• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Seymur Kazimov

Jurnalist mitinqdə və ya PRESS gödəkcəsi indulgensiya deyil

  • 19 Fevral 2020
0
SHARES
FacebookTwitterPinterest

Seymur Kazımov

Jurnalist məsuliyyəti yalnız yazı və ya çəkdiyi məhsulun keyfiyyəti ilə yekunlaşmır, buraya peşə fəaliyyəti zamanı davranış qaydalarına əməl olunub-olunmaması da daxildir, yəni “süfrəyə təqdim edilmiş xörəyin hazırlandığı mətbəxin halı” da önəmlidir. Qarşımıza qoyulan dadlı yemək natəmiz şəraitdə hazırlanıbsa, əlbəttə, iştahımız qaçar. Eynilə jurnalistin təqdim etdiyi məhsul da nəticədir, hazırlıq zamanı onun hansı mərhələlərdən keçməsi mühüm əhəmiyyət kəsb edir.

Jurnalist peşəkarlığının göstəricilərindən biri də mitinq və nümayişlərin işıqlandırılması zamanı davranış qaydalarıdır.

Azərbaycanda etiraz aksiyalarının keçirilməsi redaksiyaları multimedia haqqında ciddi düşünməyə vadar edir. Nəzərə alsaq ki, “ağıllı telefonlar” vasitəsilə mitinqlərin keçirildiyi məkandan birbaşa yayım etmək mümkündür, deməli, hadisə auditoriyaya ani olaraq çatdırılır. Amma bununla bərabər istər-istəməz tamaşaçıya başqa məlumatlar da ötürülür. Mən əyinində PRESS gödəkcəsi ola-ola etirazçılara qoşulub şüarlar səsləndirən, polislə lazımsız qarşıdurmaya gedən həmkarlarımızın davranışından danışıram. Bu sətirləri MSK-nın qarşısında ilk etiraz tədbiri zamanı jurnalistlərin “onları buraxın!” deyə polislərlə çəkişdiklərini, şüarlar səsləndirdiklərini müşahidə edəndən sonra yazıram. Bizim işimiz belə hadisələri olduğu kimi auditoriyaya çatdırmaqdır. Onları şərh edə bilərik, amma emosiyalarımıza uyub etirazçılara qoşulmamalıyıq.

Mitinq, yaxud piket bəzən hakimiyyətlə razılaşdırılmır, amma jurnalist bu cür “icazəsiz” aksiyalarda işləyən zaman da peşə prinsipinə sadiq qalmalıdır. Jurnalistin davranışı aksiyanın xarakterinə görə dəyişməli deyil.

Jurnalist etiraz edirsə, deməli, maraq qruplarından birini təmsil edir və belə olan halda onun saxlanılmasını, fiziki təsirə məruz qalmasını sırf peşə fəaliyyətinə müdaxilə kimi qiymətləndirmək çətindir. Bəzən mitinq və etirazlar “Qonzo jurnalistikası” qaydalarına əsasən işıqlandırılır: dərin subyektivizm – şəxsi mövqe nümayiş etdirilir; jurnalist hadisələrin iştirakçısı olur, emosiyalarını sarkazm, şişirtmə, hətta qeyri-normativ leksikadan istifadə etməklə ifadə edir.

Doğrudur, sadaladığımız bu və digər neqativ hallara yol verməyən, amma polisin hücumuna məruz qalan həmkarlarımız az deyil. Kobudluqla üzləşən media təmsilçisi polisə öz kimliyini xatırlatmalı, onun işinə müdaxilə etmədiyini söyləməli və qarşı tərəfdən eyni şeyi tələb etməlidir; vəziyyət nəzarətdən çıxdığı tədqirdə şikayətini bildirmək üçün yüksək vəzifəli şəxslərdən biri ilə görüşməli, yaxud əlaqə saxlamalı, etirazını ona çatdırmalıdır. Yəni hüquqlarının bərqərar olunması üçün jurnalist həmin an özünün “mini-mitinqini” də keçirə bilər və media qurumları bütün imkanları ilə onun müdafiəsində dayanmalıdır. Ancaq polis jurnalistin peşə fəaliyyətinə mane olursa, bu, jurnalistin etirazçılar tərəfə keçməsinə əsas vermir. Hər halda, belə qərar qəbul etməzdən əvvəl o, redaksiyadan aldığı gödəkcəni əynindən çıxarmağı unutmamalıdır.

Mətbuat və söz azadlığı KİV nümayəndələrinə əlavə hüquq və səlahiyyətlər verdiyi kimi, onun üzərinə həm də əlavə məsuliyyət qoyur. Media hakimiyyətdən demokratik dəyərlərin qorunmasını və mühafizəsini tələb edirsə, öz davranış qaydalarını özü tənzimləməyi bacarmalıdır.

Qərb təcrübəsində jurnalist, hətta ştatda olmadıqda belə, əməkdaşlıq etdiyi media qurumunun davranış qaydaları ilə tanış olmalı və onlara əməl etməlidir. Jurnalistin etiraz aksiyasında iştirakına redaksiyanın icazəsi varsa, bu o demək deyil ki, o bütün hərəkətlərində tam sərbəstdir. Jurnalist çalışdığı (müvəqqəti də olsa əməkdaşlıq etdiyi) media qurumunun simasıdır və onun istənilən davranışı təmsilçisi olduğu redaksiyanın mövqeyini əks etdirir. Media mənsubu aksiyalardan şəxsi məqsədlər üçün istifadə etməməlidir.

Jurnalistin qatıldığı etiraz aksiyaları şəxsi deyil, ictimai xarakter daşıyır. Aksiyada konkret siyasi qüvvəni ittiham edən jurnalist peşə fəaliyyətinə geri döndükdən sonra onun qərəzsiz və balanslı olacağı şübhə doğurur. Buna görə də o, kütləvi tədbirlərdə emosiyalarına sahib olmalı, simpatiya və antipatiya nümayiş etdirməməlidir.

Etirazçılara qoşularaq, konkret şəxsi və ya qrupu hansısa əməllərdə ittiham etmək, yaxud dəstəkləmək, hökm vermək jurnalistin peşə borcu deyil. O, faktların və sənədlərin dili ilə reallığı təsvir etməli, həqiqəti, o cümlədən onun “qaranlıq üzünü” cəmiyyətə göstərməlidir. Cibində redaksiya vəsiqəsi gəzdirən və jurnalistikanın bu mühüm prinsipinin tələblərinə əməl etməyən həmkarlarım isə peşəmizin bizə verdiyi xüsusi müdafiə hüququndan məhrum ola biləcəklərini göz önünə gətirməlidirlər.

Yazı ilk dəfə 2020-ci il fevralın 18-də PressKlub.az saytında dərc olunub.


Müəllifin başqa yazıları:

Jurnalistika fakültəsi və “qabiliyyətli” tələbələr

Ədəbi dil normalarına əməl etməklə yalan danışmaq olarmı?

Jurnalist seçim qarşısında: vicdan, yoxsa pul?

Medianın yaratdığı “qəhrəman” və “düşmən” obrazlarının cəmiyyətə təsiri

Sosial medianın ənənəvi media üzərində qələbəsinin əsas səbəbləri

Azərbaycanda media niyə biznesə çevrilə bilmir?

“Ölü jurnalist material hazırlaya bilməz”

İtkin düşən alpinistlər, mübahisə edən nazirliklər, susqun media və bloqçular

Peşəkar jurnalist olmağın yükü… Azərbaycanda

Azərbaycan televiziyalarının seçki reallıqları

Medianın “həqiqəti üzə çıxarmaq” problemi

Gənc jurnalistləri kimlərdən qorumalı?

Mətbuat Şurasının qurultayı nə ilə yadda qaldı?

Keyfiyyətli jurnalistika tədrisinə necə nail olmalı?

Tənqidə dözümsüzlük problemi və onun fəsadları

Sosial medianın qanuni yollarla inhisara alınması

Təhlükəli tendensiya: jurnalistin siyasətə qarışması

Jurnalistin vətəndaş mövqeyi olmalıdırmı?

Məsuliyyətsiz jurnalistika

Vətəndaşın “informasiya aclığı” problemi

KİV-lə işin düzgün qurulması təlimatı

Azərbaycan əhalisinin “media savadlılığı” göstəriciləri

Natamam jurnalistika, məlumatlı əhali

İnformasiya təminatı effektiv kommunikasiyanın əsas şərtidir

Mətbuat konfransını işıqlandırmaq qaydaları: nələrə diqqət etmək lazımdır?

Jurnalistə hücum: demokratiyaya, vətəndaşa, dövlətə vurulan zərbə

ABŞ söz, mətbuat azadlığı sahəsində hegemonluğunu itirirmi?

Jurnalistlərin Posttravmatik Stress Pozuntusu problemi

KİVDF-nin “Qəzetlər nə zaman öləcək” sualına cavabı

Keyfiyyətli jurnalistika təhsilinin bazası: azadlıq, müstəqillik

Qeyri-peşəkar mətbuat katibləri və “psix” jurnalistlər

Mətbuat günümüz və bu günün reallığı

Manipulyasiya – jurnalistikanın gizli funksiyası

KİV-in nəzarət mexanizmi niyə çalışmır?

Dağlıq Qarabağ məsələsini beynəlxalq tədbirlərdə necə səsləndirməli?

Arzunun adı

  • 19 Fevral 2020

Media və seçici

  • 19 Fevral 2020

Son materiallar

comments
ManşetTribuna

“Dedilər təyyarə bileti hazırdır, çıx get”

comments
Dünyanın səsiManşetŞərh

Consonu kim əvəz edə bilər? – “Əl-Cəzirə”

comments
Dünyanın səsiManşetXəbər

“Reuters”: Rusiya istefanı toy-bayram edir

comments
Dünyanın səsiManşetXəbər

Finlandiya parlamenti Rusiya sərhədində baryerlər qurmağa səs verdi

Rəylər

Do not miss

comments
ManşetTribuna

“Dedilər təyyarə bileti hazırdır, çıx get”

Son materiallar

comments
ManşetTribuna

“Dedilər təyyarə bileti hazırdır, çıx get”

comments
Dünyanın səsiManşetŞərh

Consonu kim əvəz edə bilər? – “Əl-Cəzirə”

comments
Dünyanın səsiManşetXəbər

“Reuters”: Rusiya istefanı toy-bayram edir

comments
Dünyanın səsiManşetXəbər

Finlandiya parlamenti Rusiya sərhədində baryerlər qurmağa səs verdi

comments
Dünyanın səsiManşetXəbər

Ermənistan hərbi xidmətə çağırış qaydasını yeniləyir

comments
ManşetXəbər

Tofiq Yaqubludan piket təşəbbüsü, rəsmi müraciət

comments
ManşetXəbər

Avropa Məhkəməsindən Rafiq Tağı qərarı

comments
Dünyanın səsiManşetXəbər

Boris Conson istefaya razılaşdı

comments
Dünyanın səsiManşetXəbər

Aclıq hesabatı: 2,3 milyard nəfər qıtlıq çəkir

comments
ManşetŞərh

Bahalığın çarəsi

comments
ManşetXəbər

Azərbaycan nefti 7 gündə 8 dollardan çox ucuzlaşıb

comments
ManşetXəbər

Mühakimə təxirə düşüb

comments
ManşetXəbər

Sükutun 4 il 4 ayı

comments
Dünyanın səsiManşetXəbər

Baş nazirin başı gedir?

comments
AktualDünyanın səsiManşetXəbər

Ermənistan bazarı bir ildə nə qədər bahalaşıb?

comments
Dünyanın səsiManşetXəbər

Rusiyanın saxta xəbərlərinə görə yeni qanun təklif olunur

comments
Dünyanın səsiManşetXəbər

Uyğur qətliamının ildönümü qeyd olunub

comments
AktualManşetXəbər

Arif Hacılıdan çağırış

comments
Dünyanın səsiManşetXəbər

ABŞ səfiri Çini Rusiyanın yalanlarını təkrarlamaqda ittiham edib

comments
ManşetXəbər

Hərbi toplanış bilgisi

comments
Dünyanın səsiManşetXəbər

Yoluxma dalğası, aktiv xəstələr

comments
ManşetXəbər

Yarım illik icra, yenilənən plan

comments
ManşetXəbər

Sıfırlı siftə

comments
Dünyanın səsiManşetTribuna

Ukraynanın bərpasını indidən planlaşdırın – “Bloomberg”

comments
Dünyanın səsiManşetXəbər

Ukraynanın işğal və döyüş bölgələri

comments
AktualManşetXəbər

Hakimin səlahiyyət müddəti

comments
AktualManşetXəbər

Bağlı qapı mənzərəsi

comments
AktualManşetXəbər

Ləng metro

comments
ManşetXəbər

İşsizlikdən sığorta fondunun xərc istiqamətləri

comments
ManşetXəbər

Koronavirus statistikası

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda