• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Media və seçici

  • 19 Fevral 2020
  • comments
  • Novator.az
  • Posted in ManşetMediaTribunaYazarlar

Hikmət Nazim

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri haqqında yaydığı birgə bəyanatda namizədlərin çoxluğuna baxmayaraq seçicininin informasiya almaq hüququnun təmin olunmadığı vurğulanıb: “Bir çox namizəd sosial mediadan istifadə etsə də, bu, ənənəvi mediada təbliğat kampaniyasının olmamasını kompensasiya etmədi”.

Bəyanatda o da bildirilib ki, kampaniyanın ənənəvi mediada ciddi şəkildə işıqlandırılmaması, ictimai televiziya və digər ənənəvi media orqanlarında müsahibələrin yayımlanmaması cəmiyyətin seçkilərə diqqətinin az olmasının səbəblərindən biridir.

***

Hələ guya budəfəki seçkilər insanların onların yanında olacaq namizədləri seçməsini təmin etmək üçün təşkil olunmuşdu. Ölkə başçısının ömründə bir dəfə bölgələrə baş çəkməyən deputatlara qarşı çıxışlarını əsas gətirib belə fikrə düşmüşdülər yəqin. Hər nəyə əsasən belə düşünmüşdülər, öz işləridir. İstənilən halda, bir ümid var idi.

Düzdür, öncə, yəni ötən ilin dekabrın 23-də bələdiyyə seçkiləri keçirildi. Türkiyə və Gürcüstandakı bələdiyyə seçkilərindən fərqli olaraq Azərbaycandakı o qədər də ciddiyə alınmadı. Hər zamankı kimi… Buna baxmayaraq əhalinin növbədənkənar parlament seçkilərindən gözləntisi çox idi.

Namizədlərin teledebatlarına maraq isə ondan da çox; çünki bu seçkilərə əvvəlkilərlə müqayisədə parlamentin buraxılması nəticəsində qərar verilmişdi. Elə bəlkə də buna görə bələdiyyə seçkilərində qeydə alınmış qanun pozuntularını gözardı edərək dəfələrlə ümidi qırılmış seçicilərdə yenidən bir ümid formalaşmışdı. Gəl gör ki, sağ göstərib sol vurdular. Heç bir gözlənti özünü doğrultmadı, əvəzində beş-on nəfəri əvəzləyib köhnə heyəti yerində saxladılar.

Bir sözlə, seçki baş tutmadı. Bunda ənənəvi medianın da rolu olduqca böyükdür. Radio ümumiyyətlə təşviqata qoşulmadı, qəzet sözdə qoşulsa da,  nə yazı dərc elədi, nə müsahibə. Seçicilərə ən böyük zərbəni isə elə onların, daha doğrusu, kağız üzərində onların kanalı vurdu. Belə ki, seçkiyə həftələr qala İctimai Televiziya çıxış qiymətlərini açıqladı: namizədin 6 dəqiqəlik çıxışı üçün ən aşağı qiymət 7920 manat; maksimal qiymət isə 5 dəqiqə üçün 19500 manat.

Birbaşa büdcədən maliyyələşən qurum olduğu üçün Azərbaycan Televiziyası da ödənişsiz təşviqata qoşulmalı idi. Çünki bu kanalın məqsədi “Azərbaycan Respublikası əhalisinin – bütövlükdə cəmiyyətin ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələri əks etdirməyə yönəlmiş, doğru məzmunlu, tarazlaşdırılmış informasiyalar hazırlamaq”dır. Ancaq telekanal “yaxasını” qırağa çəkdi, bu da seçkilərə dövlət səviyyəsində barmaqarası münasibətin göstəricisi idi.

Seçki Məcəlləsinə görə, təşviqata qoşulmuş telekanal 60-dan çox dairədə namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına ödənişsiz efir vaxtı ayırmalıdır. Aydındır. Bu imkan yalnız hakim Yeni Azərbaycan Partiyasında olduğu üçün o da “özü-özü ilə” yarışmaqdan imtina etdi.

Sözsüz, beynəlxalq təşkilatların bəyanatlarında da qeyd olunduğu kimi, bu seçkilərdə sosial medianın rolu danılmazdır: təbliğat öz yerində, qanun pozuntusuna yol verən kifayət qədər komissiya üzvü ifşa olundu. Hətta elə videolar var – onlardan internet istifadəçisi olmayan seçicilər də xəbərdardır. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun “görməmişəm, baxmamışam” deməsinə baxmayın.

İndi deyə bilərsiniz, sosial şəbəkə istifadəçisi olmayan seçici Pənahovun “görməmişəm, baxmamışam” dediyi videodan xəbərdar ola bilirsə, yəqin vəkili olmağa namizəd şəxsin eyni yolla yayımladığı müraciətdən də xəbər tutmuş olar. Xeyr, tutmadı. Tuta bilmədi.

Hansısa məntəqədə baş vermiş qanun pozuntusuna dair videonu yaxınları detalları ilə ona danışa bilərlər, çıxış isə elə deyil. Namizədlərin çıxışını seçici özü dinləyib qərar vermək istəyir. O da var ki, bu dəfə namizədlərin sayı da çox idi. Hər dairədə azı altı-yeddi nəfər… Altı-yeddi namizədin çıxışını hansısa seçiciyə nə nəvə danışacaq, nə oğul-qız… Üstəlik, namizədlərin də bütün seçicilərlə görüşmək imkanı yox idi.

Düzdür, say çoxluğu da xüsusi bir marağa xidmət edirdi; göz pərdələmək məqsədi daşıyırdı. Bu özü belə aktiv şəkildə səsvermədə iştirak edən seçicinin məsuliyyətini artıran, qərar verməsi üçün hər namizədi olmasa da ikisini, üçünü dinləməsini şərtləndirən amillərdən biridir. Təşviqat qiymətlərini kəllə-çarxa qaldırmaq ən azı televiziyadan başqa heç yerə əli çatmayan seçicilərin namizədini tanımaq haqqını əlindən almaq idi.

Müəllifin başqa yazıları:

Jurnalist də Tanrı kimi…

Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?

“Düz bazar”, yoxsa bazar?

“Kirpi”, “Mozalan”, yoxsa “Kobramedia”?

Mediada təcrübə

Bakılının erməni musiqisinə qulaq asmağı

Yola verənlər…

Medianın azad fikrə reaksiyası

Bloqçu Mehman və jurnalist…

Səhv kimdədir: müxbirdə, redaktorda, yoxsa?

Qanalı Əhməd və azərbaycanlı Rasim

Senzura haqqında bir neçə kəlmə

Çörəklə sınağa çəkilənlər…

Hakimiyyətdən ev alan jurnalistlərə deyilənlər

İntim görüntüləri yayılan kimdir?

“Sevgilisi var – ona görə”

Şura “11” deyir, İşçi Qrupu “9”…

Hamamda “iki nəfər ölüb”, yoxsa “kişi və qadın”?

Müxbiri müsahibin ayağına verənlər…

Bölgələrdən niyə xəbər yoxdur?

Moskva razılaşması haqqında bir neçə söz

Zamanla ayaqlaşmaq

Bir cümlədə üç xəta

Televiziyalar niyə hələ də var?

Efir ehtirası…

Media və ikili standart

“Zombiləşmiş” müxbir

Əminənin qətlində türk seriallarının payı

Yüksək oxu sayına güvənmək olarmı?

Ezop dili və yayınan hədəf

Yuxudan oyananda nə edirsiniz?

Elektron kitablar və virtual müsahibələr…

Halbuki…

Seymur Kazimov

Jurnalist mitinqdə və ya PRESS gödəkcəsi indulgens...

  • 19 Fevral 2020
  • comments

Yaxın ölkələrdə əhali

  • 19 Fevral 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Media
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda