• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Qanun”un yeni nəşrləri

  • 27 Avqust 2019
  • comments
  • hikmet
  • Posted in Xəbər

Bugünlərdə “Qanun” Nəşrlər Evində Hüseynqulu Sarabskinin “Köhnə Bakı”, Niyazi Mehdinin “Altay və Umay”, Aqata Kristinin “Göyərçinlər arasında pişik”, Cavanşir Quliyevin “Vətən nəğmələri” kitabları çap olunub.

Hüseynqulu Sarabski
“Köhnə Bakı”

“Köhnə Bakı” kitabı həyatın hər üzünü görmüş, min-min əzab-əziyyətə mərdliklə sinə gərmiş mübariz bir sənətkarın yanar qəlbinin əks-sədasıdır. H.Sarabskinin xa­tirələri Azərbaycan səhnəsinin tərəqqisi naminə əl-ələ verib çalışan, imkansızlıq ucbatından bir çox arzularına yetə bilməyən, ancaq özlərindən sonra heç vaxt sönməyən bir işıq qoyub getmiş neçə-neçə sənət fədaisi barədə qiymətli, nadir faktlarla zəngindir.

“Köhnə Bakı” adlı bu əsərdə keçmiş Bakının adət-ənənələri, məşğələ və oyunları, “qəhrəmanları”, Azərbaycan teatrının o dövrdəki vəziyyəti, ayrı-ayrı sənətkarlar haqqında qiymətli məlumatlar öz əksini tapıb.

Tərtib edən: Azər Sarabski

Qiyməti: 6.99 AZN

Niyazi Mehdi
“Altay və Umay” (Heç də bayağı olmayan melodram)

“Altay və Umay” 68 yaşlı professor Niyazi Mehdinin birinci və özünün dediyinə görə, bəlkə də axırıncı romanıdır. O bu melodramı qəsdən çağdaş “şirin nağıl” janrında yazıb.

Müəllif əsəri ilə çox istəyərdi indiki gəncliyə hansı ideallarla, hansı dəyərlərlə yaşamaq, necə və nədən söhbət etmək üzrə örnəklər göstərsin.

Romanda ədəbsizliklə oynayan gənclərin, ateist və dini düşüncəli, millətçi və kosmopolit oğlan və qızların aralarındakı gərginlik göstərilib.  

Korrektor: Əyyar Tahirov

Qiyməti: 6.99 AZN

Aqata Kristi
“Göyərçinlər arasında pişik”

“Göyərçinlər arasında pişik” detektiv romanında hadisələr qızlar üçün özəl bir məktəbdə baş verir. 

Cinayəti açmalı olan məşhur Erkül Puaro məktəb müəllimlərinin çox mürəkkəb münasibətini, bir-birinin ardınca baş verən müəmmalı qətl hadisələrini araşdırmalı olur. 

Tərcüməçi: Aslan Quliyev
Redaktor: Nərgiz Cabbarlı
Mətn dizaynı: Ramil Alışbəyli  
Qapaq dizaynı: Rafael Qasım  

Qiyməti: 6.99 AZN

Cavanşir Quliyev
“Vətən nəğmələri”

Tanınmış Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin “Vətən nəğmələri” kitabı piano ilə oxumaq üçün nəzərdə tutulub.

Cavanşir Quliyev 2005-ci ildən Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin səhnə sənətləri fakültəsinin professorudur.

“Vətən nəğmələri” kitabının satış qiyməti: 5.99 AZN

Hərrac hesabatı

  • 27 Avqust 2019
  • comments

Böyük liqada yeni klublar

  • 28 Avqust 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Xəbər

Orta maaş nə qədər artıb?

GLOBALS:0
comments
Xəbər

Rəsmi qəzetlərdə azalma

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Elm
  • Ədəbiyyat
  • Mədəniyyət
  • Nəsr
  • Yazarlar

Rəylər

Do not miss

comments
Xəbər

Əhali hesabatı

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Xəbər

Orta maaş nə qədər artıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda