• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Məryəm surəsi” və “Kapital XXI əsrdə” işıq üzü görüb

  • 02 Sentyabr 2019
  • comments
  • hikmet
  • Posted in Xəbər

“Qanun” Nəşrlər Evi yazıçı Pərviz Cəbrayılın “Məryəm surəsi” romanını və Toma Pikettinin “Kapital XXI əsrdə” əsərini çap edib.

Nəşriyyat Pərviz Cəbrayılın “Məryəm surəsi” romanı haqda məlumatında bunları qeyd edir:

“Bir gün bədəninə çəkilən dağlardan bayılıb inləyən Qız Umayın başına Müqəddəs Məryəmin əhvalatı gəlir.

Ata özünü şübhəli aparır, bir də kənddə peyda olan qəribə oğlanın adı hallanır.

Beləcə, Umayın boynunda qəribə xaç, bətnində uşaq peyda olur.

Həkimlər onun bakirə qaldığını deyirlər. Umayın İsa Məsihlə yaşıd olan Çinarın koğuşunda başlayan ağrı-acılı, müəmmalı həyat yolu da bundan sonra şaxələnməyə başlayır.

Romanın əsas personajlarından biri olan Umay Anadan onun gerçəkləşməyən ümidini miras alan Qız Umay o qə­ribə xaçın yiyəsini axtarmağa başlayır və bu uğurda ağ, qara demədən yollara düşür. 

Həyatından tanınmış tərcüməçi Dilsuz müəllim, şair Nəsimi, erməni Vano, müəmmalı Həjar, gənc fəal İsmi ke­çir. İş ondadır ki, Umay yolunda ömrünü qurban ver­diyi məxluqun nə adını dəqiq bilir, nə üzünü xatırlayır. Axtardığını tapacaqmı?..”

Toma Piketti “Kapital XXI əsrdə” əsərində son onilliklər ərzində bütün diqqətləri üzərinə çəkmiş bir problemə – qeyri-bərabərlik prob­leminə yeni bir baxışdan baxmağı təklif edib.

Fransız iqtisa­diyyatçısı əldə olunan böyük sayda məlu­matı dərindən təhlil edərək belə bir qanunauyğunluq aşkarlayıb: bərabər şəkildə gedən iqtisadi artım kapitalın və onun ayrı-ayrı insanların əlində toplanmasının rolunu azaltmaqla bilavasitə bərabərsizliyin azalmasına da gətirib çıxarır. Necə ki, artımın ləngiməsi kapitalın əhəmiyyətinin böyüməsinə və qeyri-bərabərliyin artmasına səbəb olur. Tarixi retroperspektivdə kapital təsi­ri­nin artımı yalnız XX əsrdə – iki dünya müharibəsi və Şanlı Otuz ilin (1945-1975) Keynesian siyasəti nəticəsində azaldılıb.

Bu gün isə dünya yenidən bərabərsizliyin durmadan artdığı həmin o dövrlərə qayıtmaq üzrədir ki, bu da həm sosial, həm də siyasi baxımdan çox ağır nəticələrə gətirib çıxara bilər.

Piketti özünün çox vaxt mü­qayisə edildiyi Karl Marksdan fərqli olaraq, təkcə vəziyyətin kədərli təsvirini yaratmaqla, kapitalist sisteminə dair sonu fəlakətlə bitə­cək dəhşətli bir ssenari qurmaqla kifayətlənmir, əksinə, məsələyə daha optimist yanaşmağa çalışır, vəziyyətdən çıxış yolu axtarır, əlverişsiz tendensiyaların qarşısını ala biləcək bir sıra təkliflər irəli sürür.

Toma Piketti bu kitabında gəlir və kapital paylaşımının XVIII əsr­dən etibarən keçirdiyi bütün dəyişiklikləri əldə etdiyi dəqiq məlu­matlarla işıqlanıdırıb, 20-dən çox ölkənin məlumat baza­sından fayda­la­naraq bir növ kapitalın yol xəritəsini cızıb.

Əsəri Çimnaz Vəliyeva və Vüsalə Yariyeva tərcümə ediblər.

“Məryəm surəsi”nin satış qiyməti 9.99 AZN, “Kapital XXI əsrdə”nin satış qiyməti 25.99 AZN-dir.

“Qanun”un mağazası həftə boyu işləyir (Ünvan: Bakı, Tbilisi prospekti, 76. Azərbaycan Universitetinin yanı). Mağaza həftənin altı günü (bazar ertəsi-şənbə) səhər saat 9-dan 18-dək, bazar günü səhər saat 10-dan 17-dək açıq olur.

Kitabları nəşriyyatın (012) 431 16 52 nömrəli telefonu və ya Qanun.az saytı vasitəsilə də sifariş etmək olar. Çatdırılma paytaxtın “20 Yanvar” metro stansiyasının çıxışına pulsuzdur.

Cahangir Hacıyev bəraət istəyir

  • 02 Sentyabr 2019
  • comments

Mxitaryan icarəyə verildi

  • 02 Sentyabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Ədəbiyyat
  • Mədəniyyət
  • Nəsr
  • Siyasət
  • Sosial
  • Yazarlar

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda