilərək cavab verilir. Bu kitabı siyasi-iqtisadi fikirlərin əsl ensiklopediyası saymaq olar.

Niyə bəzi ölkələr inkişaf edərək zəngin olur, digərləri isə daim tənəzzül və yoxsulluq içində çırpınır? Bu nədən asılıdır? Görəsən, Afrikanın yoxsul ölkələri bir gün, məsələn, İngiltərəni müstəmləkəyə çevirə bilərmi? Gücün, hakimiyyətin və inkişafın sirri nədədir? Bu suala müxtəlif cavablar verilir. Bəziləri zənginlik və yoxsulluğun meydana gəlməsində coğrafi şəraiti və iqlimi, digərləri milli, dini və kultural xüsusiyyətləri əsas amil sayır. Lakin eyni iqlim qurşağında yerləşsələr də, inkişaf səviyyəsi müxtəlif olan ölkələr çoxdur. Bəs nə üçün eyni mədəniyyətə, eyni dəyərlərə sahib olan, lakin həyat standartlarına görə kəskin fərqlənən ölkələr mövcuddur? Deməli, məsələyə başqa cür yanaşmaq lazımdır.

Daron Əcəmoğlu və Ceyms Robinson “Niyə bəzi ölkələr zəngin, digərləri yoxsuldur?” şək­lin­də bir sual irəli sürüb, quldar cəmiyyətlər, feodalizm, müstəm­ləkəçilik, kapitalizm və sosializm haqqında geniş məlumatlar verərək maraqlı və düşündürücü bir tədqiqata başlayırlar.

Sənaye inqilabı niyə Bolqarıstanda deyil, İngiltərədə başladı?

“Qara ölüm” adlanan vəba krallara, mülkədarlara, təhkimli kəndlilərə necə təsir etdi?

Cəmiyyətlərdə elita ilə aşağı təbəqələr arasında dəyişən və dəyiş­məyən əlaqələr hansılardır?

“Millətlər niyə tənəzzül edir” kitabında bu suallara cavab axtarılır. Kitab oxucunun dünyaya baxışını dəyişmək gücündədir.

Kitabı azərbaycancaya Ziya Zeynalov tərcümə edib.

“Millətlər niyə tənəzzül edir” kitabı “Qanun” Nəşrlər Evində təkrar nəşr olunub.

Kitabın satış qiyməti 14.99 manatdır.

Alber Kamü, “Yad”( təkrar nəşr)

Camus deyincə, ədəbiyyat sahəsində ilk ağlagələn, onun 1942-ci ildə nəşr olunmuş «Yad» əsəridir. Mövzusu çox sadədir. Əhvalatdakı hər şey çox qısa bir zamanda baş verir. Əlcəzairdə, təsadüf nəticəsində, bir Ərəbi öldürən orta təbəqədən olan bir fransız, özünü addım-addım ölümə aparan müddəti laqeyd şəkildə izləyir. Roman boyu başqalarının adı xatırlandığı halda əsərin qəhrəmanının adını belə öyrənə bilmirik (burada Kafkanı xatırlamaq yerinə düşər).

Əsəri Əlisa Nicat tərcümə edib.

Kitabın satış qiyməti 5.99 manatdır.

 

Koronavirus: yaxın ölkələrin itkiləri

  • 02 İyun 2020

“Azadlıq ibadəti” satışdadır

  • 02 İyun 2020

Son materiallar

comments
ManşetXəbər

26 iyun səfəri

comments
Xəbər

Qida təhlükəsizliyi qanunu imzalandı

comments
Xəbər

Bakı görüşləri

comments
Aktual 2ManşetXəbər

Dünya futbol çempionatı

Rəylər

Do not miss

comments
ManşetXəbər

26 iyun səfəri

Son materiallar

comments
ManşetXəbər

26 iyun səfəri

comments
Xəbər

Qida təhlükəsizliyi qanunu imzalandı

comments
Xəbər

Bakı görüşləri

comments
Aktual 2ManşetXəbər

Dünya futbol çempionatı

comments
Xəbər

Rəsmilərin qəbul cədvəli

comments
Dünyanın səsiManşetXəbər

Xalqların Rusiyaya münasibəti necə dəyişib? – Sorğu

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə benzin necəyədir?

comments
Xəbər

24 iyun qiyməti

comments
Dünyanın səsiManşetXəbər

Rusiyaya təzyiq, Çinə nəzarət – “Reuters”

comments
AktualManşetXəbər

Dərs ili haçan başlasın? (Sorğunun nəticələri)

comments
ManşetXəbər

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

comments
ManşetXəbər

Manatdan baha valyutalar

comments
ManşetXəbər

Azərbaycanın koronavirus statistikası

comments
Dünyanın səsiManşetXəbər

Avropa İttifaqı Ukrayna və Moldovaya namizəd statusu verdi

comments
Xəbər

Taleh Bağırovdan qərar və çağırış

comments
Xəbər

İlə 3,5 milyon avro

comments
Xəbər

Naxçıvanın sosial-iqtisadi göstəriciləri

comments
ManşetXəbər

Tofiq Yaqublu anasının ilinə də buraxılmır

comments
Xəbər

Gömrük statistikasının bəzi detalları

comments
Xəbər

FİFA-nın yeni reytinqi

comments
Dünyanın səsiManşetXəbər

Putinin dünya arenasına qayıdışı – CNN

comments
ManşetXəbər

Əli Əliyevin cəza müddəti 1 ilə qalxdı

comments
Dünyanın səsiManşetXəbər

Ermənistan ehtiyatda olanları hərbi toplanışa çağırır

comments
ManşetXəbər

Neftin büdcə qiyməti artırılır

comments
Dünyanın səsiManşetXəbər

Rusiya təhdidi: F-16 qırıcılarının istismar müddəti artırıldı

comments
ManşetXəbər

Erkin Qədirli komitə sədrinin müavini seçilib

comments
Dünyanın səsiManşetXəbər

Qonşuluqda xəstə sayı

comments
Xəbər

Generalın həbsi

comments
Dünyanın səsiManşetXəbər

Bolqarıstanda hökumət böhranı

comments
Xəbər

Cəbhəçiyə cəza təklifi

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda