• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Ovcumun içində buğda dənəsi” işıq üzü görüb

  • 20 İyun 2019
  • comments
  • hikmet
  • Posted in Tribuna

Şair Xosrov Natilin “Ovcumun içində buğda dənəsi” adlı yeni kitabı çapdan çıxıb.

İyunun 25-i saat 14-də Yazıçılar Birliyinin “Natəvan” klubunda kitabın təqdimatı keçiriləcək. Arzulayanlar iştirak edə bilərlər.

Kitabdan bir şeiri Novator.az-ın oxucularına təqdim edirik.

Mənim yazdıqlarım işğalda qalıb –
Mənim yazdıqlarım demə ki, nədi.
Mənim şeirlərim didərgin düşüb,
Mənim misralarım əsirlikdədi.

Onda ki, çiçəklər, güllər ölürdü,
O gün ki, yamaclar güllələnirdi…
Arılar ölürdü, quşlar ölürdü,
Yamyaşıl ağaclar güllələnirdi.

Ölən küçələrin, ölən səkinin
Üstündə ləpirlər güllələnirdi
Şəhid məzarlığı dağıdılırdı
Abidə qəbirlər güllələnirdi

Girəvə düşmüşdü düşmən əlinə
Min cürə hiyləsi, min cürə fəndi.
Eyvana düşürdü topun mərmisi,
Çöldə dağılırdı küləfirəngi.

Onda ki, adamlar, onda ki, hərə
Torpaq itirməyin vayında idi.
Sağ qalmaq birinci yerdə dururdu,
Adamlar başının hayında idi.

Qəbir qazmağa da vaxt tapılmırdı,
Həyətlər, bağçalar məzarlaşırdı.
Çoxdan unutmuşdu adamlar şeri,
Güllü qafiyələr ağılaşırdı.

Şeir misra-misra dəfn olunurdu,
Şeir qan qusurdu, qan qoxuyurdu.
Yasin oxuyurdu hər gün adamlar
Əruz şikəstiydi, heca koruydu.

Adam utanırdı şeir yazmağa,
Hər gün yas yeriydi, hər yer izdiham.
Qanla yazılırdı şerin tarixi,
Qanı bahasına gəlirdi ilham.

Ağlımda yaşayan fikir, düşüncə
Hər şəhid yanında basdırılırdı.
Hələ unutmamış itkilərimi
Bir misram təzədən yandırılırdı.

Hələ qızdırmırdı günün istisi,
Hər axşam işıqlar söndürülürdü.
Hər gün sətirlərim girov düşürdü,
Hər gün şeirlərim öldürülürdü.

Mənim yazdıqlarım işğalda qaldı –
Mənim yazdıqlarım demə ki, nədi.
Mənim şeirlərim didərgin düşüb,
Mənim misralarım əsirlikdədi.

Xosrov Natilin 60 yaşına (esse)

Miqrasiya pozuntuları, cəzalar

  • 20 İyun 2019
  • comments

Ukraynada seçki sorğusu

  • 20 İyun 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Ştirnerdən Bazarova anarxizm

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Qiymətə rəqabət əlacı

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribuna

Rusiyada kişi qırğını – “The Telegraph”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

ANAR

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Ədəbiyyat
  • Poeziya
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Ştirnerdən Bazarova anarxizm

Son materiallar

comments
ManşetTribunaYazarlar

Ştirnerdən Bazarova anarxizm

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Qiymətə rəqabət əlacı

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribuna

Rusiyada kişi qırğını – “The Telegraph”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda