• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Şura “11” deyir, İşçi Qrupu “9”…

  • 09 Mart 2019
32
SHARES
FacebookTwitterPinterest

Hikmət Nazim

Avropa Şurasının mətbuat azadlığına dair hesabatında Türkiyə də daxil 8 ölkədə söz azadlığına ciddi təhdid yaradan qanunların qəbul edildiyi bildirilib. Avropa Şurasının təsis etdiyi Mətbuatın Qorunması və Jurnalistlərin Təhlükəsizliyi Platfomasını dəstəkləyən 12 beynəlxalq media qurumu tərəfindən tərtib olunan hesabatda jurnalistlərin ictimaiyyətin xeyrinə hazırladıqları xəbərlərin və apardıqları araşdırmaların getdikcə daha çox maneə, düşmənçilik və şiddətlə qarşılandığı göstərilib.

Platforma 2018-ci ildə Avropa Şurasına üzv olan 32 ölkədə 140 pozuntu müəyyənləşdirib. Builki hesabatda Türkiyə, Macarıstan, İtaliya və Rusiya kimi ölkələrdə müşahidə olunan pozuntular xüsusi başlıqlar altında araşdırılıb.

Türkiyə ilə bağlı aşağıdakı faktlar diqqət çəkir:

  • hələ də həbsdə olan jurnalist sayına görə bütün siyahıların başında durur;
  • 31 dekabr 2018-ci ildən bu yana 92 dəfə xəbərdarlıq edilsə də, ölkə rəhbərliyi bu xəbərdarlıqların heç birinə cavab verməyib;
  • 2018-ci ilin iyulunda Fövqəladə Vəziyyətin (OHAL) aradan qaldırılmasına rəğmən jurnalistlər hələ də görünməmiş təzyiqlə üzləşir;
  • 2018-ci ildə 200-dən çox jurnalist yazdığı xəbərlər üzündən həbs olunub, yaxud saxlanılıb.

Adları sadalanan digər ölkələrdə də vəziyyət Türkiyədəkindən fərqli deyil:

  • Rusiya Federasiyasında hökumətin atdığı addımlar və yürütdüyü siyasət mətbuat azadlığını ciddi şəkildə məhdudlaşdırır;
  • İtaliya 2018-ci ildə mətbuat azadlığı ilə bağlı aldığı xəbərdarlıqlara görə “ən sürətlə inkişaf edən” ölkəyə çevrilir;
  • Macarıstanda günü-gündən daha çox mətbuat orqanı hökumət tərəfdarı olan oliqarxların əlinə keçir…

Hesabatda jurnalistlərə qarşı təhdidlərin ikiqat artdığı, polisin törədilən cinayətləri araşdırıb hüquqi qiymət vermədiyi və bunun nəticəsində cinayətkarların əməllərinin cəzasız qaldığı, media nümayəndələrinin təsadüfi, eyni zamanda haqsız şəkildə saxlanıldığı və həbs edildiyi də qeyd olunub.

Bundan əlavə, araşdırmalar zamanı 130 jurnalistin azadlıqdan məhrum edildiyi də müəyyən olunub. Bu rəqəm Türkiyədə 110, Azərbaycanda 11, Rusiyada 5, Ukraynada 4 media nümayəndəsini əhatə edir.

Məlum hesabatın 11-liyi kimləri nəzər tutub – o haqda məlumatım yoxdur. Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupunun fevralın 20-də açıqladığı siyahı 9 jurnalist və bloqçudan – Nicat Əliyev, Araz Quliyev, Rəşad Ramazanov, Seymur Həzi, Fikrət Fərəməzoğlu, Elçin İsmayıllı, Əfqan Muxtarlı, Ziya Əsədli və bugünlərdə həbs müddətini başa çatdırıb azadlığa çıxan Mehman Hüseynovdan ibarətdir.

Bu siyahı ABŞ-ın Jurnalistləri Müdafiə Komitəsinin 2018-ci il dekabrın 13-də məhbus jurnalistlərlə bağlı açıqladığı hesabatla üst-üstə düşür. Cəmi bir fərq var ki, Müdafiə Komitəsinin hesabatında xuliqanlıqda ittiham olunaraq 2,5 il müddətinə azadlıqdan məhrum edilən jurnalist Əfqan Sadıqovun da məhbus jurnalist olduğu bildirilmişdi.

Mətbuatda dərc olunan xəbərlərdən də məlumdur ki, bu şəxslərin heç biri Türkiyədə və digər ölkələrdəki jurnalistlər kimi birbaşa yazdığı xəbərə, hazırladığı reportaja görə həbs olunmayıb. Yəni azərbaycanlı jurnalistlərin heç birinin saxlanılmasına və ya həbs olunmasına səbəb kimi yazdığı xəbər, reportaj, çəkdiyi foto, video göstərilməyib. Kimisi “tanımadığı adamı döyməkdə”, kimisi “hədə-qorxu ilə pul tələb etməkdə”, kimisi “dini ədavət və dini düşmənçilik yaratmaqda”, kimisi “narkotik maddələrin satışında”, kimisi də Əfqan Sadıqov kimi “xuliqanlıqda” ittiham olunaraq azadlıqdan məhrum olunub.

Ölkədə siyasi məhbusların sayında yaranan fikir azadlığı da həmişə məhz buradan qaynaqlanıb; hakimiyyət birmənalı olaraq ölkədə siyasi məhbus olmadığını iddia edib, müxalifət isə söz azadlığının məhdudlaşdırıldığını düşündüyü jurnalistlərin də adının qeyd olunduğu siyahılar təqdim edərək onun sözünü yalanlamağa çalışıb.

Bəlkə də məhz elə buna görə Azərbaycan 2018-ci ildə mövzuya dair – müxtəlif hadisələri çıxmaq şərtiylə – Mətbuatın Qorunması və Jurnalistlərin Təhlükəsizliyi Platfoması tərəfindən ona bildirilən hadisələrin heç birinə lazımi cavab verməyən Bosniya və Herseqovina, İtaliya, Rusiya və Türkiyə kimi ölkələrin sırasındadır; çünki Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci maddəsinin birinci və ikinci bəndi hər kəsin fikir və söz azadlığının olduğunu, heç kəsin öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilmədiyini, 48-ci maddəsinin birinci bəndi isə hər kəsin vicdan azadlığının olduğunu deyir. Buradan da belə anlaşılır ki, yuxarıda adıçəkilən qurumun “mətbuat və söz azadlığına ciddi təhdid yaradan qanunlar”ın qəbuluna dair araşdırmasının Azərbaycana birbaşa dəxli yoxdur.

Müəllifin başqa yazıları:

Jurnalist də Tanrı kimi…

Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?

“Düz bazar”, yoxsa bazar?

“Kirpi”, “Mozalan”, yoxsa “Kobramedia”?

Mediada təcrübə

Bakılının erməni musiqisinə qulaq asmağı

Yola verənlər…

Medianın azad fikrə reaksiyası

Bloqçu Mehman və jurnalist…

Səhv kimdədir: müxbirdə, redaktorda, yoxsa?

Qanalı Əhməd və azərbaycanlı Rasim

Senzura haqqında bir neçə kəlmə

Çörəklə sınağa çəkilənlər…

Hakimiyyətdən ev alan jurnalistlərə deyilənlər

İntim görüntüləri yayılan kimdir?

“Sevgilisi var – ona görə”

Cəhənnəmdən keçmiş mələk (112)

  • 09 Mart 2019

Problemli kreditlər: yeni rəqəm açıqlanıb

  • 11 Mart 2019

Son materiallar

comments
ManşetXəbər

Azərbaycan-Ermənistan sərhədi üzrə komissiya yaradıldı

comments
Dünyanın səsiManşetTribunaYazarlar

İranda növbəti böhran baş qaldırır – “Vaşinqton Post”

comments
ManşetXəbər

3 turnir, 233 komanda

comments
Dünyanın səsiManşetXəbər

Zelenskinin intihar xəbərini kim yayıb? – CNN

Rəylər

Do not miss

comments
ManşetXəbər

Azərbaycan-Ermənistan sərhədi üzrə komissiya yaradıldı

Son materiallar

comments
ManşetXəbər

Azərbaycan-Ermənistan sərhədi üzrə komissiya yaradıldı

comments
Dünyanın səsiManşetTribunaYazarlar

İranda növbəti böhran baş qaldırır – “Vaşinqton Post”

comments
ManşetXəbər

3 turnir, 233 komanda

comments
Dünyanın səsiManşetXəbər

Zelenskinin intihar xəbərini kim yayıb? – CNN

comments
ManşetXəbər

Məhsullar üzrə idxal göstəriciləri

comments
ManşetŞərh

Təklif və suallar

comments
ManşetTribunaYazarlar

İsveçin Rusiya qorxusu

comments
ManşetXəbər

Azərbaycanın ixrac malları

comments
ManşetXəbər

Üçtərəfli görüş

comments
AktualDünyanın səsiManşetXəbər

Rusiya 40 yaşdan yuxarı şəxsləri orduya dəvət edir

comments
AktualManşetXəbər

Şikayət, bəraət və azadlıq istəyi

comments
Dünyanın səsiManşetXəbər

Lukaşenko müxalifləri edam etməyə hazırlaşır?

comments
ManşetXəbər

Qadir İbrahimli

comments
ManşetTribunaYazarlar

Gənclərə

comments
ManşetXəbər

İsa Qəmbər məhkəməyə üz tutur

comments
AktualManşetXəbər

Saraydakı baş məmurlar

comments
AktualManşetXəbər

Azərbaycan hansı ölkələrə neft satır?

comments
AktualManşetXəbər

Azərbaycanın Avropa İttifaqına ixracı

comments
ManşetXəbər

Yenə Brüssel

comments
AktualManşetXəbər

Yaxın ölkələrlə alış-veriş

comments
AktualManşetXəbər

İçiləsi deyilmiş (Su replikasının əks-sədası)

comments
Dünyanın səsiManşetŞərh

Rusiya iqtisadiyyatı gözləndiyindən çox zəifləyib – “Bloomberg”

comments
AktualDünyanın səsiManşetXəbər

Birinci xanım tarixi

comments
Dünyanın səsiManşetXəbər

Keçmiş baş nazirin qatillərindən biri azadlığa buraxılıb

comments
AktualManşetXəbər

Neftsiz ixracın ünvanları

comments
AktualXəbər

Xaricdəki əsas tərəfdaşlar

comments
AktualDünyanın səsiManşetŞərh

“Vaşinqton Post”: Rusiya uduzur

comments
AktualManşetŞərh

AZAL-dan zərər

comments
AktualXəbər

İxrac-idxal dinamikası

comments
AktualManşetXəbər

Dörd ayın ticarəti

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda